İnam Kərimovu fermerlərin halı narahat etmir? - Kritik DURUM
Sosial
Oxunub: 334
11 mar 2020 | 22:20
İnam Kərimovu fermerlərin halı narahat etmir? - Kritik DURUM


Yazın gəlişinə baxmayaraq qərb bölgəsində quraqlığın davam etməsi ot bazarına da təsirsiz ötüşmür. Qış aylarında mal-qaranın əsas qidası sayılan quru ot bahalaşmaqda davam edir. Sahibkarlar əvvəlki illərdə mart ayında örüşlərdə qaramalın otladığını, bu il isə heç yerdə otun göyərmədiyini deyirlər. Bu səbəbdən də heyvanlar yenə quru otun ümidinə qalır ki, bu da bahalaşmanın əsas səbəbi hesab edilir.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda bölgədə təbii otun bağlaması 4-5 manat, yonca bağlaması isə 6-7 manat aralığında dəyişir. Buna görə də fermerlər seçim qarşısında qaldıqlarını deyirlər. Onlar ya mal-qaranı dəyər-dəyməzinə satmalı, yaxud baha qiymətə ot alıb yağışların yağmağını gözləməlidirlər. Rayonun Canalı kəndinin sakini Balakişi Qocayev iki inəyini otun baha olması səbəbindən satmaq istədiyini söyləyir.

"Ötən yay quraqlıq olduğundan ot tədarükü yaxşı olmadı. Hesabımıza görə, bu zaman artıq mal örüşə çıxıb başını qatmalıydı. Yalnız axşamlar ot verməklə yaza çıxarmaq mümkün olardı. Amma yağış olmadığından çöl asfaltın üstü kimidir. Məcburam ya borca girim, ot alım, yaxud dəyər-dəyməzinə satım", - deyə vəziyyəti izah edir.

Digər təsərrüfatçı Şahbəddin Hacıyev də ot bazarına bir inəyini yaza çıxarmaq üçün üz tutub. Lakin otun bahalığının onu da seçim qarşısında qoyduğunu deyir.

"Bir inəyim var. Gəlmişəm ot almağa. Amma çox bahalıqdır. Ötən illər 2-3 manat olan təbii ot bağlaması indi 4-5 manatdır. Yonca 6-6,5 manata satılır. Günə bir inək bir bağlama yeyəndə görün nə qədər pul lazımdır. Ona görə mal saxlamaq günü-gündən çətinləşir", - deyə bildirir.

Ot bazarının satıcılarından olan Fərrux Qasımov yazın gəlişi və tədarüklərin azalması ilə əlaqədar olaraq ot sahiblərinin qiyməti qaldırdıqlarını deyir: "Əhali özü qaldırır otun qiymətini. İndi tələbat artıb deyə bundan istifadə edirlər. Biz də onlardan alıb, üstünə 50 qəpik qoyub satırıq. Bu da doldurub-boşaltma, daşıma xərclərinə gedir. Bir qismi də bizə qalır. Ümid yağışlaradır, yağsa, ot göyərər, sahibkarların da yükü azalar".

Qeyd edək ki, qərb bölgəsinə artıq 10 aydır yağıntı düşmür və bu da təsərrüfatın bir çox sahələri kimi, maldarlığa da mənfi təsir göstərməkdədir.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib