İşbaz sığortaçılar, əlacsız sürücülər – Zərərçəkən problemini kiminlə həll etsin?
Sosial
Oxunub: 518
18 okt 2019 | 17:22
İşbaz sığortaçılar, əlacsız sürücülər – Zərərçəkən problemini kiminlə həll etsin?

Müəyyən ləngimələr olsa da Azərbaycan hazırda sığorta sisteminə adaptasiya dövrünü yaşayır. Bir çox sığorta şirkətləri isə hazırkı dövürdən istifadə edərək, xeyirdə qalmağı zərərçəkənlərin ehtiyacından üstün tutur, uyğunluq təşkil etməyən qaydalar, şərtlər irəli sürürlər. Son zamanlar sığortalı və sığortaçılar arasında forma 4 arayışının fonunda söz-söhbətlər səngimir. Sürücülərin təbirincə desək, ehtiyac olsa da, olmasa da sığorta şirkəti zərərçəkəndan forma 4 arayışını tələb edir. Elə bu problemlə bağlı İqtisadiyyat.az saytına şikayət ərizəsi yollayan Mahir Zeynalov da “Günay” sığorta ilə aylar əvvəl baş vermiş qəzanın çəkişməsini yaşayır.
“İki ay əvvəl Ağ şəhərdə maşınımı vurdular. Dövlət Yol Polisi də hadisə yerinə gəldi, baxış keçirildi və sənədləşdirildi. Təyin edildi ki, vuran maşının sığortası mənim maşınıma dəyən zərəri ödəməlidir. Sözsüz-söhbətsiz razılığa gəldik. Amma həmin maşının sığortası “Günay” sığorta hələ də ödənişdən boyun qaçırır. Mənə 100, 150 manat təklif edirlər, halbuki 350 manat dəyərində zərərim var. Məndən bu zərər üçün forma4 tələb edirlər”.
Sığorta eksperti İlkin İbrahimovun sözlərinə görə forma4-ün tələbi ilə bağlı şərtlər var. Bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş qaydada sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, yol polisindən forma 4 arayışını gətirməyi tələb edirlər. Hadisə zamanı zərərçəkmişə dəyən zərər 1000 manatı ötürsə, sürücülər arasında problem yaşanırsa forma4 şərtdir. Bu sənədin tələbi ilə bağlı icbari sığortalar haqqında qanunda konkret məqamlar qeyd olunub.
İşbaz sığortaçılar, əlacsız sürücülər – Zərərçəkən problemini kiminlə həll etsin?
“Ehtiyac olmadığı halda sığorta şirkətlərinin belə tələb səsləndirməsi əsassızdır. Bu hadisədə Bakı Dövlət Yol Polisinin protokolu kifayət edir. Son zamanlar bu mövzu ilə bağlı şikayətlər artıb. Bütün sığorta şirkətləri birmənalı olaraq forma4-ün doldurulmasını istəyir. Amma qanunvercilikdə tələb olunur ki, 1000 manatdan aşağı olan məbləğlər üçün bu arayışa ehtiyac yoxdur. Bu məsələlərin həlli birbaşa olaraq Maliyyə Bazarlarının Nəzarət palatasının üzərinə düşür. Palata bu məsələləri araşdırıb, öz hüquqi qiymətini verməlidir. Çox təəssüflər olsun ki, şikayətlər çoxdur, palata isə bu məsələnin üzərində ciddi dayanmır” deyə sığorta eksperti İlkin İbrahimov bildirib.
İşbaz sığortaçılar, əlacsız sürücülər – Zərərçəkən problemini kiminlə həll etsin?
Şikayətlə bağlı isə “Günay” sığortadan bildirildi ki, “İcbari Sığortalar haqqında” Qanunun tələbinə əsasən səlahiyyətli dövlət orqanına, yəni DYP-ə arayış alınması üçün dəfələrlə sorğu göndərilsə də heç bir cavab verilməyib. Qanunvericiliyin tələbini nəzərə alaraq hal-hazırda qeyd olunmuş iş üzrə sığorta ödənişinin verilməsi imkanlarımız xaricindədir. Bununla bağlı da tərəflərə də məlumat verilib.
Göründüyü kimi tərəflər məsələni bu şəkildə təqdim edərək, problemi bir-birlərinin üzərinə atırlar. Nəticədə hadisələr həlsiz qalmaqla yanaşı, günbəgün sayı artır. Ekspertin də dediyi kimi bunun başlıca səbəbi Maliyyə Bazarlarına Nəzarət palatasının məsuliyyətsizliyidir. Pafoslu çıxışlarla verilən vədlər havada qalır. Anomal hal isə xalq arasında məlum qurumlara olan etibarı sarsıdır. Görünən isə odur ki, avtomobillərin icbari sığortasını edən bu şirkətlərin prioriteti başqadır. Avtomobilin icbari sığortasının vaxtının bitməsinə iki, üç ay qalmış sığorta şirkətləri gecə-gündüz müştərilərini dəng edir, qəza olan zaman da sürücü iki, üç ay ödəniş üçün həmin şirkətin arxasınca sürünür. Bunun adı boşluqdur, işini bilməməkdir, qanunsuzluqdur və ya hər nədirsə, bu bizi yalnız inkişafdan saxlamır, həm də töhmət altında saxlayır. Yəqin ki, dalana dirənmiş bu sığorta problemlərinə tez zamanda hüquqi qiymət verilərək, həllinə nail olunacaq! /bakupost.az/
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi