"Lukoil"-də yanacaq oğurluğu fırıldağı — Sürücülər şikayətçidir
Sosial
Oxunub: 656
26 sen 2019 | 21:49
"Lukoil"-də yanacaq oğurluğu fırıldağı — Sürücülər şikayətçidir

Sosial şəbəkədə Bakıda, Rəcəbli küçəsində "Lukoil" yanacaqdoldurmasında avtomobillərə benzinin ödənilmiş məbləğdən az doldurulması ilə bağlı şikayət yerləşdirilib.

Dia.az-ın məlumatına görə, sosial şəbəkənin istifadəçilərdən biri qeyd edib ki, həmin yanacaqdoldurma məntəqəsində o, operatora 20 manatlıq benzin doldurmasını xahiş edib.

Benzin doldurmasının başlamasından bir müddət sonra operator ona yaxınlaşaraq yanacaqdoldurma tapançasının maşın bakından çıxdığını deyərək, maşın açarını döndürərək bakın dolu olmasını yoxlamasını xahiş edib.

"Mən yanacaqdoldurma aparatın ekranına baxdım. Orada 13,80 manat yazılmışdı. Açarı döndürəndən sonra gördüm ki, bak dolu deyil və doldurmanı davam etməyi xahiş etdim. Bir müddət sonra yanacaqdoldurma tapança səs çıxartdı. Ekranda 20 AZN qeyd olunmuşdu. Mən yola düşməyə hazırlaşanda bakın dolması üçün az vaxt keçdiyini düşündüm. Dərhal motoru söndürdüm və rəhbərliyi çağırmağı tələb etdim, yanacaqdoldurma aparatın yanına yaxınlaşmağa isə heç kəsə imkan vermədim. Özünü rəhbərlik kimi təqdim edən adam gələndə mən qəbz tələb etdim. Orada isə 15,30 qeyd olunmuşdu. 5 manat kiminsə cibinə gedəcəkdi!".

Şikayətçinin sözlərinə görə, qalmaqaldan sonra ona 5 litr yanacaq əlavə doldurublar və buna görə pul götürmək istəməyiblər. Bu "Lukoil-Azerbaijan" şirkətinə məxsus olan yanacaqdoldurma məntəqəsindən yeganə şikayət deyil.

Sosial şəbəkənin digər istifadəçisi yazır.

"6 ay öncə Şamaxinkadakı Lukoil yanacaq doldurma mərkəzində 6 azn fırıldaq gəldiklərinə görə Lökbatan istiqamətinə gedən yoldakı Lukoil - dan istifadə edirəm. Bu gün də orada 5 azn aldatmaq istədilər lakin alınmadı. Deməli fırıldaq belə baş verir. Yanacaq çənini doldurmağı xahiş edirsən və nəticədə 5 azn-lik benzin vururlar. Səbəbini isə sizi səhv başa düşdüklərini bildirərək yanacağın davamını vururlar, lakin əvvəlki 5 azn məbləği ekrandan silmədən bunu edirlər və nəticədə sizdən əldə etmədiyiniz yanacağa görə əlavə 5 azn pul tələb olunur. Hamını diqqətli olmağa dəvət edirəm. Bu gün isə işçi 5 azn vurmuşam deyən kimi mənlə belə oyun oynamamasını bildirdim və bunun baş verməyinə imkan vermədim".

"Lukoil-Azərbaycan"-dan məsələ ilə bağlı bildiriblər ki, şirkət Azərbaycanda 1993-cü ildən fəaliyyətə başlayıb və ölkədə fəaliyyət göstərən xarici şirkətlər arasında liderlər sırasındadır.

"Şirkətin əsas fəaliyyət istiqaməti yanacaqdoldurma məntəqələrində yanacağın pərakəndə satışının təşkili, həmin obyektlərdə müştərilərə servis xidmətinin göstərilməsidir. Həmin servis həmişə yüksək və beynəlxalq səviyyədə olub. Hər hansı neqativ hallar baş verərsə, onlar barədə bizim mərkəzi ofisə xəbər verməyinizi xahiş edirik".(Correct.az)
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”