Sahil Babayevin rüşvət ittihamı ilə işdən çıxardığı məmur yenidən nazirlikdə - İLGİNC FAKTLAR
Sosial
Oxunub: 503
21 noy 2019 | 21:18
Sahil Babayevin rüşvət ittihamı ilə işdən çıxardığı məmur yenidən nazirlikdə - İLGİNC FAKTLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxardığı məmurlardan birinə – Elşən Tağıyevə bir ay öncə sözügedən nazirlikdə yeni vəzifə verilib.

Bu barədə arqument.az-a verilən məlumatda bildirilir.

"Reytinq” qəzetinin ötən il yaydığı məlumatda isə deyilirdi ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev və Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyevin "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldıqları barədə nazirə məlumat daxil olub. Bundan sonra nazir hər iki məmuru işdən uzaqlaşdırıb.

Deyilənə görə, Elşən Tağıyevi işə qaytaran Əmək və Əhalinin Müdafiə Nazirliyində Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Heydərov olub.


Sahil Babayevin rüşvət ittihamı ilə işdən çıxardığı məmur yenidən nazirlikdə - İLGİNC FAKTLAR


Fuad Heydərovun Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin bacısı oğlu olduğu deyilir, həmçinin onun bir aydır ki, bu vəzifəyə təyin olduğu bildirilir.

Məlumatda Tağıyevin işə qaytarılması ilə bağlı nazirə təzyiqlərin olduğu da istisna edilmir: "Elşən Tağıyev Sahil Babayev tərəfindən rüşvət alma adı ilə işdən çıxarılır, bir ay bundan qabaq isə yenidən işə bərpa olunur. Yeri gəlmişkən, Elşən Tağıyev həm də Sahil Babyevin müavini Anar Kərimovun güclü himayəsi altındadır. Görünür, nazirliyi korrupsiya yuvasından təmizləmək istəyən Sahil Babayev Fuad Heydərovların, Elşən Tağıyevlərin sürprizləri ilə üzləşməli olacaq. Görəsən, "islahatçı nazir"in rüşvət üstündə qovduğu daha hansı adamlar yenidən bu nazirliyə təyinat alacaq”.

"Bir müddət öncə ölkə başçısı etimad göstərdiyi nazirlərin mediada kompromat savaşı ilə üzləşdiyini demişdi. Həmin dövrdə bu mövzularda ən çox Sahil Babayevin adı hallanırdı. Görünür, yenə hakimiyyətdaxili kompromat savaşı və Elçin Babayevi, bacısı oğlu Fuad Heydərovu Prezident Adminstrasiyasından idarə edən dirijor çubuğu Sahil Babayevin imzaladığı əmri geri oxutdurub. Ya da artıq nazir idarəetməyə nəzarəti itirib, hətta onun qovduğu şəxsləri işlə təmin edə bilirlər”, - məlumatda qeyd olunur.

Sahil Babayevin rüşvət ittihamı ilə işdən çıxardığı məmur yenidən nazirlikdə - İLGİNC FAKTLAR


BDU-nun rektoru Elçin Babayev

Məlumatı verən mənbə qeyd edib ki, bu məsələlərdə BDU rektoru Elçin Babayevin də xüsusi rolu olub, ancaq onun burada məqsədinin nə olduğu tam açıqlanmır: "Hazırda Elçin Babayev təhsildən başqa hər bir işlə məşğuldur. Xatırlayırsınızsa, təhsil eksperti Etibar Əliyev bu yaxınlarda rektorun universitetdə dönərxana açdığını demişdi. O bildirib ki, BDU-nun yeni rektoru Elçin Babayev universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb və "Çarx üstü” adlı dönərxanalar rektora məxsusdur”.

"Reyting.az"ın 2018-ci ilin iyun ayında yaydığı məlumatda bildirlir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin iki əməkdaşını rüşvət almaq ittihamı ilə işdən çıxarıb.

İşdən çıxarılan şəxslərin Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev və Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyev olduğu açıqlanıb.

Xəbərdə deyilir ki, onların "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldıqları barədə nazirə məlumat daxil olub, bundan sonra Sahil Babayev hər iki əməkdaşı vəzifədən uzaqlaşdırıb.

"As İnşaat-N” MMC-nin yüksək vəzifəli şəxslərdən birinə bağlı olduğu və məhz həmin şəxsin xahişi ilə iki məmurun işdən çıxarıldığı iddia edilir.

İşdən çıxarılanlar isə "As İnşaat-N” MMC-nin fəaliyyətinin şəffaf olmadığını deyiblər.

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb