Hüquqşünasdan Mikayıl Cabbarova müraciət: “Bu yay şeytan məni yoldan çıxardı”
Sosial
Oxunub: 319
27 noy 2019 | 23:51
Hüquqşünasdan Mikayıl Cabbarova müraciət: “Bu yay şeytan məni yoldan çıxardı”


Hüquqşünas Yalçın İmanov İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edib. “Yeni Sabah” xəbər verir ki, Yalçın İmanovun müraciəti yaşadığı evin tikildiyi, ümumi sahəsi 2 sota yaxın torpaq sahəsinin sənədləşməsi zamanı qarşılaşdığı problemlərlə bağlıdır. Hüquqşünasın müraciətini olduğu kimi təqidm edirik:
“Çox hörmətli Mikayıl Cabbarov!

Mən, Sumqayıt şəhərində, Kottec qəsəbəsində yaşayıram. Yaşadığımız həyət evi təxminən 2 sot torpaq sahəsi üzərində yerləşir. Ev atamın adınadır. Mənzilin qeydiyyat vəsiqəsi var. Ancaq torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınmayıb. Bu yay şeytan məni yoldan çıxardı və əksər hissəsi mənzilin altında yerləşən torpaq sahəsinin sənədləşməsi niyyətinə düşdüm.

Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdim və orada məndən imkanlarıma uyğun omayan və ödəyə bilməyəcəyim qeyri-qanuni məbləğ istənildi. Sözsüz ki, gücüm çatsaydı, bu pulu ödəyib, hörmət və izzətlə çıxarışı alardım. Ancaq yoxa lənət.

İdarədən rəsmi imtina cavabı aldıqdan sonra, sənədləri hazırlayıb torpağın üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Məhkəməyə müraciətdən sonra Dövlət Arxiv İdarəsinin Sumqayıt filialına sorğularla müraciət edib, həmin torpaq sahəsinin mənşəyi və hüquqi tarixçəsi barədə ətraflı məlumatları əldə etdim və məhkəməyə təqdim etdim.

Artıq 3 məhkəmə iclası geridə qalıb və hər məhkəmə iclasında 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi heç bir ağlabatan dəlil gətirmədən iddiaya etiraz etməkdə davam edir.

Cənab Mikayıl Cabbarov!

Mən, uzun müddət hüquqşünas işlədiyimdən məhkəmələrimizin anatomiyasını yaxşı bilirəm. Üstəlik, ortalıqdakı pis təcrübə də o biri tərəfdən qorxudur. İndiyə qədər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin cavabdeh olduğu işlərdə iddiaların təmin edilmə perspektivi , faizi çox cüzidir və əksər hallarda demək olar ki, qeyri-mümkündür.

23 oktyabr 2019-cu ildə prezidentin fərmanı ilə siz İqtisadiyyat Naziri təyin edilmisiz və Əmlak Məsələləri Dövlət Komitəsi də sizin rəhbərlik etdiyiniz genişləndirilmiş nazirliyin strukturuna daxil edilib.

Sizin islahatçı və yeni dövrün çağırışlarına açıq bir insan, məmur olduğunuz haqda ən müxatəlif mənbələrdən məlumatlar eşitmişəm. Üstəlik onu da bilirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş rəhbəri Kərəm Həsənovun və onun kriminal dəstəsinin illərdi yığılıb qalmış ağır bir mirasını həll etmək sizin çiyinlərinizdədir.

Başqa bir tərəfdən isə, bugünlərdə ölkə prezidenti İlham Əliyev cənabları vətəndaşları qarşılaşdıqları nöqsanlar barədə uyğun dövlət orqanlarına məlumat verməyə, müraciət etməyə səsləyib.

Məhz bu iki faktordan - sizin islahatçı obrazınızdan və prezidentin məlum son çağırışından ruhlanıb sizə müraciət edirəm: Məni qəbul edin və ümumi sahəsi 2 sota yaxın olan, böyük hissəsi mənzilin altında yerləşən torpaq sahəsinin sənədləşməsi, üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mövzusunda qarşılaşdığım problemlərimi dinləyin”.

Yenisabah.az
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
16-05-2024, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
16-05-2024, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
16-05-2024, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...