"Küçələrə səpələnmiş" gələcəyimiz – Bəziləri təhsilə qaytarılsa da, bəziləri qaytarılmır
Sosial
Oxunub: 286
20 fev 2020 | 22:50
"Küçələrə səpələnmiş" gələcəyimiz – Bəziləri təhsilə qaytarılsa da, bəziləri qaytarılmır


Nə qədər “uşaqlar bizim gələcəyimizdir” desək də, paytaxtımızda küçədə salfet satan, avtomobil şüşələrini təmizləyən və bu kimi işlərə cəlb edilən azyaşlı uşaqlarla tez-tez rastlaşırıq. Onların belə işlərə cəlb edilməsi, bu halların xüsusilə dərs saatlarında baş verməsi, təhsildən yayındırılması daim cəmiyyəti narahat edən mövzulardan biridir.
Bəs belə uşaqlara nəzarət necə aparılır? Onlar haqqında hansı tədbirlər görülür?
Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a açıqlamasında uşaqların bu cür işlərə işbazlar tərəfindən cəlb edildiyini bildirdi:
“Bizə daxil olan şikayətlərə mütəmadi olaraq baxılır, daha sonra tərəfimizdən əraziyə baxış keçirilir, lazımi tədbirlər görülür. Elə uşaqlar aşkarlandıqda təhsildən yayınıbsa təhsilə cəlb edilir, valideyn himayəsindən məhrum olunubsa müvafiq sığınacaqlara yerləşdirilir. Eyni zamanda qanunverciliyə uyğun olaraq da müvafiq tədbirlər həyata keçirilir. Azyaşlı uşaqların salfet satmaları və müxtəlif ad altında fəaliyyət göstərmələri, bunlar işbazlar tərəfindən həyata keçirilir və onlar barəsində də tərəfimizdən vaxtaşırı tədbirlər görülür.
Son zamanlar isə belə hallarla bağlı bizə şikayət daxil olmayıb. Lakin, ərazidə olan post-patrul xidmətinin əməkdaşları tərəfindən elə uşaqlar aşkarlandıqda ərazidən uşaqlaşdırılır, valideyni varsa idarəmizə dəvət edilir. Valideynə azyaşlı uşağını o yaşda işə cəlb etməsinin hüquqa zidd olduğu izah edilir. Belə hallarda azyaşlılar barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsində hər hansı sərt tədbirlər nəzərdə tutulmur, ancaq valideyni ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İlk növbədə xəbərdarlıq edilir, digər hallarda qanunvercilikdə göstərilən cəzalar tətbiq olunur. Elə uşaqlar əsasən şəhər mərkəzlərində deyil də, avtomobillərin sıx olduğu digər yerlərdə müşahidə edilir”.
Məsələ ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev Yeniavaz.com-a açıqlamasında bildirdi ki, həmin uşaqların böyük qismi təhsilə qayıtsa da, az bir qismi müəyyən səbəblərdən təhsilə qayıtmır:
“Belə uşaqlar əsasən hüquq-mühafizə orqanları tərəfindən aşkar edilir və daha sonra bizə bildirilir. Bu zaman biz həmin uşağın ailəsi və özü ilə işlər görürük, məsələnin səbəblərini araşdırırıq. Əgər ailədə psixoloji problem varsa bizim psixoloqlar onlarla danışır. Çünki elə uşaqlar var ki, evdən qaçıb haradasa işləyirlər, dilənirlər və s. məşğul olurlar. Bundan başqa, biz kütləvi informasiya vasitələrini, sosial şəbəkələrdə uşaqlarla bağlı paylaşımları izləyirik. Əgər hər hansı bir uşaq dilənçiliyə cəlb edilirsə, əməyi istismar olunursa lazımi qurumlarla çalışıb məsələni qaldırır, müvafiq tədbirlər həyata keçiririk. Ötən illərlə müqayisə etdikdə isə belə hallarda azalma müşahidə edilir. Həmin uşaqların 70-80 faizi də təhsildən yayınan uşaqlardır. Onlar da yenidən təhsilə qaytarılır. Lakin yerdə qalan, yəni 20-30 faiz uşaqlar müəyyən səbəblərdən təhsilə qayıtmır. Uzun müddət fasiləyə yol veridikləri üçün onlara nəzarət çətinləşir. Buna da yerli İcra Hakimiyyəti daxilində xüsusi kommissiyalar nəzarət edir. Əgər həmin uşaqların yaşı 15-dən yuxarıdırsa müxtəlif peşə sahələrinə yönəldilir. Yəni, əvvəl dilənçiliklə məşğul olurdusa indi normal işlə məşğul olurlar. Ümumiyyətlə bizdə gecəni küçələrdə keçirən uşaqların sayı olduqca azdır. Bu kimi mövzularda hüquq-mühafizə orqanları, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, İcra Hakimiyyətləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir-biri ilə əlaqəli çalışırlar”.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi