İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi
Sosial
Oxunub: 597
9 noy 2019 | 14:30
İşaxtaranlar üçün yeni elektron sistem istifadəyə verildi
Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi (MAS) əhalinin istifadəsinə verilib.
"Ölkə.Az" Trend-ə istinadla xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu sistem dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsinə və əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasına imkan verir.

Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, sosial sahədə aparılan geniş miqyaslı islahatların bir istiqaməti dövlət məşğulluq xidmətlərini əhatə edir. Məqsəd dövlət məşğulluq xidmətlərinin innovativ yanaşmalar və müasir texnologiyalar üzərində keyfiyyətinin və çevikliyinin artırılmasıdır. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli müvafiq Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan MAS bu məqsədə xidmət edən bir addımdır.

MAS-ın əmək bazarında mövcud olan vakansiyalar üzrə məlumat bankına malik olduğunu qeyd edən A.Əliyev altsistemin işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və əmək bacarıqlarına uyğun vakant yerləri üzrə birbaşa müraciət imkanı verdiyini diqqətə çatdırıb. O bildirib ki, MAS işsiz və işaxtaranlar barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malikdir və bu baza daim yenilənir:
"MAS işəgötürənlər üçün də təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə, işəgötürənlərin bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır. Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılır ki, bu da işədüzəlmədə və işçi qəbulunda müəyyən vaxt itkisini aradan götürür, müasir iş tərzini, şəffaflığı və bu sahəyə birbaşa nəzarət mexanizmini təmin edir".

Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov altsistemin təqdimatını edib.

Qeyd edilib ki, işəgötürənlər yeni və ya boş (vakant) iş yerləri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 (beş) iş günü müddətində vakansiya bankına daxil etməlidirlər. Bunun üçün onlar e-sosial.az ünvanına (yaxud e-gov.az ünvanına) daxil olmalı, “e-Xidmətlər” bölməsində “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” elektron xidmətini seçməlidirlər. Bundan sonra “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri barədə məlumatlarını daxil etməlidirlər. Sonda isə “Yadda saxla” düyməsini basmalıdırlar.

İşsiz və işaxtaranlar isə “E-sosial” və ya “e-gov.az” portalı vasitəsilə “Məşğulluq” altsisteminə daxil olur, vakansiyalarla tanış olur və özünün iş üçün müraciət anketini formalaşdırır. Bundan sonra Məşğulluq mərkəzinin onun üçün təklif etdiyi işlərdən özünə uyğun olanı seçərək işə dair göndərişi təsdiq edir. Təsdiq edilmiş göndəriş aidiyyəti işəgötürənə göndərilir və o, işsiz və ya işaxtaranı dəvət edərək onunla əmək müaviləsi bağlayır. İşsiz və işaxtaranlara altsistemdə digər aktiv məşğulluq layihələrindən (özünüməşğulluq və ya “İşsizin DOSTu” proqramı, yaxud peşə hazırlığı, peşəyönümü məsləhət tədbirləri və s.) birini seçmək imkanı da verilir.
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI