Koronavirus təhdidi daxili turizmi çiçəkləndirə bilər... - Gözlənti
Sosial
Oxunub: 386
13 mar 2020 | 19:17
Koronavirus təhdidi daxili turizmi çiçəkləndirə bilər... - Gözlənti


Hazırda dünyanın 90-dan çox ölkəsində koronavirus aşkarlanıb. Həmin ölkələrin sırasında Avropanın turizm mərkəzi ölkələri olan Fransa, Almaniya, İsveçrə, Yunanıstan və virusun çox böyük sürətlə yayıldığı İtaliya da var.

Məlum olduğu kimi, İtaliya dünya üzrə turizm mərkəzləri sırasında ilk yerləri tutur. Lakin koronavirus ucbatından milyonlarla turistin ziyarət etdiyi paytaxt Romada meydanlar, muzeylər bağlanıb. Həmçinin digər ölkələrdə də turizm sahəsi hər keçən gün daha da zəifləməyə başlayıb. Bəzi ölkələr turizm mövsümünü açıq elan etməyə tələsmir. Bu qəbildən olan ölkələrdən biri də qonşu Türkiyədir. Adətən Türkiyədə turizm müəssisələrinin mövsüm açılışına martın 16-dan start verilsə də, bu il koronavirus ucbatından açılış aprelin 16-dək təxirə salınıb.

Beləliklə də dünya bir tərəfdən virusdan necə qorunacağını, mübarizə aparacağını düşünərkən, eyni zamanda virusun iqtisadiyyata, turizm və digər sahələrə necə təsir edəcəyinin həyəcanını yaşayır.

Lakin mütəxəssislər qeyd edir ki, koronavirusun qismən az yayıldığı ölkələrdə daxili turizmdə canlanma müşahidə edilir. Belə ki, xarici ölkələrin virusla əlaqədar ehtiyat tədbirləri nəticəsində müxtəlif qabaqlayıcı tədbirlər görməsi, sərhədlərini bağlaması, bəzi məhdudiyyətlər tətbiq etməsi kimi proseslər ölkələrarası səyahətlərə ciddi maneələr törədir. Bunun nəticəsində səyahət etməyi planlaşdıran vətəndaşlar xarici ölkələrə səfər edə bilmədikləri üçün daxil turizmə yönəlirlər. Bütün bunlar da daxili turizmin inkişafı üçün müsbət tərəfdir.

Azərbaycana gəldikdə isə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov mətbuata açıqlamasında təsdiqləyib ki, ölkəyə gələn xarici turistlərin sayında azalma var. Lakin böhranlar yeni imkanlar üçün şərait yaradır. Qurum rəhbəri bildirib ki, mümkün variantlardan maksimum istifadə etməyi düşünürlər:

“Belə vəziyyətdə daxili turizm potensialından istifadə edilə bilər. Söhbət gəlmə turistdən deyil, ölkə daxilində olan səfərlərdən gedir. Hesab edirəm ki, ölkə xaricinə gedə bilməyən insanlar təəssüflənməyəcəklər. Biz bütün mehmanxanalarla, turizm iaşə obyektləri ilə daim görüşlər keçiririk. Əmin edə bilərəm ki, onlar turistləri qəbul etmək üçün hazırdır. Hər hansı risk müəyyən edilməyib. Əgər risk olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Məlum olduğu kimi, Azərbaycanda daxili turizm həddən artıq bahadır. Həm xarici, həm də yerli turistlərin ən çox üz tutduqları Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki kimi bölgələrdə turizm obyektlərində qiymətlər “əl yandırır”. Halbuki mütəxəssislər də həmişə qeyd edir ki, daxili turizmdə qiymət siyasəti hər bir vətəndaşın yay və qış aylarında istədiyi zaman özünə uyğun şəkildə turizm obyektlərində istirahət edə bilməsi imkanına uyğun qurulmalıdır. Doğrudur, daxili turizmlə bağlı müəyyən işlər görülsə də, hələlik qiymət siyasətində elə də dəyişiklik müşahidə olunmur. Bəs koronavirus məsələsi daxili turizmdə qiymətlərin aşağı salınmasına təsir göstərə biləcəkmi?

Mövzu ilə bağlı Dövlət Turizm Agentliyindən “Yeni Müsavat”a bildirilib ki, Azərbaycanda insanların yerlərdə turizm fəaliyyətinə cəlb olunması üçün xüsusi plan işlənib hazırlanır: “Belə ki, hazırda müvafiq orqanlarla birlikdə turizmə cəlb edilməsi nəzərdə tutulan insanların biliklərinin, təlim bacarıqlarının artırılması istiqaməti üzrə iş aparılır. Eyni zamanda fikirləşirik ki, onların marketinq işinə necə kömək edək? Yəqin ki, ən yaxın vaxtlarda bununla bağlı müvafiq addımların atıldığını görəcəksiniz. Hazırda bununla bağlı müzakirələr gedir. Koronavirusun yaratdığı qlobal böhranın turizm müəssisələrinə vurduğu zərəri müəyyən etmək üçün hesablamalar aparılacaq. Digər ölkələrin təcrübəsi öyrənildikdən sonra dövlət qurumu olaraq təklif hazırlanacaq. Hazırda konkret addımların nədən ibarət olacağını demək hələ ki tezdir. Çünki bununla bağlı dəqiq qiymətləndirmələr aparılmalıdır. Koronavirusla əlaqədar qlobal böhranın təsiri Azərbaycan turizmində mart-aprel aylarında hiss ediləcək. Daxili turizm üzrə layihələrdə dəyişiklik yoxdur və bütün layihələr öz axarı ilə davam edir”.

Daxili turizmdə qiymətlərdə dəyişiklik olub-olmayacağı ilə bağlı isə qeyd edilib ki, indiki məqamda hər hansı qiymət artımından söhbət gedə bilməz: “Turizm şirkətlərinin və hotellərin qiymət siyasətinə müdaxilə edə bilmərik. Lakin tövsiyələrimiz budur ki, prosesi stimullaşdırmaq üçün yerli turistlər üçün müəyyən güzəştlər olsun”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib