Ceyhun Bayramov rüşvətlə bacarmır... - GİLEY
Sosial
Oxunub: 502
22 okt 2019 | 22:20
Ceyhun Bayramov rüşvətlə bacarmır... - GİLEY

Cəmiyyətdəki etirazlara, Təhsil Nazirliyinin xəbərdarlıqlarına, direktorların cəzalandırılmasına, bəzilərinin hətta işdən qovulmasına baxmayaraq, Azərbaycanın orta məktəblərində şagirdlərdən müxtəlif adlarla pul toplanması “ənənəsinin” kökünü kəsmək mümkün olmur ki, olmur.
Şagirdlərdən pul tələb edilməsi ilə bağlı növbəti məlumat Bakının Yasamal rayonunda yerləşən 20 nömrəli məktəb-liseyin valideynlərindəndaxil olub.

“AzPolitika.info”ya müraciət edən valideynlər hansı sinifdə oxumasından asılı olmayaraq, hər bir uşaqdan 30 manat pul tələb olunduğunu iddia edirlər. Bildirilir ki, bu vəsaitin toplanması məktəb rəhbərliyinin əlaltısına çevrilən valideyn komitələrinin başçılarının əli ilə həyata keçirilir. Pulun yığılmasına səbəb olaraq isə məktəbdə aparılmalı olan təmir işləri göstərilir.

“Ötən ay da müxtəlif bəhanələrlə pul yığmışdılar. İndi də hər uşağa 30 manat istəyirlər. Mənim 2 uşağım orda oxuyur. Ödəməkdən təngə gəlmişik, sanki uşaqlarımız orta məktəbdə yox, pullu universitetdə oxuyur”, – narazı valideyn bildirir.

Lakin maraqlıdır ki, sözügedən məktəbin binası yenicə tikilərək istifadəyə verilib. Həmçinin, bu təhsil ocağı üçün əvvəlkindən daha böyük, ən müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Ölkəmizin ən böyük təhsil müəssisəsi olan 20 nömrəli məktəb-liseyin binası indi paytaxtın müasir və memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir. Məktəbin yeni binasının tikintisindən cəmi 2 ilə yaxın vaxt keçib və onun açılışında ölkə başçısı və Birinci vitse-prezident iştirak ediblər. Bəs, görəsən, belə qısa müddətdə nə baş verib ki, məktəbin təmirə ehtiyacı yaranıb?

Sözügedən məktəbdə 3000 (üç min) nəfərə yaxın şagird təhsil alır. Əgər valideynlərin dedikləri həqiqətdirsə, deməli şagirdlərdən təmir adı altında yığılan vəsait ümumilikdə təqribən 90 min manat təşkil edir. Valideynlər bu pulun toplanması prosesilə bağlı redaksiyamıza səs yazısı da təqdim ediblər.

Məlumat üçün bildirək ki, məktəbin direktoru Səadət Veysova əvvəllər Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri postunda və Təhsil Nazirliyinin özündə vəzifə daşıyıb.

Yazıda göstərilən məlumatlarla bağlı məktəb rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib