QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR
Sosial / Dunya
Oxunub: 421
25 fev 2020 | 09:58
QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR



İş məhkəməlikdir: Professor Rüstəm Məmmədovla 9 min manat pulunu alıb ölümünə səbəb olduğu xəstənin yaxınları arasında çəkişmə böyüyür
ATU- nun Tədris Cərrahiyyə Klinikasinda 9000 (doqquz min) manatı alınan xəstənin ölümünə səbəbkar olan ümumi cərrah Rüstəm Məmmədovun səhlənkarlığı və (və ya) tamahkarlığı barədə saytımızda dərc olunan məqalədə ehtiva olunan məsələyə – mərhumun oğlunun boşuna xərclədiyi pulları geri tələb etməsinə münasibətini bildirməsi üçün həkimin özünə zəng vurduq. “Professor” Rüstəm Məmmədov bizi klinikaya dəvət edib ətraflı izah verəcəyini vəd etdi. Lakin əməkdaşımız tibb müəssisəsinə daxil olandan sonra hələ dəhlizdə ikən R.Məmmədovun onu qəbul etməyə heç də həvəsli olmadığını aşkarlamışdır. Belə ki, ilk əvvəl doktor R.Məmmədov baş həkim Ramiz Poluxovla görüşüb icazə almağın vacibliyini deyib. Əməkdaşımız xeyli səy göstərəndən sonra professor Poluxovla əlaqə saxlayıb. Baş həkim öz növbəsində R.Məmmədovla görüşməkdə heç bir maneənin olmadığını deyib. Rüstəm Məmmədov isə bildirdi ki, yenidən onun qəbuluna düşmək üçün qəbul şöbəsində qeydiyyata düşməliyik.Biz qeydiyyat şöbəsinə yaxınlaşanda isə bildirdilər ki,30 manat ödəməlisiniz.Nəhayət, R.Məmmədovun işlədiyi şöbəyə qalxmağa nail olan əməkdaşımız bir neçə həkimin domino oynadığının, üçüncüsünün – R.Məmmədovun isə onların hesabını yazdığının şahidi olub.

Söhbət əsnasında əməkdaşımızla həmsöhbəti ortaq məxrəcə gəliblər ki, mərhum Bayram Fərəcullayevin oğlu Sabirlə telefon əlaqəsi yaradıb səsini ucadanışanla dinləsinlər. Sabir Fərəcullayev dəstəyin o başından həkimə qarşı irəli sürdüyü ittihamı yenidən səsləndirib. Rüstəm həkimə bir daha xatırladıb ki, o, analiz nəticəsində metastaz (xərçəngin yayılması) aşkarlanan xəstənin əvvəlcə mədəsində, sonra da qaraciyərində cərrahi əməliyyat (xərçəngli şişlərin götürülməsi) aparmamalıydı, onu kimya terapiyasına ehtiyaclı olduğu üçün Milli Onkologiya Mərkəzinə göndərməliydi. Bildirib ki, həmkəndli olduqlarına görə etibar edib onun yanına gəliblərmiş, inanırmışlar ki, xəstənin taleyinə həssas yanaşacaq, səmimi olacaq, daha başqa üzdəniraq həmkarları kimi nəyin bahasına olursa-olsun özünün və işlədiyi müəssisənin gəlirini artırmaq naminə tanıdığı xəstə yiyəsini lüzumsuz xərclərə salmayacaq. O isə əksinə, etimaddan sui-istifadə edib, xəstənin adamlarına guya baş vermiş tomoqrafiya səhvindən danışıb, onları qorxudub ki, xəstə təcili əməliyyat olunmasa, 90 faiz ölüm riski var. Yersiz müdaxiləsinin axırı da letal sonluqla nəticələnib. Bunu eşidən doktor Məmmədov telefon bağlantısında S.Fərəcullayevlə razılaşmayaraq onun boynuna qoymağa çalışıb ki, mərhumun qardaşı və qızı guya onun metastazlı vəziyyətində üzərində cərrahi əməliyyat aparılmasına razılıq veriblərmiş. S.Fərəcullayev də öz növbəsində deyib ki, hətta o cür ağır vəziyyətdə olan xəstənin yaxınları razılıq vermiş olsaydılar da, həkimin elə qərar verməyə ixtiyarı yox idi, çünki o, ümumi cərrahdır, cərrah-onkoloq deyil. Bu zaman Məmmədov özündənrazı halda bildirmişdir ki, Milli Onkologiya Mərkəzinin cərrah-onkoloqları onun tələbələri olub, onları özü öyrədib. Əlavə edib ki, S.Fərəcullayev əgər mərhum atasının ölümündə onu təqsirkar hesab edirsə, Səhiyyə Nazirliyinə, məhkəməyə, ümumiyyətlə, hara istəyir şikayət edə bilər.

«Əhalinin sağlamlığının qorunması haqqında» AR Qanununun 25-ci maddəsində Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ təsbit olunub: «Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur…»

Əgər ATU-nun Tədris-Cərrahiyyə Klinikasının vəzifəli şəxsləri (bizim misalda doktor R.Məmmədov) Qanunun tələblərinə tam riayət edərək: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmişlərsə; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmişlərsə; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə səhih məlumat vermişlərsə və üzərlərinə düşən digər vəzifələri yerinə yetirmişlərsə, demək, həkim R.Məmmədovun qeyd etdiyi “tomoqrafiya səhvi” də həmin rəsmi sənədlərdə öz əksini tapmalıydı. Amma bizim tanmıdığımız (artıq tanıdığımız) doktor R.Məmmədovun dilində dediyi sözləri kağız üzərində imzası ilə təsdiqləyəcəyi ağlabatan görünmür. Hərçənd, iş məhkəməlik olsa, bu yazıda istinad etdiyimiz məlum telefon danışığını təqdim etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Deryaz.az


QUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILARQUMARXANAYA ÇEVRILMIŞ XƏSTƏXANADA XƏSTƏNI ÖLDÜRÜB OĞLUNDAN 9000 MANATINI ALDILAR
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi