Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”
Sosial
Oxunub: 495
20 noy 2019 | 21:22
Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”

“Sentyabrın birində minimm əmək haqqı 250 manat, minimum pensiya 200 manata qalxdı. Söhbət minimumdan aşağı səviyyədən gedir, bi bir tərəfədn bahalaşma ilə müşahidə olunmaqdadır.İstehlaka yönəlmiş xərclərin 6,9 faizi ərzağa gedir. Bu o deməkdir ki, əhali qazancının yarısını ərzağa xərcləyir”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı Qubad İbadoğlu səsləndirib. O əslində ölkədə minimum əmək haqqının deyildiyi qədər olmadığını söyləyib.

“Azərbaycanda minimum əmək haqqı 350 manatdır demək olmaz. Qeyri-neft və qeyri-dövlət sahəsində çalışanlarda əmək haqqı 250 manat təşkil edir. O 250 manatlıq maaşdan 7,50 gəlir vergisi, 7,50 manat sosial ayrılmalar, 1 manat 25 qəpik işsizliyə görə sosial sığorta götürülür.Ümumi hesabladıqda maaş 250 manat yox, 235 manat 25 qəpikdir.Təmiz əmək haqqı məhz bu qədərdir. Yəni minimum əmək haqqı əslində 250 manatdır demək yalnış olardı.

Qubad İbadoğlu: “Bu sistem insanların pensiya almamasına hesablanıb”


Minimum pensiyanın artırılması pensiyaya çıxış imkanlarının da məhdudlaşdırılmasına gətirib çıxarır.Yəni, pensiyaya çıxmaq üçün lazım olan tələblər də avtomatik olaraq artır.200 manatı 144-ə vurmaq lazımdır. Pensiyaya çıxmaq üçün minimum kapital məbləği 28800 manat olmalıdır.Ya 25 il iş stajı sənədin, ya da 28800 manat sığorta hesabında pensiya kapitalın olmalıdır. Bu yoxdursa, vətəndaş pensiya əldə edə bilmir. Bu halda qanun 130 manat qocalıq müavinəti nəzərdə tutur. Kişilərdə 67 qadınla, 62 yaşda. Əgər kişlər duldursa və ya himayəsində azyaşlı uşaq varsa bu hədd 62 yaşa endiriir, qadınların himayəsində az yaşlı uşaq varsa yaş həddi 57 yaşa endirilir. 130 manat istənilən halda çox azdır və insan 25 il yox 20 il işləyibsə niyə pensiya almamalıdır?Gələcəkdə minimum pensya qalxsa sığorta kapitalının da tələbi artacaq.

Belə çıxır ki, pensiya artımı məsələsi əslində faktiki olaraq 10 minlərlə insanı pensiyasız qoymaq demək olacaq. Məsələ bundadır ki, pensiyaya çıxmaq üçün minimum pensiya kapitalı minimum pensiya ilə əlaqəlidir. Sabah minimum pensiya 250 manata qalxsa, bu kapital 36 min manat təşkil edəcək. 32 il işləmək lzımdır ki bu kapital dolsun. Sabah minimum pensiya qalxsa bu 32 il yenə kifayət etməyəcək.Bu sistem insanların pensiya almamasına hesablanıb”.

Həll yolu nədir?. Məncə, stajı və minimum kapitala qoyulan tələb azaldılmalıdır.minimum kapitalı endirmək lazımdır. Bunu hakimiyyət büdcə vəsaitləri hesabına ödəyə bilər . Ən azından 50 faizini hökumət ödəməlidir. Bu məsələdə biz MDB üzrə biz yalnız Tacikistanı qabaqlaya bilərik. Bizdə pensiyaçıların sayı ele çox deyil ki azaltmağa çalışaq. Azərbaycanda 1000 nəfərə 129 pensiyaçı düşür, bu Ermənistanda 154 , Rusiyada 296, Belarus 273 təşkil edir. Onlarla müqayisədə bizdə göstərici xeyli azdır. Pensiyaçı sayının az olduğu ölkədə pensiya çıxışını niyə bu qədər çətinləşdirilər. İnsanlar ömür boyu dövlətə havayı işləməlidirlər? Sonda da 130 manat müavinətə möhtac qalmaq üçün?
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?