Qalmaqallı rektor məhkəməyə verildi - SƏBƏB
Sosial
Oxunub: 316
30 mar 2020 | 22:30
Qalmaqallı rektor məhkəməyə verildi - SƏBƏB


Bakı şəhər sakini Mövsümov Mir Valeh Seyidrza oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovu məhkəməyə verib buna səbəb ona məxsus torpağın boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi və tikililərin sökülməsi və s. problemlərdir.
«Təzadlar» qəzeti redaksiyasına zəng edən Mövsümov Mir Valeh Seyidrza oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun onun 3 özəlləşmə sənədi ilə sahib olduğu torpaq sahəsini zəbt edərək ADİU üçün tədris korpusu tikdirdiyini, ona iki ildir olmazın əzablar yaşatdığını bildirdi.
Şikayətçi ilə redaksiyada görüşdük. O, Prezident İlham Əliyevə ünvanlı müraciətində rektor Ədalət Muradovun ona yaşatdığı müsibətlərdən danışdı, qəzetimizə geniş video müsahibə verdi. Mövsümov Mir Valeh Seyidrza oğlunun Prezidentə müraciətində deyilir:
-Çox Hörmətli cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi-190 ünvanda yerləşən torpaq sahəsi mülkiyyət hüququ üzrə mənə məxsusdur (çıxarışlar əlavə olunur). Azərbaycan Dövlət İqtisad Universitetinin sifarişi ilə tikinti şirkəti olan “UNİ KO” MMC burada Universitetin tədris binasının tikintisini həyata keçirir. Həmin tikinti nəticəsində Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsinə tərəf hissəsində mənim şəxsi mülkiyyətimdə olan torpaq sahəsinə qanunsuz olaraq darvaza və qapı açılmışdır, bununla da mənə məxsus torpaq sahəmə müdaxilə olunaraq, torpağım hazırda yol kimi istifadə olunur və bununla da şəxsi mülkiyyətimdə olan torpaq sahəmdən istifadə edə bilmirəm və mülkiyyət hüququm məhdudlaşaraq pozulmuşdur. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Az. Resp. torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mən rektor Ədalət Muradovla bir neçə dəfə görüşüb ona qanuni vəziyyəti izah etmişəm, o, az qala havalanaraq deyib ki, siz nə danışırsınız, belə qanunsuzluğa yol verməkmi olar? Və aidiyyəti üzrə işçilərinə tapşırıqlar verib. Lakin bir neçə gündən sonra məlum olub ki, həmin rektor məndən məhkəməyə şikayət verib. Deməli, bütün qanunsuzluqların başında Ədalət muradov durur.
ƏDALƏT MURADOV TORPAQ ZƏBTİNƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLDİ-YENİLƏNDİ-VİDEO
Cənab Prezident!
Ən pisi odur ki, rektor Ədalət Muradov Sizin və Mehriban xanımın adından sui-istifadə edərək məni qorxudur. Mən uzun illər «Komsomolskaya qəzeta»nın və «Arqumentı i faktı» qəzetlərinin Azərbaycandakı rəsmi nümayəndəsi olmuşam. Bilirəm ki, rektor Ədalət Muradov Sizin adınızdan sui-istifadə edir, bu isə yolverilməzdir. Axı Siz ədalət tərəfdarısınız, qanunsuzluğa yol vermiş Ədalət Muradovun tərəfində ola bilməzsiniz. Rektor deyir ki, guya universitetin yeni korpusunun açılışına Siz gələcəksiniz və ona görə də mən qanuni mülkiyyətimdən imtina edərək susmalıyam. Odur ki, hələki Azərbaycan mətbuatı vasitəsilə Sizə müraciət etməli oldum.
Onu da diqqətinizə çatdırıram ki, rektor Ədalət Muradovun bu qanunsuz hərəkətindən Yasamal rayon Məhkəməsinə müraciət etmişəm. Məhkəmə Espertizası Mərkəzinin ekspertinin verdiyi rəylərdən də aydın olur ki, mənim mülkiyyətimdə olan torpaq sahələri rektor tərəfindən necə zəbt edilib. Hətta Ədalət Muradovun məhkəməyə göndərdiyi müraciətlərdən də torpağımın zəbt edilməsi etiraf edilir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən xahiş edirəm ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi-190 ünvanda mülkiyyətimdə olan torpaq sahəmə qanunsuz olaraq açılmış dərvaza və qapının, həmçinin digər tikili və qurğuların rektor Ədalət Muradovun vəsaiti hesabına sökülüb ləğv etməklə, torpaq sahəmin əvvəlki vəziyyətinə gətirilməsi təmin edilsin, həmçinin torpağıma hər hansı formada müdaxilə olunmasının qadağan edilməsi vəzifəsinin rektorun üzərinə qoyulması barədə aidiyyəti üzrə tapşırıq verəsiniz.
«Təzadlar»dan: rektor Ədalət Muradovun torpaq qalmaqalı ilə bağlı qeyd olunan ünvanda olduq. Sadəcə gözlərimizə inanmadıq. Ətrafdakı sakinlər də bildirdilər ki, rektor Ə.Muradov burada özünün yaxın adamları üçün kafe inşası nəzərdə tutub, ona görə də Mövsümov Mir Valeh Seyidrza oğluna məxsus torpağı zəbt edib.
Şikayətçinin Prezident İlham Əliyevə geniş video müraciətini tezadlar.az saytında izləyə bilərsiniz, yayıma hazırlanır. Daha geniş yazını "Təzadlar"ın sabahkı sayında oxuya bilərsiniz...
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil