“Abşeron A1” MTK-nın dələduzluq tarixçəsi: - Şirkət adını dəyişib, əməlini yox
Sosial / Dunya
Oxunub: 715
26 mar 2020 | 22:19
“Abşeron A1” MTK-nın dələduzluq tarixçəsi: - Şirkət adını dəyişib, əməlini yox


Son dövrlər Mənzil Tikinti Korperativlərinin (MTK) vətəndaşları aldatması ilə bağlı şikayətlər xeyli artıb. Mediada yer alan, müvafiq dövlət strukturlarına ünvanlanan həmin şikayətləri ümumiləşdirərək cumhuriyyet.az bildirir ki, şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şika yətlənirlər.
“İş başında olan” bir çox dələduz MTK rəhbərləri həmin insanların hüquqi savadsızlıqlarından və həm də qanunvericilikdə mövcud olan müəyyən boşluqlardan öz mənafeləri naminə məharətlə istifadə edirlər. Belə qurumlardan biri də “Abşeron A1” Mənzil Tikinti Kooperativi (MTK) – sonralar “Kooperativ” adlandırılan şirkətdir. Bu qurumla bağlı onlarla vətəndaş şikayəti var ki, bunların da əksəriyyətini tikinti şirkətinin vətəndaşın ödənişi tam etməsinə baxmayaraq onu mənzillə təmin etməsindən imtina etməsi təşkil edir. “Abşeron A1” MTK-nın son belə dələduzluğu ilə Ucar sakini Hikmət Nüsrət oğlu Rəhimov üzləşib. Bu barədə cumhuriyyet.az-a danışan vətəndaş deyir ki, 2018-ci dekabrında “Kooperativ”in Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasından 2 otaqlı mənzil alıb və qiymətini (50 000) şirkətə tam ödəyib. Vətəndaşla bağlanan müqavilədə MTK-nın sədri kimi Ağamoğlan Duman oğlu Ağayevin adı qeyd olunub. Hikmət Rəhimov isə deyir ki, ona mənzili şirkətin əsas iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalov satıb və bundan bir ay sonra – 07.02.2019-cu il tarixdə mənzili Ruhiyyə Ağamməd qızı Vahidovaya satıb. Şirkət müqaviləni yeniləyib və buna görə Hikmət Rəhimov sənədləşmə üçün də şirkətə 1500 manat pul ödəyib.
O deyir ki, 2019-cu ilin dekabrında MTK mənzili satdığı şəxsi – Ucar rayon Qazyan kənd sakini Ruhiyyə Vahidovanı çağıraraq, müqavilədə düzəliş adı ilə sənədi saxtalaşdırıb: “Dekabrda Ruhiyyə Vahidovanı çağırıblar ki, müqaviləni də götürüb gəl və mənzilini təmirə başla. Ruhiyyə Vahidova MTK-ya gedəndən sonra deyiblər ki, bu müqavilə oxunmur, gəl yenisini verək. Müqavilənin əslini alıb saxtalaşdırıblar, o da bilmədən imzalayıb. Dəyişdirilmiş müqavilədə isə göstəriblər ki, guya mən mənzillə bağlı öhdəlik götürmüşəm, bunlara mal-material, armatur verməliyəm. Halbuki mən evin bütün pulunu ödəmişəm və sonra satmışam, sənədləşməyə də 1500 manat pul ödəmişəm”.
Şikayətçi deyir ki, bundan sonra şirkətin rəhbər şəxsləri – iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalovla görüşüb, şirkətə heç bir borcu olmadığını deyib: “Mən Ehtiram Zeynalov və Bakir Babayevlə görüşdüm. Onlara vəziyyəti izah etdim. Dedilər ki, evin pulunu ödədiyin şəxsi çağır, gətir, aydınlaşdıraq. Həmin şəxs – MTK-nın işçisi də gəlib pulu aldığını və Hikmət Rəhmovun şirkətə heç bir borcu olmadığını dedi. Amma şirkət rəhbərliyi mənzili qaytarmaqdan imtina etdi”.
Hikmət Rəhimov və Ruhiyyə Vahidova bundan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirlər: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Dedilər ki, siz ilk adam deyilsiniz, onlarla sizi kimi şikayətçi var və şirkətlə bağlı cinayət işi açılıb. Hazırda məsələ araşdırılır”. Bununla bağlı cumhuriyyet.az olaraq araşdırmalarımız nəticəsində öyrəndik ki, doğurdanda bu sözügedən MTK-nın ilk dələduzluğu deyil. Bir müddət əvvəl “Abşeron A1” MTK demək olar ki, eyni üsulla ödənişini tam halda etmiş Əliyev Axund Nəsrəddin oğluna da Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbədəki 14 saylı 2 otaqlı sahəsi 90,25 kv.m mənzili verməkdən boyun qaçırmışdır. O zaman da şirkət məhkəmələr yolu ilə vaxt udmağa çalışça da bütün məhkəmələrdə iddialarına rədd cavabı verilmişdir.
Məsələ ilə bağlı apardığımız araşdırma da o da məlum oldu ki, müqavilədə “Abşeron A1” kimi qeydə alınan MTK Vergilər Nazirliyində həm də “Kooperativ” adı ilə qeydiyyatdadır. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi isə Dadaşov Əbülfət Ələsgər oğludur. Apardığımız araşdırmalarda “Abşeron A1” MTK-nın sahibi Ağamoğlan Duman oğlu Ağayevin 3100676461 nömrəli VÖEN şahadətnaməsi ilə Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırıldığı da bəlli oldu.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...