Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES
Sosial
Oxunub: 464
16 okt 2019 | 18:53
Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES

Azərbaycanda sığorta sahəsində yeni dələduzluq növü yaranıb. Bəzi «mütəxəssislər» bir müddət əvvəl avtomobil tərəfindən vurularaq ölmüş insanların varislərini taparaq həmin şəxslərlə birlikdə İcbari Sığorta Bürosundan(İSB) ödəniş tələb etməyə çalışırlar.

Bu barədə FED.az-a İcbari Sığorta Bürosunun (İSB) rəhbəri Rəşad Əhmədov bildirib.

«Bəzi «mütəxəssislər» mütəxəssislər var ki, yeni ölmüş insanların qəbirlərini axtarıb tapırlar daha sonra həmin ölmüş adamın varislərini tapırlar və onlara təklif edirlər ki, gəlin sizə pul verək».

Qeyd edək ki, ölkə qanunvericiliyinə əsasən, icbari sığortası olan avtomobil piyadanı vurarsa, o zaman piyadanın aldığı xəsarətin dərəcsindən asılı olaraq həmin şəxsə (yəni piyadaya) sığorta ödənişi ödənilir. Əgər piyada həlak olarsa, onun ailəsinə 5 min manat sığorta haqqı verilir. Bu maksimum sığorta ödənişidir – avtomobil qəzalarında olduğu kimi.

Əgər piyadanı vuran avtomobil tapılmazsa və yaxudda onun sığortası olmazsa, qanunvericiliyə görə, bu pulu xəsarət alan piyadaya və yaxud da rəhmətə gedibsə onun yaxınlarına İcbari Sığorta Bürosu ödəyir.

«Bu zaman fərqi yoxdur yol hadisəsi piyadanın ölümü və ya xəsarət alması ilə nəticələnib. Hər iki halda ödəniş edilir»-deyə Rəşad Əhmədov bildirib.

Qəza daha çox insanın ölümü ilə nəticələnərsə o zaman ümumilikdə bu məbləğ 50 min manata qədərdir. Bu ödəniş adambaşına 5 min manatdan artıq olmamaq şərti ilə verilir.

Yeni sığorta fırıldaqçıları isə əhalinin bu sahədə məlumatsızlığından sui-istifadə edərək onlara sığorta ödənişi alaraq onu yarı bölməyi təklif edirər. Belələri mərhumun ailəsini tapır və onlara ödəniş alınacağı imkanı olduğunu bildirərək təklif edir ki, bu məbləği bölsünlər.

İcbari Sığorta Bürosu isə bildirir ki, belə fırıldaqçılarla danışıqlara getməyə ehtiyac yoxdur. Ölüm hadisəsi qəza səbəbindən baş veribsə, mərhumun yaxınları özləri də müraciət edə bilərlər.

«Belə hallar baş verəndə İcbari Sığorta Bürosuna birbaşa və ya elektron qaydada müraciət etmək lazımdır. Biz hadisə ilə əlaqədar ödənişin verilməsinə tamamilə hazırıq. Burdada toplanması lazım olan sənədlər elə də çox deyil. Yalnız vəfat edən şəxsin vəfat etməsi ilə əlaqədar arayış təqdim edilməlidir. Bir də məhkəmənin qərarı olmalıdır (hadisənin necə aş verməsinin təsdiqlənməsi üçün). Bu sənədlər olandan sonra İSB ödənişi 7 iş günü ərzində həyata keçiririr»-deyə İcbari Sığorta Bürosunun direktoru Rəşad Əhmədov bildirib.

Qeyd edək ki, sözügedən qanunun qəbul edildiyi tarixdən indiyədək qəzada ölən bütün şəxslər üçün ödənişlər verilir. Bu bizim mübarizə apardığımız haldır. Bu kimi hallarla mübarizə aparmaq üçün belə məsələləri kütləvi informasiya vasitələrində dinləyiciləri və izləyiciləri məlumatlandırırıq. Biz cari ilin yanvar ayından etibarən bu barədə maarifləndirmə tədbirlərimiz genişləndirdik. Bu artıq öz effektini göstərdi. İnsanlar artıq özləri birbaşa müraciət edirlər»-deyə büronun direktoru qeyd edib.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər