Başıbəlalı “uşaq pulu” məsələsi: hökumət “yox” dedi, parlament israr etdi…
Sosial
Oxunub: 308
27 noy 2019 | 09:39
Başıbəlalı “uşaq pulu” məsələsi: hökumət “yox” dedi, parlament israr etdi…


“Uşaq pulu” məsələsi bu dəfə parlamentin iclasında gündəmə gəlib. Millət vəkili Vahid Əhmədov uşaq pulunu vacib sayaraq bildirib ki, bu məsələdə ümumi məxrəcə gəlmək lazımdır.
Deputat qeyd edib ki, “uşaq pulu”nun verilməsi millətin tələbidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev deyir ki, müəyyən təbəqədən olan insanlara təxminən “uşaq pulu” verilir. Amma biz hamımız faktiki olaraq “uşaq pulu” ilə böyüyən adamlarıq. “Bu gün “uşaq pulu”nun ödənilməsini təmin edə bilmərik” deməyi düzgün hesab etmirəm. “Uşaq pulu” verilməlidir. Demirik ki, bunu 18 yaşa kimi vermək lazımdır. Bununla bağlı da ümumi məxrəcə gəlmək lazımdır. Çünki cəmiyyət tərəfindən də bu məsələ səslənir. Hesab edirəm ki, “uşaq pulu” məsələsinə birbaşa “yox” demək düzgün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bununla əlaqədar müxtəlif təkliflərlə çıxış etməlidir. “Uşaq pulu”nun verilməsi xalqın tələbidir və bu istiqamətdə addım atılmalıdır”.

Millət vəkilinin fikrinə cavab olaraq, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, hazırda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir: “Buna görə də il ərzində 494 milyon manat ayrılır. Bu da 585 min uşağın əhatə olunması deməkdir”. Onun sözlərinə görə, təkcə bu il ərzində ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb: “Cənab Prezident də son müzakirələr zamanı vurğuladı ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. Uşaq pulu isə ünvanlılıq prinsipinə tam cavab vermir” .

Qeyd edək ki, daha öncə də aidiyyəti dövlət qurumlarından uşaq pulunun verilməsi üçün yetərli maliyyə qaynağının olmaması bildirilmişdi.
Mediada gedən müzakirələrin ardından Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu gələn ilin büdcəsində uşaq pulu ilə bağlı 2 maliyyə qaynağını qeyd edib:

“Əmək və əhalinin sosial müdafiəsi naziri çıxışında uşaq pulunu vermək üçün 3,3 milyard manat tələb olunduğunu qeyd etmişdi və bu qədər vəsaitin bu məqsəd üçün gələn ilin büdcəsindən ayrılmasının mümkünsüz olduğunu bildirmişdi.

Uşaq pulunun ödənilməsi üçün 2020-ci il büdcəsinin daxilində 2 maliyyə qaynağını təqdim edə bilərəm. Əvvəlcədən onu da bildirmək istəyirəm ki, növbəti ilin büdcəsində əks olunan hər iki qaynaq potensial korrupsiya mənbəyidir, şəffaflıq və hesabatlılığa kölgə salır. Onlardan biri növbəti ilin dövlət büdcəsində iqtisadi təsnifat üzrə “Malların (işlərin və xidmətlərin) satınalması” bölməsi 28,2 faizlik xüsusi çəki ilə 7,6 mlrd. manat məbləğində nəzərdə tutub. “Büdcə zərfi”nə daxil edilmiş məlumatlar əsasında aparılmış təhlil həmin vəsaitin 45,6 faizinin “Sair xərclər” və “İstehlak yönümlü xərclər” üzrə proqnozlaşdırıldığını göstərir. Bu o deməkdir ki, 3,5 milyard manatlıq vəsait “Sair xərclər” və “İstehlak yönümlü xərclər” adı ilə qapalı saxlanılır, yəni bu xərc maddəsi üzrə 3,5 milyard manat hələ bölüşdürülməyib”.

Q.İbadoğlu onu da qeyd edir ki, Hesablama Palatasının hesablamalarına görə, 2020-ci ilin dövlət büdcəsinin layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4602,1 mln. manat nəzərdə tutulub ki, bu da 2018-cı ilin icra göstəricisindən 1534,5 mln. manat və ya 50 faiz çoxdur. 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 17,1% təşkil edir. Birdəfəlik təyinatlı xərclər üzərində son təyinatı icra hakimiyyəti müəyyənləşdirir. Bu xərc maddəsi də bölüşdürülməyib. Odur ki, uşaq pullarının ödənilməsi üçün istək olsa , 2020-ci ilin büdcəsini rasionallaşdırıb, vəsait ayıra bilərlər. Hələ də gec deyil. Bunlar hamısı deyil, başqa maliyyə mənbələri də təqdim edə bilərəm”.

İqtisadçı ekspert Pərviz Heydərov isə müsavat.com-a açıqlamasında vurğuladı ki, bu məsələ vahid kontekstdə nəzərdən keçirilməli və ümumi mexanizm əsasında həllini tapmalıdır: “Uşaqların sosial müdafiəsi məsələsi nə demoqrafik məsələ deyil, nə də əlil, başqa cür fiziki yardıma ehtiyacı olan, valideynini itirən, valideynləri hərbi və yaxud hər hansı peşə qulluqçuları sayılan və sair kimi qruplar üzrə çeşidlənərək, baxılmalı olan bir məsələ deyil. Bu, vahid kontekstdə nəzərdən keçirilməli və ümumi mexanizm əsasında həllini tapmalı olan məsələdir. Bəli, bizdə dövlət mövcud imkanları çərçivəsində və bəlkə də bundan daha çox vətəndaşların yanında dayanır. Ümumiyyətlə, dövlətimizin yürütdüyü iqtisadi kursun qayəsində və hədəfində vətəndaşların maddi, sosial durumu və bunun davamlı olaraq yaxşılaşdırılması durur. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinə yönəlik sayca 10-dan çox aylıq sosial müavinət növü mövcuddur. O cümlədən, birdəfəlik ödənişlər də həyata keçirilir. Və bunların hər birinin də səviyyəsi dövlət başçısı tərəfindən müvafiq sərəncamlar ilə demək olar ki, hər il artırılır. Ümumiyyətlə, dövlət büdcəmizə diqqət yetirsək, onun xərclər hissəsinin əsasını sosial məsrəflərin təşkil etdiyini görərik. Yəni, dövlət büdcəsi xərclərinin az qala yarıdan çoxunu əmək haqqı və pensiya, o cümlədən, müavinətlərin ödənişi təşkil gedir. Onda belə çıxır ki, ölkədə əlavə olaraq, dövlət tərəfindən sosial müdafiə siyasətinə və tədbirlərinə ehtiyac yoxdur? Sözsüz ki, bu, səhv yanaşmadır. Dövlət büdcəsi xərclərinin yarıdan çoxu əməkhaqqı, pensiya, müavinətlərin ödənişinə getsə də, əlavə sosial müdafiə tədbirlərinə yenə ehtiyac var”.

İqtisadçı vurğuladı ki, zaman keçdikcə sosial müdafiə və təminat siyasətində ayrı-ayrı nüanslar ortaya çıxır və çıxmalıdır da: “Yəni, əslində nəyin daha səmərəli və məqsədəuyğun olduğu tədricən, öz təsbitini tapır. Bu mənada, məsələn, dövlət tərəfindən uşaqların sosial müdafiəsinin təşkili və maddi qayğılarının qarşılanması məqsədilə bir neçə adda müavinətlər ödənişindənsə, bir adda aylıq uşaqpulu ödənişi daha məqsədəuyğun sayılmalıdır”.

P.Heydərovun sözlərinə görə, burada problem maliyyə məsələsində deyil: “Sosial müavinətlər sadə funksiyalı və konkret təyinatlı olsa daha məqsədəuyğun olar. Bu mənada uşaq puluna ehtiyac var. Digər tərəfdən isə heç kim iddia edə bilməz ki, uşaqların sosial müdafiəsinin təmini üçün heç bir ödəniş həyata keçirilmir. Problem ondadır ki, bütün uşaqlar bərabərhüquqlu olaraq bundan yararlana bilmir. Söhbət müəyyən kateqoriya uşaqlardan gedir. Çoxşaxəli olaraq ödənilən sosial müavinətləri birləşdirib, bəzilərini ləğv edib, konkret uşaq pulu adı ilə bir ödəniş növü müəyyən edilib tətbiq olunsa daha yaxşı olar. Bu da ciddi müzakirə tələb edən məsələdir. Avropa ölkələrinin əksəriyyətində uşaqların sosial müdafiəsi üçün belə ödənişlər var. Uşaq pulunun bərpası üçün maliyyə mənbələrinin olmaması da yanlış fikirdir. Azərbaycanın hazırki dövlət büdcəsi buna şərait yaradır. Burada sadə və bitkin bir mexanizm yaradılmalıdır. Bu həm də vətəndaşlar üçün anlaşılan olar. Onlarla adda müavinət növü var, vətəndaşların isə bu qədər iqtisadi savadı yoxdur ki, onların hər birindən məlumatlı olsunlar. Konkret 2-3 istiqamət üzrə qruplaşdıraraq sosial müavinət ödənişi tətbiq olunsa, bu daha məqsədəuyğun olar”.
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Dünən, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
16-05-2024, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL