“Əhalini sayırıq” deyib, siyahıya almadılar
Sosial
Oxunub: 488
16 okt 2019 | 10:54
“Əhalini sayırıq” deyib, siyahıya almadılar

Məlum olub ki, çoxsaylı vətəndaşlara siyahıyaalınma ilə bağlı heç bir rəsmi müraciət edilməyib

Bu il oktyabrın 1-dən 10-dək həyata keçirilən siyahıyaalmada xeyli insanın prosesdən kənarda qaldığı müəyyənləşib. Məlum olub ki, çoxsaylı vətəndaşlara siyahıyaalınma ilə bağlı heç bir rəsmi müraciət edilməyib.

Azərbaycanda əhalinin siyahıya alınması 10 ildən bir həyata keçirilir. Hazırkı siyahıya alma ölkə müstəqil olandan sonra üçüncüdür. Proses 2019-cu il oktyabrın 1-dən başlayıb.

Bu iş üçün büdcədən 21 milyon manat vəsait ayrılıb. Yaş, təhsil, milli mənsubiyyət və bir çox digər təfərrüatlarla bağlı 52 sual hazırlanıb. 34 min nəfərə yaxın sorğu həyata keçirən könüllü işə cəlb olunub ki, bütün Azərbaycanda evləri gəzib, sakinləri danışdırsınlar və məlumatları qeyd etsinlər.

Siyahıyaalma oktyabrın 10-na qədər davam etməli idi. Amma sonra müddət oktyabrın 15-nə qədər uzadıldı.

Sosial şəbəkədə keçirilən sorğular, aparılan müşahidələr isə onu göstərir ki, çox adam bu prosesdən tam kənar qalıb. Məsələ ilə bağlı həyəcan təbili çalanlardan biri də “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olub. “Yeni Müsavat” xəbər verir ki, R.Arifoğlu bu mövzu ilə bağlı yazdığı statusla 5000 nəfərə yaxın dost qrupuna belə müraciət edib: “Biz bu xalqdan deyilikmi? Dövlət Statistika Komitəsinin siyahıyaalması başa çatdı. Çevrəmdəki bütün insanlara, qohum-qardaşa, qəzet çalışanlarına, redaktorlara – qarşıma kim çıxırsa, soruşdum: ”Sizi siyahıya aldılarmı?”

Cavab 90 % “yox” oldu! Məni də almadılar! 5 nəfər ailə üzvlərimlə birlikdə. Lütfən, buraya yazın, sizləri və yaxın ətrafınızı siyahıya aldılarmı?”

Bu statusa yazılan bəzi cavabları sizlərə təqdim edirik:

Astroloq Səbuhi Rəhimli: “Bizə blank verdilər ki, doldurun, sabah gəlib götürəcəyik. 2 həftə keçib, gələn yoxdur”.

Aparıcı-jurnalist Vüsalə Məmmədova: “Votsapla şəxsiyyət vəsiqəmin nömrəsini istədilər. Bundansa DSK bir post yazardı, like edərdik, sayımız bilinərdi”.

Redaktor Zülfüqar Hüseynzadə: “Görünür, Statistika Komitəsinin də ”qara siyahısı” var. Bizi də itirib axtaran olmadı”.

Media eksperti, yazar-ekspert Azər Həsrət: “Bizim evdə daim adam olsa da qapımızı döyən olmadı. 4 nəfər ailə üzvümüzlə birlikdə siyahıdan kənarda qaldıq”.

Jurnalist Ülkər Abdullayeva: “Vallah, bizi də sülaləcə qeydə almayıblar. Ölkənin az qala 1/100-i bizim ailənin qohum-əqrəbasıdır, hansından soruşuruq, deyirlər gəlib soruşan olmayıb. İşdə də 40 nəfərlik kollektivdən yalnız biri deyir ki, onları siyahıya alıblar…”

Redaktor Tapdıq Abbas: “Tam doğrudur, redaksiyada çalışan 21 nəfər əməkdaşın yalnız 4-nün evinə gəliblər. Bundan əlavə, əlaqədə olduğumuz insanların 10/8-i siyahıya alınmayıb! Ölkədə siyahıyaalma normal keçməyib və növbəti böyük bir saxtakarlıq baş verib!”

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov hələ siyahıyaalmanın ilk günü, oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında demişdi ki, bütün ölkə üzrə əhalinin siyahıyaalınması aparılır. Siyahıyaalma zamanı həm mənzil fondu, həm də əhali siyahıya alınır. O, əlavə etmişdi ki, ölkə başçısı tərəfindən 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərman imzalanıb. Sözügedən fərmanın icrasını təmin etmək məqsədilə “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli Qərarı ilə həm Dövlət Statistika Komitəsinin, həm də digər dövlət qurumlarının üzərinə düşən vəzifələr müəyyən olunub və həmin qərara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən müvafiq hazırlıq işləri görülüb.

Ekspertlər isə hesab edir ki, siyahıyaalınma zamanı heç bir ev təsərrüfatı, vətəndaş ondan kənarda qalmamalıdır. Onların fikrincə, Dövlət Statistika Komitəsi ilin 365 günü hansı peşəkarlıqla işləyirsə, son 25 ildə fəaliyyətini hansı keyfiyyətdə qura bilibsə, 10 ildən bir keçirilən ölkəmiqyaslı tədbiri də eyni keyfiyyətdə alınır. Aşağı bilikli və zəif peşəkarlıqlı birisindən işdə, həyatda, hər halda, yüksək performans gözləmək yersizdir.

Hər 10 ildən bir Azərbaycanda əhalinin siyahıya alınması keçirilir. Bu il oktyabrın 1-dən etibarən əhalinin siyahıya alınmasına başlanılıb və ötən gün bu prosesin ilkin mərhələsi yekunlaşıb. Siyahıyaalınma ilə bağlı son vəziyyət haqda Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, sayıcılar vətəndaşların ünvanlarına getmələrinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilmirlər.

Bildirilir ki, belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq, əvvəlcədən müəyyənləşdirildiyi kimi, sayıcılar tərəfindən həmin şəxslər üçün “Evdə çətin tapılan şəxslərə məktub” adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir. Həmin bildirişdə qeyd olunan ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilir.

“Yeni Müsavat” qəzetinin iqtisadiyyat yazarı Dünya Sakit açıqlamasında bildirdi ki, bu, təkcə quru statistik siyahıya alma deyil. Onun sözlərinə görə, burada söhbət həm fərdlərin qeydə alınmasından, həm də ailə təsərrüfatlarının müayinəsindən gedir: “Sorğu blankında qoyulan çoxsaylı suallar var ki, onları hansısa bir müəllimin öz şagirdlərinin valideynləri haqda topladığı məlumatlarla doldurmaq mümkün deyil. Bu siyahıyaalmanın nəticələri çox geniş şəkildə təhlil olunacaq. Çoxsaylı istiqamətlər üzrə buraxılışlar hazırlanacaq. Belə çıxır ki, bu qədər insan ki, siyahıya alınmayıb, heç bir sorğu aparılmayıb, onların hamısı haqqında doğru olmayan məlumatlar həmin buraxılışlara daxil ediləcək”.

Müsahibimiz hesab edir ki, 10 milyon əhalisi olan ölkə üçün 10 günlük müddət çox az idi: “Xüsusilə Bakı şəhərində əhalinin sıx şəkildə məskunlaşdığını nəzərə alanda bu müddəti çox götürmək, mümkün qədər daha çox insanı əhatə etməsinə çalışmaq lazım idi. Əlbəttə, 100 faizlik nəticə heç bir ölkədə əldə olunmur. Amma düşünmürəm ki, Azərbaycandakı qədər də aşağı nəticə haradasa olsun. Təəssüf ki, Statistika Komitəsi bu siyahıyaalmanın nəticələrini bəri başdan şübhə altına aldı”.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR