Nazirlik televiziya kanallarına MÜRACİƏT ETDİ — Bütün televiziya kanalları...
Sosial
Oxunub: 346
28 mar 2020 | 15:00
Nazirlik televiziya kanallarına MÜRACİƏT ETDİ — Bütün televiziya kanalları...


Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib.
Müraciətdə deyilir:

"Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev martın 23-də ölkə əhalisinə müraciətində bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə ətraflı söz açmışdı. Yaranmış şəraitdə mədəniyyət və incəsənətimizin bütün zənginliyinin müasir informasiya texnologiyaları vasitəsilə, eləcə də televiziya və radio efirindən əhaliyə dolğun şəkildə çatdırılması üçün tədbirlər görülür.
Bu istiqamətdə daha bir addım olaraq, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb. Xatırladaq ki, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir.

*Bütün televiziya kanalları "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyinə müraciət edərək ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.

Mədəniyyətimiz hər zaman bizim ruh qaynağımız olub. Həqiqətən də bu günlər hər nə qədər çox zamanı evimizdə, ailəmizlə birlikdə keçirsək - özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan daha çox qorumuş olarıq. Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gələcək. Sağlıqlı sabahımız naminə evdə qalaq, mədəni irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olaq".
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB