Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər – Tələbələrin nəzərinə!
Sosial
Oxunub: 417
29 noy 2019 | 13:18
Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər – Tələbələrin nəzərinə!

Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər davam edəcək. Razılaşdırılmış layihə gələn ilin sonunda təsdiq edilmək üçün hökumətə təqdim olunacaq.

Qaynarinfo.az xəbər verir ki, Bakı şəhərinin Baş Planı üzrə yanaşmalar zamanı bir sıra müzakirələr gedib. Müzakirələr zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev universitetlərin Xocəsən və Mərdəkana köçürülməsi məsələsinən də bəhs edib.

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə Mərdəkanın altmərkəz kimi nəzərdə tutulmasının zəruriliyini vurğulayaraq bir növ universitetlərin daşınması fikrinə etirazını bildirib.

O, qeyd edib ki, sadəcə, oranın gələcəkdə yaşayış tikintisi üçün zona kimi müəyyən edilməsi bir qədər təhlükə yaradır, hamı bilir ki, Mərdəkan istirahət zonasıdır.

Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Modern.az-a bildirib ki, Strateji layihələr Baş planın reallaşdırılmasında təkan verici rol oynayacaq.

“Müxtəlif mənbələrdən, o cümlədən: dövlət qurumları, özəl və içtimai təşkilatlardan və şəhər sakinlərindən təqdim olunmuş layihə təklifləri arasında seçilmiş 11 layihə Strateji Sessiyada elan olunub.

Sözügedən layihələr Baş Plan paketində hökumətə təqdim olunacaq və bu layihələr təsdiqlənərsə, onların detallı texniki-iqtisadi əsaslandırılmaları hazırlanacaqdır”.

Ramiz İdrisoğlu qeyd edib ki, müasir kampusun yaradılması məsələsi də təklif olunmuş layihələrdən biridir:

“Burada dünyada aparıcı universitetlərin təcrubəsinə əsaslanaraq təhsil, elm və biznesin bağlanma nöqtəsinin yaradılması nəzərdə tutulur. Söhbət yalnız universitetlərin fiziki köçürülməsindən getmir. Layihə hökümət tərəfdən müsbət qiymətləndirilsə, kampusun yerləşdirilməsinin infrastruktur baxımından münasib olacağı, tərkibinə hansı təhsil ocaqlarının daxil olacağı kimi məsələlərə baxılacaq.

Ekspert Cahangir Qocayev bildirib ki, Bakının Regional İnkişaf Planında universitetlərin şəhərdən çıxarılması üçün ərazi nəzərdə tutulub, amma Xocəsən plana daxil deyil.

“Universitetlərdən birinin ərazisi Böyük Şor gölünün ətrafında olacaq. Mən ümumiyyətlə nəzərdə tuturdum ki, universitetlərin köçürüləcəyi yerlərə elektrik qatarları quraşdırılsın. Ələtə gedən yolda boş yerlər çoxdur, universitetləri ora da köçürmək mümkün olar. Universitetlərin başqa əraziyə daşınması olduqca uzun işdir. Bunun üçün əvvəl universitet şəhərcikləri yaradılmalıdır”.

Cahangir Qocayev qeyd edib ki, konkret olaraq orada yataqxana, kitabxana yaradılsa tələbələrin kənar ərazilərə köçürülməsi əlverişli olar:

“Bəzi universitetlər doğurdan da kənara köçürülsə yaxşı olar. Məsələn, biri UNEC. UNEC-in Bakının mərkəzində nə işi var axı?! Bundan əlavə Pedaqoji Universitetin də şəhərdən kənara köçürülməsi daha məqsədəuyğundur. Bunu Təhsil Nazirliyi ilə razılaşdırmaq lazımdır”.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik