Cavid Qurbanovun TOPAZ-ı da narazılıq yaradır... - GİLEY
Sosial
Oxunub: 498
19 mar 2020 | 23:44
Cavid Qurbanovun TOPAZ-ı da narazılıq yaradır... - GİLEY


Ölkəmizin yeganə qanuni mərc şirkəti olan "Topaz” müştərilərin haqqını yeyir.

Bu barədə AFN-ə zərərçəkən Heydərzadə Cavid bildirib. Mərc həvəskarı olan Cavid martın 1-də "Topaz” məntəqələrindən birində futbol oyunu üzrə mərc edib. Yarış nömrəsi 112 olan "M.Yunayted-M.Siti" və 105 nömrəli "Çelsi- Everton" oyunlarına 2 min AZN məbləğində kupon yazıb. Hər iki oyunda ev sahibin qələbəsinə mərc edən Cavidin proqnozu özünü doğruldub və o 15 min 680 AZN udub. Lakin bu sevinc elə də uzun çəkməyib. Necə deyərlər "Topaz" Cavidin qələbə sevincini qursağında saxlayıb. Uzun fasilədən sonra ilk dəfə qalib gəldiyini deyən Cavidin sözlərinə görə, "Topaz" onun uduşunu vermir.

Cavid deyir ki, mərcdəki qazancını götürmək üçün 10 gündür "Topaz"ın qaynar xəttinə, hətta baş ofisinə dəfələrlə müraciət etsə də məsələ həllini tapmayıb: "Bir gün bir əməkdaş, sabahısı gün digəri yaxınlaşır, nə bilim biri mobil nömrəni qeyd edir, o biri şəxsiyyət vəsiqəmin surətini götürür və məni get-gələ salırlar. Bu get-gəlin adını isə məsələnin araşdırılması qoyublar. Bir sözlə uzadırlar. Hərçənd müştərinin əlində "Topaz"ın rəsmi kuponu varsa, niyə onun uduşunu verməyəsən axı?! Mərc oyununun fanatları demişkən - biz uduzanda araşdırılmayan kupon, udanda niyə araşdırılsın? Mən əlavə və ya başqa nəsə istəmir, öz uduşumu tələb edirəm. Xahiş edirəm "Topaz" rəhbərliyi mənim müraciətimi nəzərə alsın və uduşumu versin".

"Topaz"ın etdikləri koronavirusa görə təxirə salınan oyunlardan dolayı qazanc azlığı və ya pul qıtlığına görədimi, bilmirik. Bildiyimiz odur ki, müştəri məmnuniyyəti şirkət üçün prioritet olmalıdır, vətəndaşlar incidilməməli və mərc həvəskarlarının uduşuna əl qoyulmamalıdır.

Xatırladaq ki, bu "Topaz"la bağlı ilk hal deyil. Dəfələrlə mətbuatda "Topaz"ın mərc oyunlarında qalib gələn şəxslərin uduşlarını verməməsi, fırıldaqçılıq yolu ilə mərc həvəskarlarını aldatmasına dair yazılar dərc olunub. Ancaq nə vaxtsa bu yanlış yolun finişi olmalıdır.

Dia.az xatırladır ki, hazırda "Topaz"a nəzarətin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovda olduğu deyilir.

Qarşı tərəfin də mövqeyini bölüşməyə hazırıq.

Cavid Qurbanovun TOPAZ-ı da narazılıq yaradır... - GİLEYCavid Qurbanovun TOPAZ-ı da narazılıq yaradır... - GİLEYCavid Qurbanovun TOPAZ-ı da narazılıq yaradır... - GİLEY
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu