Cənab Sahil Babayev, BU AİLƏYƏ SOSİAL YARDIM DÜŞMÜRMÜ? - “Aptekdən nisyə dərman istədim, vermədilər”
Sosial
Oxunub: 470
15 okt 2019 | 17:17
Cənab Sahil Babayev, BU AİLƏYƏ SOSİAL YARDIM DÜŞMÜRMÜ? - “Aptekdən nisyə dərman istədim, vermədilər”

Şamaxının Şəhriyar qəsəbəsində yaşayan Əminə Səfərova üç övladından ən kiçiyini həyatda saxlamaq üçün mübarizə aparır. Dediyinə görə, üç yaşlı qızı Dəniz ölüm ayağındadır.

“Qızdırması qalxanda elə bilirəm bu dəqiqə öləcək”

Dəniz Bəbirovanın səhhətində problem bu ilin yazında başlayıb. Vərəm meningitinə yoluxduğu məlum olub. Həkimlər xəstəliyin ona dayısından keçdiyini ehtimal edirlər. Vərəmdən əziyyət çəkən dayı bu il 34 yaşında həyatını itirib. Əminə deyir ki, beləcə dərd dərd üstünə gəlib. Aylardır Dənizi xəstəxanaları gəzdirərək həyatda saxlamağa çalışırlar. Vəziyyəti çox ağırlaşıb. Başına maye yığılıb.

“Maye vurub gözlərini sıradan çıxarıb. Uşağım heç nə görmür, danışmır. Daha hərəkət də eləmir. Nə əlini tərpədir, nə də ayağını. Eləcə göyə baxır. Yəqin onun üçün hər yer qaranlıq olduğundan, baxışları bir istiqamətə yönəlib. Kənar adamın səsini eşidən kimi ağlayır”, – Əminə özü də ağlayır.

Əminənin dediyinə görə, Dəniz doğulanda sağlam olub. Vərəmə yoluxandan sonra zamanla sıradan çıxıb: “Əvvəlcə dedilər ki, bəlkə su öz-özünə çəkilər. Çəkilmədi, getdikcə vəziyyəti ağırlaşır. Hərdən qızdırması o qədər qalxır, elə bilirəm bu dəqiqə öləcək”.

“Aptekdən nisyə dərman istədim, vermədilər”

Dənizin təcili əməliyyata ehtiyacı var. Amma Əminə çox ağır şərtlər altında yaşadıqlarını, buna maddi gücünün olmadığını bildirir. Onun dediyinə görə, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri uşağın başında əməliyyat həyata keçirməyə hazırdır. Amma bunun üçün 3 min manat istəyirlər.

“Bu qədər pulu heç vaxt yığa bilməyəcəyik. İndiyə qədər müalicəyə onsuz da çox xərcimiz çıxıb. Heç bir yerdə işləmirik. Həyat yoldaşım gedib orda-burda fəhləlik eləyir. Günə 5-6 manat qazanır. İynə yazıblar, 30 manatadı, ala bilmirik. Adicə çörək almağa pulumuz yoxdur. Bəzən çörək üçün hansısa xəstənin üstünə getmişəm. Bu gün düyü supu vermişəm uşağa. Onu da mən bişirməmişəm, veriblər. O gün dərman lazım oldu, pulum yox idi. Aptekdən nisyə istədim, vermədilər”, – Əminə Səfərova danışır.
Cənab Sahil Babayev, BU AİLƏYƏ SOSİAL YARDIM DÜŞMÜRMÜ? - “Aptekdən nisyə dərman istədim, vermədilər”
“Qonşu uşaqlarıma öz balası kimi baxır”

Ailənin Şamaxının Şəhriyar qəsəbəsindəki evi nimdaş, görünüşcə yararsız vəziyyətdədir. İmkansızlıqdan kommunal borcları ödəyə bilmirlər. Buna görə evə təbii qaz verilişi dayandırılıb. Ailə sosial yardım da ala bilmir.

“Beş aydır xəstəxanaları gəzirik, bir nəfər qapını döyüb xəbər bilməyib. Heç bacım, qardaşım da gəlmir. Mən əhd eləməmişdim ki, uşağım xəstələnsin. Yalvarıram, kömək eləsinlər, uşağım ölür. Lap küçədə də yaşayaram, bircə balam sağalsın”, – Əminə danışır.

Ana deyir ki, xəstəxanalarda tibb bacıları da onlardan əlini üzüb, pulu olmadıqlarını bilirlər. Bakıda olanda həyat yoldaşı müxtəlif yerlərdə fəhləlik eləyir, gecə gəlib onlarla palatada qalır:

“Palata yoldaşımdan səhər 1 manat borc alıb onu fəhləliyə göndərdiyim vaxt olub”.

Əminə utana-utana söyləyir ki, məktəbli olan iki oğlunu qonşusu saxlayır. Bunu danışandan sonra ağlamağa başlayır. Sonra da qonşusundan razılıq edir, “uşaqlarıma öz balası kimi baxır”, – deyir.

Söhbəti oğlunun sözləri ilə bitirir: “Oğlum o gün deyir ki, ana, şalvar daha əynimə olmur…”
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR