Əlillərin Bərpa Mərkəzinin naşılığı... - Bir körpəni bu hala saldı...
Sosial
Oxunub: 626
1 okt 2019 | 22:19
Əlillərin Bərpa Mərkəzinin naşılığı... - Bir körpəni bu hala saldı...

“Təməlindən bu uşağı yerli səhiyyə bu günə saldı. Doğum evində həkimlər əllərindən saldı, beyni zədələndi, düzgün aparılmayan müalicələr serebral iflicin yaranmasına səbəb oldu. Sonra da xəstəliyinə görə Əlillərin Bərpa Mərkəzinə aparıb-gətirdik, orada da idman hərəkətləri etdirərkən ehtiyatsız davranış nəticəsində obması çıxdı, bizdən gizlətdilər. Nəticədə uşağımız əlil arabasına məhkum oldu”.

Binə qəsəbəsində yaşayan Dilşad Fərəcova danışır ki, 13 yaşlı oğlu Fəridin omba çıxığı var. Fərid fiziki inkişaf etdikcə, omba çıxığının fəsadları da artır. Fəridin ailəsi onun əməliyyatı üçün pul tapa bilmir.

“Evimiz vardı, satdıq, pulunu uşağın müalicələrinə xərclədiq. Sapsağlam uşağın beynini doğulan gündən zədələyib qucağımıza verdilər, etdiklərini də gizlətdilər, vaxtında problemi bizə demədilər ki, müalicə etdirdək, serebral iflicə çevirdi. Bu da yetmədi, Əlillərin Bərpa Mərkəzində şikəst eləyib ikinci dəfə ürəyimizə dağ çəkdilər. Uşağın bud çanağını çıxarıblar, sonrakı müalicələr də fayda vermədi, çanağı yerinə oturda bilmədilər. Ya əlil arabasındadır, ya da yerdə sürünür. Orqanizmi inkişaf etdikcə, ombadan çıxmış ayaq yuxarı çəkilir, yuxarı çəkildikcə qabırğaları, digər orqanları sıxır, nəfəs alması çətinləşir. Uşağın bir ayağı o qədər yuxarı çəkilib ki, bir ayağı qısa, digər ayağı uzundur. Və yaşının üstünə yaş gəldikcə, ayaq qısala-qısala gedir,”- ana danışır.
Dilşad Fərəcova deyir, Fərid uzun müddət qeyd olunan tibb müəssisələrinə müalicə üçün aparılsa da, faydası olmayıb. Onun iddiasına görə, hətta satdıqları evin pulunu da elə bu xəstəxanaların yolunda xərcləyiblər. Ev şəraitində uzunmüddətli masajlara da əl atıblar, müsbət nəticəsi olmayıb. Fərəcovlar ailəsi Fəridi sağlamlığına qovuşdurmaq üçün xeyli çalışsa da, sonda yerli səhiyyədən əlini üzərək onun şəfasını xarici səhiyyədə axtarmağa başlayıblar. Bir neçə ölkədə onun həm beyin, həm də çanaq sümüyünün əməliyyatı üçün klinikalar da tapıblar. Ancaq qiymətlərin bahalığı ailəni məyus edib. Nəhayət, ailə İstanbulda Acıbadem xəstəxanası üzərində dayanıb:

“Baxdıq ki, araşdırdığımız xəstəxanalar arasında nisbətən o xəstəxanada əməliyyatlar ucuz başa gəlir. İki əməliyyata görə təxminən 60 min manat edir. Ancaq iş orasındadır ki, bizdə o pul da yoxdur. Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti olanda da, Birinci vitse-prezident olandan sonra da ona dəfələrlə müraciət etmişik. Mehriban xanıma yazdığımız məktub Səhiyyə Nazirliyinə göndərilir, Səhiyyə Nazirliyi də bu işə boyun olmur, bir parça göndəriş kağızı verir, Travmatologiya İnstitutunda Elşən həkim var, onun üstünə göndərir, o da hər dəfə deyir, mən hara qədər bacardım, müalicə elədim, bu əməliyyat mənlik deyil. Səhiyyə Nazirliyi həkimin görə bimədiyi işi onun üzərinə zorla qoyur ki, etməlisən, vəssalam…”

“Fəridin gələcəyi üçün çox narahatıq. Uşağın çanaqdan çıxmış budu sürətlə yuxarı qalxır. Uşağın ağrıları, əziyyətləri günbəgün artır. Əlimiz heç yerə çatmır, o ağrı çəkəndə biz vicdan əzabı çəkirik. Elə vaxt olur ki, oturub hönkür-hönkür ağlayırıq. Fərid əlil arabasına nifrət edir, arabaya oturdanda çırpınır ki, onu arabadan qaldıraq. Atası işdə olur, mənim Fəriddən başqa iki övladım da var, onlarla yetərincə məşğul ola bilmirəm. Çünki Fərid arabadan imtina edəndə məcbur oluram ki, onu özüm arxama alıb evdə gəzdirim. Belimdə yırtıqlar əmələ gəlib, inanın ki, günün çox hissəsini belimin ağrısını çəkə-çəkə Fəridi o otaqdan bu otağa belimdə daşıyıram. Onun yerdə sürünməyini görməmək üçün belimdə daşımağa məcburam. Olduqca məşəqqətli bir həyat sürürük. Fərid daha çox inciyir”.

Dilşad xanım deyir, həyat yoldaşının aylıq qazancı vur-tut 600 manatdır. Bu gəlirlə 5 nəfərlik ailə zorla dolanır. Üstəlik, həm ananın, həm də ailədəki digər azyaşlının səhhətində problemlər var, ailəyə gələn aylıq qazancın bir hissəsi həm də onların dərmanına, müalicəsinə xərclənir. Ailənin ümidi xeyirxah insanlaradır. Dilşad xanım durumu hər gün bir az da ağırlaşan 13 yaşlı Fəridin həyatının xilas olması üçün xeyirxah insanlardan imdad umur.Əlillərin Bərpa Mərkəzinin naşılığı... - Bir körpəni bu hala saldı...Əlillərin Bərpa Mərkəzinin naşılığı... - Bir körpəni bu hala saldı...
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı