Koronavirusdan təhlükəli adamlar – Onların arasında məmurlar da var
Sosial
Oxunub: 345
16 mar 2020 | 18:20
Koronavirusdan təhlükəli adamlar – Onların arasında məmurlar da var


Koronavirus pandemiyasına qarşı mübarizə lazımi effekti vermir. Hər gün onlarla insan bu qorxunc xəstəliyə təslim olur. Tibb elmi koronavirusu cilovlamaqda acizdir.

Koronavirusun fəsadlarını saymaqla qurtaran deyil. Uca Allahın mərhəmətinə bel bağlamışıq. İnşallah, bəşəriyyət bu bəladan daha az itki ilə xilas olar.

Koronavirusun müsbət tərəfləri varmı? Başa düşürəm, sual adamın ətini ürpədir. Qınamayın, bu qədər bəlanın içində bir-iki müsbət məqam tapa bilmişəm. Birincisi odur ki, koronavirus ölümü insanların yadına saldı. Bəzi adamlar elə bilirlər ki, onlar qarğa kimi 300 il yaşayacaqlar. Buna görə də oturduqları döşəyin altına 300 illik azuqə yığmaqla məşğuldurlar. Koronavirus bəzi adamlara başa saldı ki, bəla qapının ağzını kəsəndə, yığdığınız var-dövlətin, sərvətin sizə heç bir köməyi dəyməyəcək. Adam olun, adam!

Zəngin olmaq ehtirası insanı çox bəlaya düçar edib. Hamı varlı olmaq, yağ-bal içində üzmək istəyir. Məmur var ki, yığdığı yeddi arxa dönəninə bəs edər, amma yenə gözü doymur. Toyuq su içəndə Allaha baxır, amma bizim məmurlar rüşvət alanda sağa-sola baxır ki, görən olmasın. Əvvəl Ağstafanın, sonra Neftçalanın icra başçısını həbs etdilər. Bir dəfə yazmışdım ki, bizim məmurların bir donuzu kəmdir. İcra başçılarının həbsindən sonra məlum oldu ki, donuzları olmasa da, eşşək fermaları varmış. Var-dövləti başından aşan adam süpürgəçinin, bağbanın, gözətçinin maaşına niyə göz dikməlidir? Doğrudanmı, siz bu qədər Allahsız, vicdansız adamlarsınız? Niyə fikirləşmirdiniz ki, Alalh adamın başına elə qapaz vurar ki, süpürgəçinin maaşına dikilən gözləri çıxıb ovcuna düşər?

ETSN-in Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribovun həbsiylə bağlı xəbəri ilk dəfə bizim sayt yazıb. Sonra DİN məsələnin təfərrüatını açıqladı. Məlum oldu ki, Qəribovun rəhbərlik etdiyi mütəşəkkil dəstə 200-250 il yaşı olan ağacları kəsməklə məşğul imiş. O bölgədə yaşayan dostum deyir ki, Oğuz-Qəbələ meşələri neçə illərdi bu dəstənin “soyqırımına” məruz qalıb.

Ay zalım, yüz ağac kəsəndə, heç olmasa, bir ağac da əkərdin. Bilmirdin ki, sən ağacları kəsəndə, Allah da ruzunu kəsəcək?

Ağsunun bir icra başçısı vardı, işdən çıxdığı üçün adını yazıb, söyüş hədəfinə çevirmək istəmirəm. Üç-dörd ay əvvəl Vəsilə Məmmədova adlı bir qadın mənə müraciət etmişdi. Vəsilə xanım xərçəng xəstəsiydi, bu dünyada sayılı günləri qalmışdı. Deyirdi ki, evi zəlzələdən dağılıb, amma heç kim onu təmir etmir. Bir neçə dəfə icra başçısının yanında olmuşdu. Başçı, “kimə istəyirsən, şikayət elə” - deyib, qapıdan qovmuşdu. Axırda başçının özünü işdən qovdular...

O vaxt “Məmurlar ceyran qovalayır, vətəndaş qan ağlayır” adlı məqalə yazıb, icra başçısını öz vəzifə borcunu yerinə yetirməyə səsləmişdim. Amma məni eşitmədi. Bu yaxınlarda eşitdim ki, Vəsilə xanım “ev” deyə-deyə dünyadan köçüb.

Vəzifəli şəxslərin arasında bu cür qansız adamlar az deyil. Onlar koronavirusdan da təhlükəlidir. Bu günə kimi koronavirusa yoluxan minlərlə insan həkimlərin səyi nəticəsində bu qorxunc xəstəlikdən xilas ola bilib. Onlar isə yoluxduqları rüşvət mərəzindən heç cür xilas ola bilmirlər...

Seymur VERDİZADƏ //yenisabah.az//
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib