'Qaz sayğacımı 3 ildə 5 dəfə dəyişdirib, hər dəfə də pul alıblar' - GİLEY
Sosial
Oxunub: 403
27 mar 2020 | 19:30
'Qaz sayğacımı 3 ildə 5 dəfə dəyişdirib, hər dəfə də pul alıblar' - GİLEY


Bakının Zabrat qəsəbəsinin sakini Həsən Məhəmmədov «Azəriqaz»dan şikayətçidir. Deyir ki, illərdir bu qurumun əməkdaşları ona müxtəlif problemlər yaradırlar. Məsələn, 3 il ərzində 5 dəfə qaz sayğacını dəyişiblər. Hər dəfə də yeni sayğacın pulunu ödətdiriblər. H.Məhəmmədovun sözlərinə görə, adətən qış aylarında 50-100 manatlıq qazdan istifadə edir: «O ünvanda birinci dəfə sayğac quraşdırılandan bəri ötən 3 il ərzində dəfələrlə yoxlayıcılar gəlib. Hər dəfə də çox qəribə formada nasazlıqlar tapıblar. Elə müxtəlif bəhanələrlə rəsmi qaydada 5 dəfə sayğacı dəyişiblər. Bu, qeyri-adi haldır. Hər dəfə sayğac dəyişəndən sonra qazpulunu kartla ödəmişəm, heç bir problem də olmayıb. Amma bir az keçəndən sonra yenə bir problem tapıblar...».

DİA.AZ bildirir ki, avqust ayında isə qaz təchizatını, ümumiyyətlə, dayandırıblar. H.Məhəmmədovun özünə də deyiblər ki, qaza görə 4 min 627 manat borcu var. Əgər borc ödənilməsə, qaz verilməyəcək: «Sonuncu dəfə sayğacı elə həmin ərəfədə dəyişmişdilər. Ondan əvvəlki sayğac dəyişməsindən də cəmi 1-2 ay keçmişdi».

H.Məhəmmədov göstərilən borcla razılaşmayıb. Deyir ki, «Azəriqaz» və başqa qurumlara şikayət edib. Ancaq bu addımları nəticəsiz qalıb. O, məhkəməyə üz tutub.

Şikayətçi H.Məhəmmədov Bakı Kommersiya Məhkəməsində də deyib ki, heç vaxt qazdan qanunsuz istifadə etməyib. Məhkəmədən də ona hesablanmış 4627 manat borcun silinməsi haqda qərar çıxarılmasını istəyib.

Ancaq «Azəriqaz» onun dedikləriylə razılaşmır. Bu qurumun nümayəndəsi Fərid Həmidli deyir ki, şikayətçinin qaldırdığı iddia əsassızdır. Onun sözlərinə görə, qaz idarəsinin işçiləri sayğaca müdaxilədən şübhələnib, onu çıxarıb yoxlamaya göndəriblər. Yoxlamada da sayğaca müdaxilə olunduğu təsdiqlənib. Bundan sonra qazdan qanunsuz istifadə nəticəsində dəymiş ziyan hesablanıb, akt tərtib edilib: «Akta əsasən, ona 1252 manat borc hesablanıb. Onun mübahisələndirdiyi qalan 3374 manat isə sayğac borcudur».

Məhkəmə belə nəticəyə gəlib ki, «Azəriqaz»ın əməkdaşları H.Məhəmmədovun sayğacıyla bağlı yoxlama apararkən qanunvericiliyin tələblərinə əməl etməyiblər. Bu üzdən yoxlamanın nəticəsini qanunsuz sayan məhkəmə martın 18-də həmin aktla kəsilmiş 1252 manatın silinməsinə qərar verib. Hakimin fikrincə, 3374 manat istifadə olunmuş qazın puludur, ona görə də bu məbləğ silinməyib.

H.Məhəmmədov isə bununla razılaşmır, həmin məbləğdə qazdan istifadə etmədiyini deyir.
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh