“Dərslər bir ay dayandırla bilər” – İctimai Şuranın məsul katibi
Sosial
Oxunub: 334
4 mar 2020 | 14:36
“Dərslər bir ay dayandırla bilər” – İctimai Şuranın məsul katibi


Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb. Tədris fasiləsindən sonra ilk dərs günü martın 10-u müəyyən edilib.

Aydın məsələdir ki, bu müddət ərzində həm tələbələr, həm də şagirdlər dərs proqramından geri qalmalı olacaqlar.

Bəs bu cür hallarda dərs proqramları necə qaydasına qoyulur?

Hər hansı geriləmə müşahidə oluna bilərmi?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, təhsil eksperti İlqar Orucov mövzu barədə Modern.az-a danışıb.

Ekspert bir həftəlik təlim-tədris prosesinin dayandırılmasının proqramda geriliyə gətirib çıxaracağını istisna etməyib:

“Həm orta məktəb şagirdlərinin, həm də ali məktəb tələbələrinin geri qalmasına gətirib çıxarır. Məsələ budur ki, “Təhsil haqqında” qanunda da xüsusi hallarda dərslərin dayandırılmalı olduğu təsdiq olunub. İndiki halda isə koronavirus səbəbindən dərslər dayandırılıb”.

İlqar Orucov bir həftəlik müddətin o qədər də böyük olmadığını söyləyib:

“Hər halda vəziyyətin düzələcəyinə hər birimiz ümid edirik. Təbii ki, vəziyyətin gərginləşəcəyi təqdirdə dərslər bir ay dayandırla bilər. Bu cür hallarda Təhsil Nazirliyi müvafiq qərarlar qəbul edir. Hətta dərslərin uzadılması məsələsi gündəmə gələ bilər. Bildiyiniz kimi əksər məktəblərdə dərs müddəti 5, ya da, 6 günlük sistem əsasında aparılır. Belə hallarda 6-cı günə dərs salına, yaxud da proqramın üzərində işlənilə, dərs yükü artırıla bilər. Bununla da məsələ kompensasiya olunar”.

İctimai Şuranın məsul katibi qeyd edib ki, əgər proqramda hansısa mövzuların keçirilməsi nəzərdə tutulubsa, bu, mütləq şəkildə təmin olunmalıdır:

“Növbəti proseslərdə həm şagirdlərin, həm də tələbələrin yekun nəticə olaraq biliklərinin imtahanla sona yetməsinə gətirib çıxara bilər. Əgər dərslərin müddəti uzadılarsa, bu məsələyə Təhsil Nazirliyi baxacaq. Hələlik bu müddət o qədər də böyük müddət deyil. Hesab edirəm ki, bir həftəlik dərs yükünü proqrama daxil edərək bir qədər proqramı ağırlaşdırmaqla öhdəsindən gəlmək olacaq”.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh