KİVDF-nin ayağında olan korrupsiya... - Bəlasını jurnalistlər çəkir...
Sosial
Oxunub: 345
3 mar 2020 | 22:21
KİVDF-nin ayağında olan korrupsiya... - Bəlasını jurnalistlər çəkir...


Analoq.az saytının baş redaktoru Savalan Talıblı özünün “facebook” səhifəsində jurnalistlər binasında olan vəziyyətlə bağlı status paylaşıb.

AzToday.az xəbər verir ki, S.Talıblı statusdakı müraciəti ölkə Prezidentinə ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Cənab Prezident, mənim müraciətim Sizin Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar tikilən binadakı acınacaqlı vəziyyətlə bağlıdır.

Məlum olduğu kimi Sizin Sərəncamınızla jurnalistlərə binanın tikilməsi ilə bağlı ilkin olaraq 5 milyon manat ayrılmışdı.

Bu qədər pula tikdikləri binada olan vəziyyət isə dözülməz həddədir. Qapı-pəncərədən, binanın damından gələn səslər yuxumuzu ərşə çəkib. Evdə quraşdırılan su, qaz turbaları, krantları hamısı yararsızdır. Elektrik xətləri bərbad gündədir. Evə köçən gündən demək olar ki, sakinlər ancaq bu problemlərin aradan qaldırılması ilə məşğuldur.

Təmir işləri həddindən çox məsrəf və vaxt apardığından binada olan digər problemlərə baxanda yenə dözüləsi haldır. Binanın təmiri (daha doğrusu təmirsizliyi) Bakının küləyinə, yağışına uyğun gəlmir. Küləkli günlərdə uğultu səsindən evdə oturmaq olmur. Qapı-pəncərələrdən gələn vıyıltıdan, ortalığı qarışdıran, nəfəs darlığı yaradan toz-torpaqdan evdə oturmaq mümkün deyil, çünki evdə oturmaqla küçədə dayanmayın heç bir fərqi yoxdur.

Hələ evin damından gələn səsləri demirəm. Dünən gecədən səhərə qədər evə su damıb. Əldə vedrə, əski parçaları döşəmədən su təmizləmişik. İki il ərzində bəlkə üç dəfə qapı-pəncərələrin rezinini dəyişmişəm, amma heç bir faydası olmayıb. Binada yaşadığım gündən qazandığım ancaq təmir sursatlarına və usta pulunu ödəməyə gedir. Problemlər isə birmir ki, bitmir.

Binanın tikintisinə ayrılan vəsaitlər isə bir çoxunun yeyinti mənbəyinə çevrildi. Kimin nə qədər yeyib-dağıtdığı nə mənə, nə də digər sakinlərə məlum deyil. Amma onu bilirəm ki, binanın tikintisini öz üzərinə götürənlər bu biabrçılıqların yaranmasının səbəbkarlarıdır. Onlar bir pəncərəni belə doğru-düzgün yerləşdirməyiblər. Cənab prezidentin sərəncamı ilə ziyalılara verilmiş evlərə bu gün də su damır.

Möhtərəm Prezident, dərdimiz o qədər böyükdür ki, birini deyirik, biri qalır. Binanın zirzəmisində “Kaspi” hazırlıq kursları var. Orada olan qiymətlər şəxsən mənim aldığım əməkhaqqının yarısıdır. Əli Həsənova məxsus həmin hazırlıq kurslarındakı qiymətlər çox yüksək olduğundan övladımı oranın nə bağçasına, nə də dərs məşğələlərinə göndərə bilirəm.

Binanın həyətində gündəlik lazım olan ərzaq və qida məhsullarını almaq üçün heç dükanımız da yoxdur. Böyük həyət-bacamız olsa da, binanın işıqlandırılması yox səviyyəsindədir. Bu problemlərlə bağlı bir çox qapıları döymüşük, dərdimizi dinləsələr də heç bir əlac edən olmayıb. Narahatlıqla bağlı yazdığım bu yazını olduğu kimi Sizə ünvanlamaq qərarına gəldim.

Cənab Prezident, bunun sadəcə bir vətəndaş müraciəti olduğunu və bu səbəblə fikrlərimi sadə cümlələrlə, bütün səmimiyyətimlə yazdığımı bildirmək istəyirəm.

Daim xalqın bütün problemlərilə maraqlanan, xalqın arasında olan, səmimi və dəyərli Prezidentimiz, Sizə bu müraciəti etməklə problemlərimizin həll olunmasına ümid edirik”.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh