4 dairədə təkrar seçki gözləntisi: - “Vaxtı prezident müəyyənləşdirir”
Sosial
Oxunub: 280
11 mar 2020 | 18:53
4 dairədə təkrar seçki gözləntisi: - “Vaxtı prezident müəyyənləşdirir”


9 fevral növbədənkənar parlament seçkiləri çərçivəsində nəticələri ləğv olunmuş 4 dairədə təkrar seçkilərin keçirilməsi ilə bağlı müəyyənlik yoxdur.

Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı əsasında nəticələri ləğv edilmiş 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrində təkrar seçkilərin nə zaman təyin olunacağı hələ məlum deyil.

Bu barədə Yenicag.az-a danışan MSK-nın katibi Mikayıl Rəhimovun sözlərinə görə, Seçki Məcəlləsində təkrar seçkilərin hansı müddətdə keçirilməli olduğunu tənzimləyən müddəa yoxdur:

“Qanunvericilikdə nəticələri ləğv edilmiş dairələrdə təkrar seçkilərin keçirilməsi ilə bağlı xüsusi müddəa yoxdur. Təkrar seçkilərin keçirilmə vaxtını ölkə prezidenti müəyyənləşdirir”.

“Hüquq və İnkişaf” Mərkəzinin rəhbəri Hafiz Həsənov isə Yenicag.az-a açıqlamasında sözügedən 4 dairədə təkrar seçkilərin yaxın müddətdə keçirilə biləcəyini deyib:

“Seçki Məcəlləsindəki ciddi boşluqlardan biri də təkrar seçkilərin keçirilməsi qaydaları ilə bağlıdır. Yəni Məcəllədə bu qaydalar öz əksini tapmayıb.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün hazırladığımız təklifləri dəfələrlə təqdim etməyimizə baxmayaraq, həmin boşluqların aradan qaldırılması istiqamətində addımlar atılmır.

Bununla belə, hesab edirəm ki, o dörd dairədə təkrar seçkilər yaxın müddətdə keçiriləcək. Çünki ötən seçkilərin analoji təcrübəsinə baxsaq, təkrar seçkilərin haradasa ay yarım-iki ay müddətində keçirildiyini görərik. Yəqin ki, bu dəfə də müddət çox uzanmayacaq”
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh