Qarabağ veteranının döyülməsi iddialarına - Cavab
Sosial
Oxunub: 440
16 noy 2019 | 16:54
Qarabağ veteranının döyülməsi iddialarına - Cavab


Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehdiyev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun Feysbuk hesabında keçmiş hərbiçi Güləli Fərziyevlə bağlı səsləndirdiyi iddialara cavab verib.

“Qafqazinfo”ya daxil olan cavabda deyilir:

“13.11.2019-cu il tarixində Rayon İcra Hakimiyyəti başçısının 220 nömrəli tam orta məktəbdə səyyari görüşü keçirilib. Həmin görüşdə G.Fərziyev də iştirak edib, öz xahişlərini bildirib və bunun əsasında ona hüquqi izahatlar verilib. Bundan sonra G.Fərziyev Rayon İcra Hakimiyyətindən qanunsuz tələblər etməyi davam etmiş və qəbul keçirilən zalı tərk edib. G.Fərziyev məktəbdən çıxan yolda hansısa vətəndaşla mübahisə edib. Bu mübahisə baş verən zaman bizim cəmiyyətin üzvləri və İcra Hakimiyyətinin əməkdaşları tam heyətlə vətəndaşların qəbulunda iştirak etmiş və mübahisə barədə heç bir məlumatımız olmayıb.

Buna baxmayaraq, yaranmış konfliktin araşdırılması üçün rayon rəhbərliyi aidiyyəti üzrə tapşırıqlar verilib və məsələ nəzarətə götürülüb.

Nizami rayonu ərazisində yaşayan Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqətlə bərabər G.Fərziyevin də sosial və məişət problemlərinin həllinə Rayon İcra Hakimiyyəti tərəfindən maksimum diqqət yetirilir və köməklik göstərilir.

G.Fərziyev rayonun Q.Qarayev prospekti 55 ünvanındakı binanın yaxınlığında təxminən 100 m2 torpaq sahəsində inşa edilən və hal-hazırda fəaliyyət göstərən ticarət obyektinin sahibidir.

G.Fərziyevin arvadı 1993-cü ildən ümumi əsaslarla mənzil növbəsinə dayanıb.

10.05.2016-cı il tarixində G.Fərziyevə III qrup Qarabağ müharibəsi əlilliyi təyin edilib. O, imtiyaz hüququ qazandığı tarixdən (10.05.2016-cı il) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin imtiyazlı mənzil növbəsi siyahılarına daxil edilib.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı xüsusi proqram əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyindən G.Fərziyevin müraciətlərini nəzərə alaraq, Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi həmin Nazirliyə 02.08.2016-cı il tarixli F-11/4-068/3-t/1 №-li məktubla müraciət edərək onun  ailəsinin mənzillə təminatına köməklik göstərilməsini xahiş edib.

Lakin Nazirlik G.Fərziyevin növbədənkənar mənzillə təmin olunmasına etiraz etmişdir, çünki digər müharibə əlilləri və şəhid ailələrinin bu sahədəki hüquqlarını pozmaq olmaz.

Bununla əlaqədar G.Fərziyev iddia ilə məhkəməyə müraciət etmiş və bütün məhkəmə instansiyalarında qanunazidd olduğu üçün iddiaları təmin edilməyib.

Güləli Fərziyev 19.08.1994-cü ildə Bakı Ali Dənizçilik məktəbinə xidmətə qəbul edilib və 28.12.1996-cı il tarixində “hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə görə” Azərbaycan Respublikasının Müdafiə nazirinin 01305 saylı əmri ilə həqiqi hərbi xidmətdən tərxis olunub (əsas: ZE № 0031165 Hərbi Bileti). Göstərilən fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin 21.05.2019-cu il tarixli 695 №-li məktubu ilə təsdiq edilir”.

Qeyd edək ki, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Feysbuk hesabında yazdığı statusda Qarabağ veteranı, ehtiyatda olan kapitan Güləli Fərziyevin noyabrın 13-də Nizami Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında döyüldüyünü bildirib.  
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb