Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan Cavanşir Feyziyev haqqında daha bir xəbər - "B" PLANIN TƏFƏRRÜATI
Sosial / Dunya
Oxunub: 925
30 sen 2019 | 21:17
Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan Cavanşir Feyziyev haqqında daha bir xəbər - "B" PLANIN TƏFƏRRÜATI

Bir neçə gün əvvəl ölkənin bir neçə xəbər portalında "Avromed” Company QSC-nin banisi, millət vəkili Cavanşir Feyziyev barəsində maraqlı məlumat yayıldı.

Çox keçmədən əksər saytlardan sürətlə yığışdırılan bu xəbərdə qeyd olunurdu ki, "Avromed” dərman firmasının rəhbəri, deputat Cavanşir Feyziyev hazırda həbsdə olan "Quska” ləqəbi keçmiş deputat Hüseyn Abdullayevdən dəyəri 10 milyonlarla ölçülən obyekt alıb. Bu fakt ölkə gündəmini tez bir zamanda zəbt etdi və məsələdə bir neçə şəxsin, o cümlədən məşhur müğənni Gülyaz Məmmədovanın adı keçdi.

Bu arada millət vəkili Cavanşir Feyziyev iddia etdi ki, 2015-ci ildə növbəti parlament seçkilərindən sonra "Avromed”də təsisçilik hüququndan imtina edib və öz səhmlərini satıb. Əcəba Cavanşir Feyziyev bu səhmləri kimə satıb? Onu təsisçilik hüququndan imtina etməyə nə vadar edib? Bu suallar hələ də açıq qalır. (?)

Bizimxeber-ə daxil olan məlumata görə, ölkənin dərman bazarında öz yerini sürətlə itirən "Avromed” rəhbərliyi regionlardakı 10-dan artıq filiallarını mərhələli olaraq bağlamaq qərarına gəlib. Pfizer, Novartis, Roche, Sanofi-Aventis, Abbot, Alcon, Berlin Chemie, Novo Nordisk, Eli Lilly, Takeda kimi əczaçılıq nəhəngləri artıq bu şirkətlə əməkdaşlığı dayandırır. Hətta bəziləri ilə artıq aylardı əməkdaşlığa son qoyulub.

Həmçinin dərman bazarında keyfiyyətin və qiymətlərin nəzarətə götürülməsi "Avromed”-i çətin duruma salıb. Şirkətə yaxın olan şəxslər iddia edir ki, "Avromed” 1 ildən artıqdır ki, ziyanla işləyir və ancaq bazarda dayanmağa çalışır. Şirkətin əvvəlki nifuzunu bərpa etmək isə mümkün deyil.

Əvəllər ölkə ərazisində fəaliyyət göstərən 2000 aptekin təchizatçısı olan "Avromed” indi bu rəqəmi 500-700 -ə qədər azaldıb. Daha bir qəribə rəqəm isə şirkətin inkişaf dinamikası ilə bağlıdır. Şirkətin illik inkişaf dinamikasındakı rəqəmlər şokedicidir.

Mənbə bildirir ki, hazırda ölkəmizdə onlarla dərman firması fəaliyyət göstərir və "Avromed” bu şirkətlərlə rəqabət apara bilmir. Hazırda "Avromed” öz yerini "Azerimed” derman firmasına uduzub. Bu o deməkdir ki, "Avromed”, "Azerimed” və "Asfarma” kimi nəhənglərin qarşısında duruş gətirə bilməyəcək…Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alan Cavanşir Feyziyev haqqında daha bir xəbər - "B" PLANIN TƏFƏRRÜATI
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO