Təhsil ocağında tender maxinasiyaları... - İTTİHAM
Sosial
Oxunub: 454
20 noy 2019 | 18:00
Təhsil ocağında tender maxinasiyaları... - İTTİHAM

Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci ilə bağlı redaksiyamıza ictimai maraq doğura biləcək məlumatlar daxil olub. Yox,... Bu məlumatlarda təhsil müəssisələrində tədrisdəki ənənəvi “besperedel”dən bəhs olunmur. (Baxmayaraq ki, google üzərindən bir axtarış kifayətdir ki, bu Kollecdə tədrisdəki problemdən bəhs olunan yazılarla qarşılaşasan.)

Məlumata görə Sumqayıt Tibb Kolleci ötən ay üç lot üzrə tender elan edib. Bütün hallarda qalib şirkət isə "VİP KONTAKT" MMC olub. Birinci tender 18.10.2019-cu il tarixdə abadlaşma ilə bağlı olub. Bu müqavilə ilə Sumqayıt Tibb Kolleci "VİP KONTAKT" MMC-nə 24985 manat vəsait ödəyib. 23.10.2019-cu il tarixdə isə "VİP KONTAKT" MMC bu Kollecin iki tenderinin qalibi olub-Cari təmir və Kommunikasiya xidmətləri. Birinci ilə bağlı 29470 manat, ikinci ilə bağlı isə 18255 manat “VİP KONTAKT" MMC-nə ödənilir... Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə görünməyə də bilər.

Nizamnamə kapitalı 2 manat olan şirkətə dövlət vəsaiti belə etibar olunub

Bu istiqamətdə yenixeber.org-a daxil olmuş məlumatlarla bağlı müəyyən araşdırmalara cəhd etdik. Araşdırmalarımızla məlum oldu ki, bir təhsil müəssisəsinin bir ayda üç (Bəlkə də çox. Red.) tenderinin qalibi olan "VİP KONTAKT" MMC-nin nizamnamə kapitalı 2-cə manat imiş. Bakı ş. Məmmədəli Şərifli ev 4, m.57 ünvanda 20 fevral 2019-cu il tarixdə qeydiyyatdan keçmiş şirkətin qanuni təmsilçisi İsmayılov Zakir Şakir oğludur.

"VİP KONTAKT" MMC ilə bağlı əlavə heç bir məlumat əldə edə bilmədik. Fəaliyyətə başladığı qısa müddətdə 2 manatlıq nizamnamə kapitalı ilə belə uğurlara imza atan bir şirkətin heç bir əlaqə vasitəsinə rast olunmadıq(?) Görününr adının açması “Xüsusi əhəmiyyətli toxunma” kimi ifadə olunan "VİP KONTAKT"-ın ya xüsusi statusu var, ya da “dərəni xəlvət bilir”.

Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununda da göstərildiyi kimi, müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır...

Sözügedən qanunda da nəzərdə tutulduğu kimi, Tender Komissiyasını yaratmaqdan tutmuş saysız səlahiyyət və öhdəliklərə malik tərəf kimi Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə online sorğu ünvanladıq. Ötən ayın 21-də ünvanladığımız sorğuya bu günədək cavab ala bilmədik. Kollecin direktoru hörmətli Rəfayıl Eyvazov sorğumuza cavab verəcəyinə söz versə də, nəticə olmadı(?)

Söhbət dövlət vəsaitinin taleyindən gedir. Hansı ki, son zamanlar cənab dövlət başçısı da bu istiqamətdə narahatlığını açıq şəkildə bildirib. Sitat: “...Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar”.

Müxtəlif ekspert və millət vəkilləri də bu mövzuda mütəmadi çıxış edib, problemin ciddiliyindən danışırlar...

Ümüd edək ki, hörmətli Rəfayıl Eyvazov gec də olsa sorğumuzu cavabsız qoymayacaq...
yenixeber.org
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI