Baş konsulumuz qaş düzəltiyi yerdə... - vurdu göz çıxardı...
Sosial
Oxunub: 366
23 mar 2020 | 22:17
Baş konsulumuz qaş düzəltiyi yerdə... - vurdu göz çıxardı...


Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qaş düzəldərkən vurub göz çıxarıb.

Ovqat.com xəbər verir ki, İstanbul hava limanında çarəsiz vəziyyətdə qalan azərbaycanlı tələbələri 3-4 avtobusa doldurub Naxçıvana yola salan Baş Konsulluğun bu “uzaqgörənliyi” həm hökumət, həm də təxliyə olunan vətəndaşlar üçün əlavə problemə səbəb olub. Üstəlik, təxliyə olunanlardan bəzilərinin koronavirusa yaxalanma ehtimalı Muxtar Respublika hökumətinin bəndi-bərəni bağlayaraq izoliyasiya tədbirlərinin nəticələrini də heçə uğrada bilər.

Məsələ burasındadır ki, İstanbuldakı Baş Konsulluğun bu canıyananlığından bir neçə saat sonra AZAL İstanbulda çarəsiz vəziyyətdə qalan vətəndaşlarımızın təxliyəsi üçün çarter reysləri ayırmışdı. Tələbələr həmin vaxt hava limanında olsaydılar, bəlkə də onlar rahatlıqla Azərbaycana gətirilə bilərdilər. İndisə onlar Naxçıvan ilə sərhədləri bağlanan Türkiyənin ucqar bir rayonunda sərhədlərin açılacağı günü gözləməlidirlər. Sərhədlər isə nə zaman açılacaq, bəlli deyil. Prezident Rəcəb Tayib Ərdoğan demişkən, Türkiyənin çadır dövləti olmadığını, qanunlarla idarə olunduğunu nəzərə alsaq, İğdırda çarəsiz vəziyyətdə qalan vətəndaşlarımızın köməyinə heç Qarsdakı Baş Konsulluq “xanədanının” “xanı” və “iməclik diplomatı” Nuru Quliyev də çata bilməz.

Baş Konsulluğun qaş düzəldərkən göz çıxarma əməliyyatının zərərçəkmişləri indi onların bu vəziyyətə düşməsinin günahkarını İstanbuldakı diplomatik nümayəndəmiz Məsim Hacıyevdə görürlər. Bir həftə əvvəl Praqadan İstanbula uçan və hava limanında çarəsiz vəziyyətdə qalan Nigar Mübariz də Baş Konsulun bu özbaşınalığının zərərçəkmişlərindəndir. O, mətbuata verdiyi açıqlamada bir həftədir ki, Polşa və Türkiyəni şəhərbəşəhər dolaşmaq məcburiyyətində qalmasının səbəbi barədə danışarkən deyib ki, avtobusları Azərbaycanın İstanbuldakı Konsulluğu təşkil edib və bunun üçün ödəniş tələb edilməyib: "Bizi siyahıya aldılar ki, 3-4 avtobus gəlir, onunla Iğdıra gedin. 150-dən çox adam da əlacsızlıqdan avtobusa mindi. Biz gələndən sonra eşitdik ki, bir çarter reysi gəlibmiş. Bizi konkret aldatdılar".

Nigar Mübarizlə eyni çətin vəziyyətdə qalan vətəndaşlarımızın sayı 163-dir. Onlar indi İğdırda Naxçıvana necə keçəcəklərinin yolunu axtarırlar. Tələsdiklərindən Məsim Hacıyevin təndirinə düşənləri Naxçıvanda kimin qarşılayacağı və onların Bakıya necə göndəriləcəyi də bəlli deyil. Baxmayaraq ki, Azərbaycan XİN-dən vəziyyətin nəzarətdə olduğu barədə nikbin açıqlama verirlər. Amma Türkiyədəki diplomatik nümayəndələrinə belə nəzarət edə bilməyən XİN-in bu təskinliyinə inanmaq olarmı? Zira istanbuldakı Baş Konsulluğa nəzarət edə bilsəydilər və ya aralarında telefon əlaqələri olsaydı, sözsüz ki, İstanbula təyyarə göndərilməsindən bir neçə saat əvvəl Məsim Hacıyevin 163 tələbəni avtobuslara doldurub Naxçıvana yola salınmasından xəbər tutar və qarşısını alardılar.

30 ilə yaxındır ki, Qarabağ konfliktinin mərhələli həlli variantı üzərində baş sındıran XİN deyəsən bu prinsipə elə öyrəşib ki, Türkiyədə təhsil alan tələbələrə də eyni metodu tətbiq etməyə çalışır. Hər halda nazirliyin rəsmi açıqlamaları belə düşünməyə əsas verir. "Bütün müvafiq tədbirlər görülür. Əgər vətəndaşlar İstanbuldan avtobusla çıxarılıblarsa, deməli, o biri tərəfdən də keçiriləcək, karantin qaydalarına da riayət ediləcək, digər məsələlər də mərhələ-mərhələ öz həllini tapacaq”,-nazirlikdən problemlə bağlı açıqlamada belə deyilib.

Yeri gəlmişkən, AZAL-ın tələbələri Azərbaycana gətirmək səyləri də təxliyədən daha çox gözdən pərdə asmağa oxşayır. Nədən ki, indiyədək tələbələrdən yalnız 248 nəfəri İstanbuldan Lənkərana gətirilib. Onların sayı isə minlərlədir. Digər tələbələr hələ də İstanbulda çarəsiz vəziyyətdə təxliyə olunacaqları anı gözləyirlər. Rəsmi dairələrdən onların sualına cavab verən də tapılmır. Baş Konsulluğun qaş düzəltmək əvəzinə göz çıxarmasından sonra bu quruma etibarları qalmayan tələbələr suallarını AZAL-ın İstanbuldakı nümayəndəliyinə yönəldiblər. Aldıqları cavab isə belə olub: "Bu günə də, sabaha da reys yoxdur. Nə vaxt olacağını da bilmirik". //ovqat.com//
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu