Ləğv edilməli olan “JEK”lərin iş günü: - Arayış verir, pul yığır, su basan mənzillərə baxır, oğru ilə bağlı polisə akt göndərir
Sosial
Oxunub: 567
27 okt 2019 | 16:02
Ləğv edilməli olan “JEK”lərin iş günü: - Arayış verir, pul yığır, su basan mənzillərə baxır, oğru ilə bağlı polisə akt göndərir



Əhali arasında daha çox “JEK” kimi tanınan Mənzil İstismar Sahələrinin ləğvi illərdir gündəmə gəlsə də, məsələ kökündən həll olunmur.

“JEK”lərin qanunvericilikdə ləğvi nəzərdə tutulub. Amma bu qurum fəaliyyətini hələ də davam etdirir. Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir. Yəni bu Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna baxmayaraq, bu qurumlar fəaliyyətini davam etdirməkdədir.

Onu da qeyd edək ki, 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu, o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu da yığa bilməzlər. Amma bəzi MİS-lər hələ də Sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər. Həm mənzil pulu yığır, həm arayış verir, üstəlik yerli icra strukturlarının görməli olduqları işləri görürlər. Əhalinin yaşadığı mənzillərin böyük əksəriyyətinin özəl olmasına rəğmən, onların idarə edilməsi hələ də MİS-lərin inhisarındadır. Bu isə mənzil mülkiyyətçilərinin hüquqlarını pozur.

Cebhe.info bir neçə Mənzil İstismar Sahəsinin fəaliyəti ilə tanış olmaq üçün rəislərlə sorğu keçirib. “JEK” rəsmiləri hazırki fəaliyyətlərindən danışıblar.

Nəsimi rayonu 15 saylı Mənzil Kommunal İsrismar Sahəsinin rəisi Mirkazım Əliyev mənzillərin idarəçiliyi ilə bağlı demək olar ki, bütün işləri gördüklərini bildirib:

“Bütün ərazinin gün ərzində süpürülüb təmizlənməsi, məişət tullantılarının Balaxanı poliqonuna daşınması, əhalinin qəbulu, vaxtı-vaxtında arayışların verilməsi, bütün ərazilərdəki parklarda təmir-bərpa işlərində yaxından iştirak, ağacların əkilməsi, binalara baxışın keçirilməsi və digər abadlıq işləri ilə məşğuluq”. “JEK” rəsmisinin sözlərinə görə, onların balansında hündürmərtəbəli bina demək olar ki, yoxdur:

“Balansımıza düşən ərazi 1 doqquzmərtəbəli, yeddimərtəbəli, beşmərtəbəli, üçmərtəbəli, ikimərtəbəli və birmərtəbəli binalardan ibarətdir. Bütün bu binaların mənzil işlərini görürük”.

Suraxanı rayonu Yeni Günəşli “V” yaşayış massivi 62 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəsmisi Günel xanımın sözlərinə görə, hazırda balanslarında olan binaların fasadlarının dəyişdirilməsi ilə məşğuldurlar:

“Fasadlanma işinin yarısına biz, yarısına isə SOCAR baxır. Ərazidə abadlıq və təmizlik işlərinə cavabdehik. Mənzilləri su basanda ora əməkdaş göndərir və akt tərtib edirik. Hətta oğurluq halları baş verdikdə də akt tərtib edib, ərazi üzrə Polis Bölməsinə təqdim edirik. Mənzilin kvadratına və vətəndaş qeydiyyatına uyğun mənzil pulu yığırıq. Arayış veririk. Balansımızı əsasən doqquzmərtəbəli və dördmərtəbəli binalar təşkil edir. Əlillər üçün tikilən 2 bina da var”.

Yasamal rayonu 22 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin rəisi Mahir Salmanov isə deyib ki, onların səlahiyyətinə yalnız və yalnız ərazinin təmizlənməsi aiddir.
Cebhe.info
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi