RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Sosial / Dunya
Oxunub: 1 301
22 noy 2019 | 23:19
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO




Son günlər paytaxtın Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə qülləsi Eyfelə bənzəyən yerüstü piyada keçidinin inşasının sürətləndirildiyi müşahidə olunur. Başlanılandan sonra gah işi görülən, gah da yarımçıq vəziyyətdə usta yolunu gözləyən keçidin inşasının axır vaxtlar sürətləndirilməsinə hansı amilin təkan verməsi barədə məlumatımızı irəliləyən sətirlərdə oxucularla bölüşəcəyik. Hələliksə, tikilinin aqibətini qaranlıq edən başqa neqativ hallardan söz açırıq.

Məsələ burasındadır ki, körpünün ortasındakı trossaxlayan qüllənin gövdəsində sağa və sola tərəf əyrilik müşahidə olunur. Yəni, onu, təkcə Fransanın Eyfeli ilə deyil, həm də İtaliyadakı «yıxılan» Piza qülləsi ilə də müqayisə etmək olar. Deyilənə görə, körpünün layihəsi Fransadan olan mühəndislər tərəfindən hazırlanıb, amma icrasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.

Söhbət o Agentlikdən gedir ki, rəhbəri (İdarə Heyətinin sədri) Saleh Məmmədovdur. O Saleh Məmmədov ki, 22 yaşlı oğlu Sübhan Məmmədov biləyində 2,5 milyon manatlıq qol saatı gəzdirir. Həmin o Saleh Məmmədov ki, rəqəmləri şişirtdiyinə görə Prezident tərəfindən irad tutulmuşdu. Bu o Saleh Məmmədovdur ki, rəhbərlik etdiyi sistemdə yer alan neqativ hallar barədə tənqid yazan jurnalistlərin on nəfərini birdən Şükür Astanov kimi işçilərinin əli ilə məhkəməyə verdirib şərəf və ləyaqət, işgüzar nüfuz davası açdırır, hərəsindən 10 min manat təzminat tələb edir. Xatırladaq ki, KİV DF-yə ayrılan pul (1 milyon manat) Sübhanın saatının qiymətindən iki dəfə yarım azdır.

«Şamaxinka»dakı yerüstü piyada keçidinin inşasını müşahidə edərkən gördük ki, işçilər təhlükəsizlik texnikasından istifadə etmirlər. Bizi görüb duyuq düşəndən sonra qüllədə işləyənlər tələsik bellərinə təhlükəsizlik kəməri taxsalar da, başlarına dəbilqə tapıb qoya bilmədilər. Onlardan adını çəkmədiyimiz biri ilə ayaqüstü söhbət edib qüllənin əyriliyinin necə düzəldiləcəyini soruşduq. Bildirdi ki, qüllənin əyriliyi kökündən düzəldilməyəcək, sadəcə, düz görünməsi üçün «Mətanət A» şirkətinin materialları ilə kəm-kəsiri örtüləcək.

İş icraçısını axtarıb eyni sualı ona da verdik. Cavablandırmadı, bizə Agentliyin mətbuat xidmətinə müraciət etməyimizi tövsiyə edərək həqiqətə aparan yolumuzu uzatdı. Agentliyin sözçüsü Anar Nəcəfliyə zəng vurub məsələdən hali etdik. O isə öz növbəsində suallarımızı rəsmi məktubla göndərməyimizi məsləhət gördü. Bu yerdə xatırlatmağa dəyər ki, peşə fəaliyyətimiz boyunca yol infrastrukturunda müşahidə etdiyimiz naqislikliklərlə bağlı dəfələrlə Agentliyə «Dəryaz» qəzetinin redaksiyası tərəfindən məktublar göndərmişik, cavab əvəzinə qeyri-həssas münasibət görmüşük.

Keçidin həndəvərindəki evlərdə yaşayan sakinlərlə də təmasda olduq. Dedilər ki, körpünün inşasını aparan fəhlələr əslində Agentliyin işçiləri deyil, qeyri-leqal yolla cəlb olunmuş qeyri-peşəkar ucuz əmək qüvvəsidir. Bundan başqa, sakinlər onu da bildirdilər ki, eşitdiklərinə görə bu körpü onsuz da Xırdalanla — 20 Yanvar dairəsinin arasındakı yolun genişləndirilməsi layihəsinə əsasən «plana» düşəcək. O üzdən inşaat işlərini bütün nöqsanları ilə birlikdə dekabr ayının 24-nə kimi tikib başa çatdırmağa tələsirlər ki, Prezidentin ad gününə hədiyyə etsinlər. Belə olan halda körpü plana düşsə də, onun sökdürülməsi üçün Agentliyə əlahiddə pul ayrılacaq. Yəqin, Anar Nəcəflinin cavab məktubu da redaksiyamıza elə həmin vaxt yetişər. Əlbəttə, əgər yazmağa lüzum bilsələr…

RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
RƏQƏMLƏRİ ŞİŞİRDƏN SALEH MƏMMƏDOV PREZİDENTİN AD GÜNÜNƏ SAXTA HƏDİYYƏ HAZIRLAYIR-VİDEO
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər