Şadlıq evləri BÖHRAN DÖVRÜNƏ QƏDƏM QOYDU - «İşçiləri evə buraxırıq ƏRZAĞI QAYTARIRIQ»
Sosial
Oxunub: 326
16 mar 2020 | 18:44
Şadlıq evləri BÖHRAN DÖVRÜNƏ QƏDƏM QOYDU - «İşçiləri evə buraxırıq ƏRZAĞI QAYTARIRIQ»


Xəbər verildiyi kimi, martın 16-dan Azərbaycanda bütün ictimai tədbirlər, o cümlədən, toylar təxirə salınacaq.

FED.az xatırladır ki, koronavirusun qarşısının alınması üçün Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla.
Eləcə də bax: «Azərbaycanda toylar da dayandırılsın» - HÖKUMƏTDƏN TÖVSİYƏ

Bu qadağa Bakıda sayı minə yaxın olan şadlıq saraylarının qrafikini dəyişib. Artıq şadlıq sarayları qarşıdakı bir aylıq toysuz dövrə hazırlaşırlar.

FED.az məşhur şadlıq saraylarındakı vəziyyətlə maraqlanıb.

«Ağ Çiçəyim» şadlıq saraylarının nümayəndəsi Azər Əliyev martın 15-də axırıncı toyun olacağını deyir: «Nazirlər Kabineti nə qərar versə, yerinə yetirməliyik, artıq toy sahiblərini şadlıq evinə dəvət etmişik. Təxminən 4 toy təxirə düşüb. Hələ qadağanın aprel ayına şamil olunub-olunmadığını dəqiq bilmirik. Bunu biləndən sonra daha dəqiq neçə toyun ləğv olunduğunu demək olar».

Toyu təxirə salınan müştərilərə başqa günlər təklif ediləcək: «Deyilsə ki, toylar aprel ayından açılır, biz də orucluq ərəfəsinə qədər təxirə salınmış toyları o günlərə yerləşdirməyə çalışacağıq. Əgər toy sahibləri həmin günləri seçməsələr, ya başqa yerlərə gedəcəklər, ya da biz onlara orucluqdan sonrakı günləri təklif edəcəyik. Burada musiqiçiləri də nəzərə almaq lazımdır. Elə etmək lazımdır ki, onlar həmin gün boş olsunlar».

Toylar dayandığı müddətdə işçilərə əməkhaqqının verilməsinə gəlincə, şadlıq evinin nümayəndəsi deyib ki, əməkhaqqı ştatda olan işçilərə veriləcək: «Bizdə həm müqavilə ilə, həm də ştatda olan işçilər var. Ofisiantları və fərdi işçiləri gündəlik müqavilə ilə işlədirik. Şadlıq evi günəmuz işləyənlərə əməkhaqqı yazmayacaq, ancaq mühafizəçilər, xadiməçi və inzibatçıların maaşları veriləcək». Azər Əliyev şadlıq evinin ərzaq aldığı yerlərə alış etməyəcəyi ilə bağlı xəbər verdiyini də bildirib: «Bəzi qalan məhsullar var idi. Hesablamışdıq ki, ay ərzində bizi görər, artıq birinci gündən qalan məhsulları da qaytaracağıq. Ərzaq şirkətləri bunu normal qarşılayır. Hər kəs həyatından qorxur. Dövlət insanların sağlamlığı üçün nəyi məsləhət görürsə, biz də ona əməl edirik».

Bununla yanaşı, şadlıq evi nümayəndəsi, sözügedən qərardan narazılığını gizlətməyib. O restoran və kafelərdə iş rejiminin saat 21:00-dək müəyyən edilməsi qərarını məntiqsiz sayır: «Maraqlıdır, saat 21:00-dək virusa yoluxma halı baş verməyə bilər, 21:00-dan sonra yoluxma halı ola bilər?! Bu qərar bir qədər gülməlidir. Restoranda toyu 6-da yox, 1-2 saat əvvəl başlayıb 21:00-dək bitirmək də olar. Camaat yas yerlərinə 1-2 saat yığışır, başsağlığı verib sonra dağılışır. Məgər bu 1-2 saatda yoluxma halı baş verməyə bilər? Niyə qadağa ancaq restoranlara, şadlıq saraylarına qoyulub?»

«Ay işığı» restoranının nümayəndəsi Ədalət Bəxtiyarov martın 14-15-i istisna olmaqla restoranda toyların dayandırıldığını deyib: «Bu tarixlərdə restoranda toylar var. Artıq birinci gündən restoranı təmiz bağlayacağıq. Ləğv olunan və ya müddəti dəyişdirilən toylar müəyyən qədərdir. Yəqin ki, virus bir qədər səngiyəndən sonra toylar başlayacaq».

Ədalət Bəxtiyarpov toylar dayandığı müddətdə ştatda olan işçilərə əməkhaqqı veriləcəyini də deyib: «Artıq restoranda bununla bağlı iclas olub, qərar verilib. Onlar restoranın uzunmüddətli işçiləridir. İşçini ac da saxlamaq olmaz axı. Ümumilikdə restoranın 70-80 nəfər işçisi var. Müəyyən çalışanlar var ki, onlar toy olandan-olan gəlir».

Şadlıq evinin nümayəndəsi ərzaq aldıqları yerlərə alış etməyəcəyimizlə bağlı xəbərdarlıq etdiklərini də vurğulayıb: «Bizə təlimat verilib ki, restoranda qalan ərzaqları şirkətlərə qaytaraq. Buraya müəyyən içkilər və meyvə şirələri daxildir. Təbii ki, virus səbəbindən qoyulan qadağalar restoran biznesinə zərər vurur. Özəl təşkilatlar zərəri özləri qarşılayacaq. İstəyərdik ki, dövlət tərəfindən dəstək olunsun».

«Yeganə» şadlıq evinin nümayəndəsi Elnur Məmmədov isə deyir ki, martın 15-dən sonrakı toyların vaxtı dəyişdiriləcək:

«Nazirlər Kabinetinin qərarpına əsasən, martın 16-dan toyları dayandıracağıq. Yazılan toylar da münasib vaxtlara dəyişdiriləcəyik. Kim istəsə aprelin 15-dən sonra yenə toy təyin edəcək, kim istəməsə seçməyəcək. Bu, əhalinin şəxsi istəyinə qalıb. Şadlıq evində martın 15-dən sonra təxminən 4-5 sifariş var idi. Artıq bundan sonra gələn sifarişləri ləğv edəcəyik. Əhali bunu normal qarşılayır. Bu virus bəlası hamı üçündür”.

Elnur Məmmədov toyların dayandığı müddətdə işçilərə maaş veriləcəyini bildirib:

«İşçilərin bəzisini əmək, bəzisini də xidməti müqavilə əsasında işə götürmüşük. Təbii ki, restoranın daimi işçilərinin maaşı veriləcək».

Şadlıq evlərinin əksəriyyəti bildirir ki, toyları ləğv edilən müştərilərə yeni tarixlər təklif ediləcək. Amma məsələ ondadır ki, aprelin sonundan etibarən orucluq başlayır və həmin müddətdə də adətən toylar keçirilmir. Başqa sözlə, aprılan 15-dən sonra toyların keçirilməsi üçün təqribən 10 günlük «pəncərə» açılır. Sonra isə toylar mayın sonlarınadək dayanacaq.

Bütün bunlar təkcə şadlıq evlərinə deyil, toy biznesi ilə bağlı bütün sahələrə – qızıl zərgərlik məmulatlarının satışı, gözəllik salonları, geyim satışı, ərzaq mallarının satışı və sair sahələrə təsirini göstərəcək.
Bu gün, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Bu gün, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Bu gün, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Bu gün, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Bu gün, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Bu gün, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...