YENİ RƏİS HAMINI İŞDƏN ÇIXARMAĞA BAŞLADI - "Etiraz edənləri təhqir edir, hədə-qorxu gəlir"
Sosial / Dunya
Oxunub: 753
4 fev 2020 | 14:13
YENİ RƏİS HAMINI İŞDƏN ÇIXARMAĞA BAŞLADI - "Etiraz edənləri təhqir edir, hədə-qorxu gəlir"


Bir neçə gün əvvəl “Azərpoçt” MMC-nin 6 saylı poçt filialına rəis əvəzi təyin edilən Emin Kərimli kütləvi şəkildə işçiləri işdən çıxarmağa başlayıb.

Bu barədə “AzPolitika.info”ya məlumat rabitə sektorundakı mənbələrdən daxil olub.

Qeyd edək ki, ixtisasca iqtisadçı olan Emin Kərimli 3 saylı poçt filialının rəisi işləyirdi. “Azərpoçt” MMC-nin Baş direktoru Emin Əfəndiyev 6 saylı poçt filialının müdirini işdən çıxararaq (bəzi məlumatlara görə qanunsuz olaraq-red.), onun yerinə müvəqqəti olaraq yaxın dostu olan Emin Kərimlini təyin edib. “Bu dəyişikliyin səbəbi əvvəlcə qaranlıq olsa da, indi məlum olur ki, məqsəd 6 saylı poçt filialını və onun şöbələrini də peşəkar rabitəçilərdən “təmizləməkdir”” – deyə mənbə bildirir.

Belə ki, məlumata görə, Emin Kərimli 6 saylı poçt filialında işə başlar-başlamaz burda da rabitəçilərə qarşı “savaş” elan edib. Heç bir ciddi səbəb olmadan filialın tabeliyindəki poçt şöbələrinin müdirlərini çağıraraq, ərizələrini yazmağı tələb edir. “Onlarla da kifayətlənmir, poşt şöbələrində uzun illər çalışan rabitəçilərdən də işdən azad olunmalarına dair ərizə almağa çalışır. Etiraz edənləri kobud ifadələrlə təhqir edir, hədə-qorxu gəlir”, – məlumatda qeyd edilir.

Bu isə 6 saylı poçt filialında və onun tabeliyindəki poşt şöbələrində çalışan rabitəçilərin kütləvi narazılığına səbəb olub. Onlar bu narazılıqlarını ifadə etmək üçün yaxın günlərdə Rabitə Nazirliyinin binası qarşısında piket keçirmək niyyətindədirlər. “Əgər nazirlikdə bizi eşitməsələr, Prezident Administrasiyasına gedəcəyik” – deyə narazılardan biri bildirib.

YENİ RƏİS HAMINI İŞDƏN ÇIXARMAĞA BAŞLADI - "Etiraz edənləri təhqir edir, hədə-qorxu gəlir"


Qeyd edək ki, Emin Əfəndiyevin komandasının əsas üzvlərindən biri hesab olunan Emin Kərimlinin bu günlərdə yeni yaradılan Bakı Poçt Filialına rəis gətiriləcəyi gözlənilirdi. Ancaq rabitəçilərin ciddi narazılıqlarından sonra bunun təxirə salındığı bildirilir.
Emin Kərimlinin 6 saylı poçt filialına “əlində qılınc” gəlməsi, rabitəçiləri kütləvi şəkildə işdən uzaqlaşdırması da bununla bağlanılır. “Görünür uzun müddətdir gözlədiyi vəzifəni əldə edə bilməməsi onun psixologiyasına mənfi təsir edib. Qəzəbini isə yazıq rabitəçilərdən çıxır” – deyə rabitəçilərdən biri saytımıza bildirib.

Qeyd olunanlarla bağlı Emin Kərimlinin də mövqeyini işıqlandırmağa hazırıq.

Xatırladaq ki, bir qrup rabitəçinin “AzPolitika.info”-ya göndərdiyi məktubda Emin Kərimlinin uzun illər bank sektorunda fəaliyyət göstərdiyi, dəfələrlə adının müxtəlif qanunsuz işlərdə hallandığı bildirilib. Onun poçt xidmətindən tamamilə xəbərsiz olduğu qeyd olunub, bu sahədə vəzifəyə gətirilməsi “əməliyyatları” yaxşı bacarması ilə əlaqələndirilib.

Mövzu diqqətimizdədir.
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...