“Araz” marketdə tərkibinə donuz dərisi qatılmış kolbasalar satılır
Sosial
Oxunub: 344
26 noy 2019 | 10:08
“Araz” marketdə tərkibinə donuz dərisi qatılmış kolbasalar satılır


Eyyub Hüseynov alıcıları diqqətli olmağa çağırdı; “Bu gün uşaqlar üçün buraxılan bəzi konfetlərin tərkibində də donuz dərisi var…”

“Donuz dərisinin tozu, broyler toyuğunun dərisi…”. Bu inqrediyentlər “Araz” marketlər şəbəkəsində və digər şəbəkələrdə satışda olan “Mortadella” kolbasasının tərkibində yer alır. Belarusiyanın Vitebsk vilayətində istehsal olunan kolbasa aylardır ki, satışdadır. İstehlakçılar isə kolbasanın üzərində yazılan məlumatları oxumadan alırlar.

Həmin məlumatlar isə belədir: “Bişmiş, soyudulmuş birinci növ quş əti kolbasası ”Mortadella”. Tərkibi: ət inqrediyentləri (sümükdən mexaniki üsulla ayrılmış toyuq əti, broyler toyuğun dərisi, içməli su, melanj, kartof nişastası, yodlaşdırılmış xörək duzu tərkibində yaprıxmaya qarşı agent – kalium ferrosionid var), noxud nişastası, qatılaşdırıcilar E407, E412, heyvan zülalı; (donuz dərisinin tozu), stabilizatorlar E450, E 452, turşuluq tənzimləyicisi E451, şəkər, antıoksidləşdiricilər, E330, dad və aroma gücləndiricisi E621, maya ekstraktı, ədviyyat (hil), aromatizatorlar (dadlandırıcılar vetçina araması, aromatizatot his), ədviyyat ekstraktı (muskat qozu), maltodekstrin, qida boyası E120 yodat, rəng fiksatoru – natrıum nitrit. Tərkibində qlüten, sud, xardal emalı məhsullarının qalıqları ola bilər”.

Odur ki, mağazalardan aldığımız qida məhsullarının tərkibi haqda məlumatlara diqqət etməyimiz vacibdir.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a dedi ki, kolbasının üzərində bu məlumatların yazılması yaxşı haldır: “Qida Təhlükəsizliyi Agentliyi qidanın təhlükəziliyinə nəzarət edir, amma keyfiyyətinə nəzarət etmək səlahiyyəti yoxdur. Əslində belə mallar əhalinin böyük əksəriyəti üçün arzuolunmaz haldır. Donuz dərisindən jelatin hazırlanır. Bu gün satışda uşaqlar üçün rəngarəng konfetlər var, hansıların ki, tərkibi jelatindir, yəni donuz dərisidir. Donuz dərisi qidaya yumşaqlıq, elastiklik verir. Yaxşı haldır ki, qeyd olunan kolbasanın tərkibində donuz dərisinin olduğunu yazıblar. Yazmasaydılar, bunu araşdıran, yazan olmazdı. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, buna baxmayaraq Ramazan ayında efirlərdə spirtli içkilər reklam olunur, piştaxtalara belə məhsullar çıxır”.

“Araz” marketdə tərkibinə donuz dərisi qatılmış kolbasalar satılır


Eyyub Hüseynov istehlakçılara müraciət edərək aldıqları məhsullaırn, xüsusən kolbasa məhsullarının üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıb: “Xüsusən xarici ölkələrdən gələn kolbasa və sosiska məmulatlarının üzərini yaxşı-yaxşı oxumaq lazımdır. Bundan başqa illərdir ki, deyirik ki, istehlakçılar üçün məlumat standartları müəyyən olunsun. Böyük hərflərlə bütün malların üzərində tərkib haqda məlumat yazılsın. İstehlakçılar üçün məlumat standartları müəyəyn edilmədikcə donuz dərisini də, toyuq dərisini də, digər heyvanların dərisini də əhaliyə yedirdəcəklər”.

Eyyub Hüseynovun sözlərinə görə, belə aldadıcı fəndlər – tərkib haqda məlumatların olduqca kiçik şriftlərlə yazılması halları Azərbaycanda da var: “Banklar müqavilə bağlayanda az qala oxunmaz ölçüdə olan şriftlə elə şərtlər yazırlar ki, sonradan həmin yazılanlara istinad edib müştərini fakt qarşısında qoyurlar. Bütün hallarda istehlakçıları aldıqları malların üzərində olan tərkib haqda məlumatları oxumağa çağırıram”.
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Dünən, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Dünən, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR