Səfər Mehdiyev adamını hara qədər qoruyacaq? - Hələ də ərköyün məmurlar var?
Sosial / Dunya
Oxunub: 719
14 mar 2020 | 20:42
Səfər Mehdiyev adamını hara qədər qoruyacaq? - Hələ də ərköyün məmurlar var?


"Sınıq körpü” postunun rəisi Vüsal Nuriyevin maşını hazırda cərimə meydançasıdır

Martın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib.

"90-AG-303” nömrə nişanlı, "Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir.

Məlumatı verən mənbənin sözlərinə görə, vurulan şəxs hadisə yerində ölüb.

Əldə etdiyimiz məlumata görə, avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin "Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib.

Avtomobil hazırda Saray yolunda yerləşən "Cərimə meydançası"nda saxlanır.

"Cərimə meydançası"ının işçiləri də faktı təsdiqləyiblər.

Vüsal Nuriyevə yaxın mənbənin verdiyi məlumata görə, faktla bağlı öncə Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, sonra iş eyni rayonun prokurorluğuna yönləndirilib.

Polis İdarəsində işin müstəntiq Elçin Süleymanova tapşırıldığı bildirilsə də, o, deyilənləri təkzib edib. Lakin həmin polis idarəsinin adının açıqlanmasını istəməyən başqa bir mənbə deyilənləri təsdiqləyib.

"Vüsal Nuriyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kadrıdır. Hətta deyilənə görə xalası oğludur. Ona görə də hadisəni ictimailəşdirmirlər”.

Abşeron Rayon Prokurorluğundan münasibət öyrənmək mümkün olmasa da, burada da işin Elçin adlı müstəntiqdə olduğu deyilib.

Hadisə yerində ölən qadının kimliyini hələlik dəqiqləşdirə bilməmişik.

Gömrük Komitəsi deyilənləri təkzib edib. "Sınıq körpü” postundan isə rəisin iş başında olduğu bildirilib.

"Biz də eşitmişik, amma doğru olub-olmadığını bilmirik. Rəis işə o maşında gəlmir”, - deyə adının açıqlanmasını istəməyən post yetkilisi deyib.

DİA.AZ xatırladır ki, bu haqda ilk olaraq məlumatı gununsesiaz.info saytı yaymışdı. Məlumatlara görə, Vüsal Nuriyev Səfər Mehdiyevin yaxın adamı olduğundan bu fakt ciddi-cəhdlə ört-basdırr edilir.

Səfər Mehdiyev adamını hara qədər qoruyacaq? - Hələ də ərköyün məmurlar var?Səfər Mehdiyev adamını hara qədər qoruyacaq? - Hələ də ərköyün məmurlar var?
Bu gün, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Bu gün, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO