DSMF dövlətin sosial siyasətinə qarşı... - Əminə Seyidzadənin özəl özbaşınalıq imtiyazı var?
Sosial / Dunya
Oxunub: 809
19 mar 2020 | 22:50
DSMF dövlətin sosial siyasətinə qarşı... - Əminə Seyidzadənin özəl özbaşınalıq imtiyazı var?


"Dövlət başçısı hər çıxışında məmurun xalqa xidmət etməli olmasını, xalqın bir saylı xidmətçisinin özü olmasını açıqlasa da, yerlərdə məmurlar gerçəkdə xalqı özlərinə qul kimi işlədirlər. İcra başçılarının quldurluq- quldarlıq əməlləri həbs olunandan sonra bəlli olur. Ona kimi rayonu çap-tala, şəxsi əmlakın kimi yönəlt, insanları qul kimi şəxsi təsərrüfatında işlət və çeşidli “Vətənə xidmət” , “Rüşvət (oxuma, dövlət) qulluğunda xidmət” ödülləri ilə təltif edil və bu da sonu!" Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalədə daha sonra deyilir: "Prezident bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi ( ƏƏSM ) naziri Sahil Babayevi qəbul edəndə “sizə qarşı təxribat törədildiyini “ bildirdi. “Siz” deyəndə nazirin, yoxsa Nazirliyin nəzərdə tutulduğu bilinməsə də, bütövlükdə dövlətin sosial siyasətinin sabotaj edilməsinin , gözdən salınmasının nəzərdə tutulduğu açıq-aşkardır. Bəs dövlətə , onun sosial müdafiə siyasətinə qarşı təxribat törədən kimlərdir? Tam əminliklə demək olar ki, DÖVLƏTİN SOSİAL MÜDAFİƏ SİYASƏTİNİ SABOTAJ EDƏN DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUDUR. Daha düzü , sözügedən fondda illərdir yuva salmış rüşvət-korrupsiya məmurlarıdır. Rayonlarda aztəminatlı ailələrə “ölü” heyvanları kim alıb verir? Əlbəttə, ƏƏSMN yanındakı sosial müdafiə , məşğulluq xidməti məmurları! Bəs əlil və şəhid ailələrinə tikilən , satın alınan evləri kim rüşvətlə bölür? Əlbəttə , Dövlət Sosial Müdafiə Fondunun sosial təminat xidmətçiləri! Paradoksa baxın, dövlətin imtiyazlı şəxslərin - Qarabağ əlillərinin , şəhid ailələrinin sosial təminatlarına ayırdığı vəsaiti sosial təminat xidmətçiləri mənimsəyir !? Elə bil, imtiyaz yiyəsi əlil-şəhid yox, ona xidmət edən məmurdur! (?) Uzağa niyə gedək, 3 ay öncə Nizami rayonu , Çobanzadə küçəsində tikilən evin qanunsuz bölgüsü hələ də gündəmdədir . Bölgü qanuna , Konstitusiyaya yox , rüşvətə, korrupsiyaya uyğun olaraq həyata keçirilib . DSMF-in direktor müavini Əminə Seyidzadə , sektor müdiri Vüqar Behbudov , Rövizə Behbudova nə Prezident sərəncamıını , nə də dövlətin adından çıxarılan məhkəmə qərarını tanıyır ! Bunların tanıdığı yalnız rüşvətdir. Təsəvvür edin , hətta Prezidentdən, 1-ci vitse-prezidentdən ƏƏSMN rəhbərliyinə verilən göstəriş və tapşırıqlar da barəsində şikayət edilən Əminə Seyidzadənin özünə verilir və bu xanım məmur da dövlətin, onun başçılarının sosial siyasətini sabotaj etməkdə davam edir! ... Bu imtiyazı Əminə Seyidzadəyə, Vüqar Behbudova kim verib ? Əlillərin müalicəsinə , sosial müdafiəsinə , mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına dövlətin ayırdığı vəsaiti , hətta cüzi maddi yardımı da sosial təminat sektorunun məmurları mənimsəyirsə , dövlətə qarşı təxribatın başında kimin dayandığı göz önündə deyilmi ? Maraqlı olduğu qədər, absurddur ki , məmur qərarı ilə sosial müdafiədən , təminatdan məhrum edilən əlillərin məhkəmə müdafiəsi , məhkəmə təminatı hüququ da tanınmır. Bu da sosial təminat dəllallarının sosial xidmət “bazarı”nda rüşvət qiymətlərini diqtə etmələrinə nədən olur . Təsəvvür edin , əlində dövlətin adından çıxarılan məhkəmə qərarı olan 1-ci dərəcəli Qarabağ əlili hələ də mənzil yiyəsi ola bilmir ki , sosial təminat məmurlarının rüşvətini ödəməyib! (?) Borclu ƏƏSMN yanında DSMF-in məhkəmə qərarını icra etməkdən imtinasına Bakı İnzibati Məhkəməsi borclunu 50 min manat cərimə etməklə hüquqi qiymət verilməsini təmin edə bilər . Di gəl , qərarı qəbul etmiş məhkəmə də borclunun rüşvətini qanundan və Konstitusiyadan üstün tutur! (?) Təsəvvür edin, tələbkarın ərizəsinə 15 aydır hakim Aygün Abdullayeva baxmır! ?

Əlillərin hüquqsuz durumda olmalarının bir nədəni də müvəkkilsiz olmalarından qaynaqlanır . Nə Ombudsman , nə digər hüquq mühafizə orqanları əlillərin hüquqlarına sayğı göstərir. Başa düşmək olmur , dövlətin Konstitusiyası üstündür , yoxsa sosial müdafiə məmurlarının korrupsiyası?"

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq