Suraxanı polisinin dələduz addımları
Sosial
Oxunub: 2 106
27 yan 2016 | 13:03
Suraxanı polisinin dələduz addımları













Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin, qeyri-konstusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında hər zaman önəmli xidmətlər göstərmişdir. Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyyəti, bütün bu kimi proseslərdə Azərbaycan xalqının, hər bir vətəndaşının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidməti mənafeyini hər şeydən üstün tutmuşdur.

Heydər Əliyev
Azərbaycan xalqının ümummilli lideri


Çox maraqlı və olduqca da təəssüf doğuran hal o olur ki, dələduzluq edən polis əməkdaşının əməlləri vaxtında ifşa olunmur

İctimai həyatımızda polis əməkdaşlarının oynadıqları rol, yəqin ki, tam əksəriyyətə bəlli bir həqiqətdir. Amma polis əməkdaşının dələduzluq etməsi faktı, nə əndazəyə sığası məsələdir, nə də ki, hansısa qanuna yazılası haldır. Söhbət Suraxanı rayonu post patrul xidmətinin əməkdaşı, Qurbanov Şaiq Namiq oğlunun əməllərindən gedir. Belə ki, adı çəkilən polis əməkdaşı 22 fevral 2014-cü il tarixdə Hümbətov İbrahim Qubad oğlu ilə danışıb razılıq əldə etdikdən sonra, ona məxsus 07 markalı dövlət nömrə nişanı 10-UB-795 olan nəqliyyat vasitəsini, ayda 200 manat pul vermək şərtilə icarəyə götürür. İbrahim Hümbətovun nəqliyyat vasitəsini icarəyə verməsinə, ayaqlarında əmələ gələn xəstəliklərin varlığı səbəb olur. Yəni xəstəliklə bağlı o, nəqliyyat vasitəsini idarə etmək qabliyyətində olmur.

Hər iki tərəf ümumi şərtlərlə razılaşdıqdan sonra, İbrahim Hümbətovla Şaiq Qurbanov Bakı şəhərindəki 32 saylı notariat kontoruna gedirlər ki, birinci tərəfin ikinci tərəfə yalnız nəqliyyat vasitəsini idarə etmək üçün verəcəyi etibarnaməni təsdiq etdirsinlər. Bu zaman Şaiq Qurbanov ona edilən etibardan və İbrahim Hümbətovun ayaqlarının ağrımasından (yəni, İbrahim Hümbətovun notariat kontorunun ikinci mərtəbəsinə qalxa bilməməsindən) istifadə edərək, etibarnaməni öz adına deyil, atası Qurbanov Namiq Allahverdi oğlunun adına (atası Lənkərandakı “N” saylı hərbi hissələrdən birində xidmətdədir) yazdırır və etibarnamənin təsdiqi zamanı da həyətə düşərək, onu teztələsik İbrahim Hümbətova imzalatdırır. Bu haqda o, İbrahim Hümbətova bir söz deməsə də, sonrakı söz-söhbətlər zamanı bəlli olur ki, Şaiq Qurbanov sürücülük vəsiqəsi olmadığından belə bir addımnı atır və etibarnaməni də atasının adına yazdırır. İlk danışıq zamanı İbrahim Hümbətov 07 markalı dövlət nömrə nişanı 10-UB-795 olan avtomobilini onun atasına deyil, yalnız Şaiq Qurbanova vermək üçün razılığa gəlsə də, o, nə biləydi ki, cilddən-cildə girməyi bacaran Şaiq Qurbanov, ona edilən etibardan sui-istifadə edərək belə bir addımını atacaq.

Diqqəti cəlb edən hal odur ki, notariat kontorunda etibarnaməni fırıldaqlıq yolu ilə atasının adına təsdiq etdirən Şaiq Qurbanov, sürücülük vəsiqəsi olmadan avtomobili bir neçə ay idarə edir. Ödəniləcək pul məsələsinə gəlincə isə, onu qeyd edə bilərik ki, o, bu məsələdə də ümumi razılaşmaya sona qədər əldə etmir, yalnız bir ayını verir. Elə ki, İbrahim Hümbətov görür ki, Şaiq Qurbanov icarə pulunu vermir, etdiyi telefon zənglərinə ümumiyyətlə cavab vermir, yəni bir sözlə öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir, bu zaman məcbur olur ki, 31 may 2014-cü il tarixdə elə 32 saylı notariat kontorunda etibarnaməni bitərəfli qaydada ləğv etdirsin. Etibarnamənin ləğv etdirilməsi Şaiq Qurbanova müxtəlif yollarla çatdırılsa da, o, daşıdığı vəzifə səlahiyyətindən, yəni polis əməkdaşı olmasından sui-istifadə edərək avtomobili geri qaytarmır və telefon zənglərinə də ümumiyyətlə cavab vermir. Belə olan təqdirdə İbrahim Hümbətov avtomobilinin geri qaytarılması üçün, bir neçə dəfə Suraxanı rayon Polis İdarəsinin rəhbərliyinə, DİN-nin 102 xidmətinə, Bakı şəhər Prokurorluğuna və digər instansiyalara yazılı şikayətlərini ünvanlasa da, nədənsə Şaiq Qurbanovla bağlı heç bir ciddi tədbir görülmür. Çox maraqlı və olduqca da təəssüf doğuran hal o olur ki, dələduzluq edən polis əməkdaşının əməlləri vaxtında ifşa olunmur.

Belə bir cəzasızlığı görən Şaiq Qurbanov, növbəti dəfə dələduzluğunu edir. Belə ki, o, fırıldaqlıq edib atasının adına yalnız idarə etmək üçün təsdiq etdirdiyi etibarnamə əsasında ələ keçirdiyi avtomobili, bir müddət keçdikdən sonra başqa bir şəxsdə ki, BVM markalı avtomobillə dəyişir. Bu zaman ümumi razılaşma belə olur ki, Şaiq Qurbanov hər ay BVM avtomobilin sahibinə əlavə pul da verməlidir.

Maraq kəsb edən hal odur ki, bir müddət vaxt keçdikdən sonra isə, 07 markalı avtomobili ələ keçirən şəxs də, onu satmaq qərarına gəlir. Bu zaman avtomobilin alqı-satqısını həyata keçirmək üçün ortada “generalnı dovernos” olmadığından, həmin şəxs yəqin ki, Şaiq Qurbanovla belə bir plan qurur və son anda da həyata keçirə bilirlər. Yəni, həmin şəxs 07 markalı avtomobilin ilk sahibi, mülkiyyətçisi Nəcəfquliyev Rafiq Xasay oğlunun yanına gedib bildirir ki, “mən İbrahim Hümbətovdan avtomobilin alqı-satqısını həyata keçirmək üçün “generalnı dovernost” almışdım. Amma, bir neçə gün bundan əvvəl şalvarım yuyularkən aldığım “generalnı dovernos” şalvarımın cibində qalır və tam yarasız vəziyyətə düşür. Hal-hazırda İbrahim Hümbətov Azərbaycanda deyil, xarici ölkələrin birindədir” deməklə mülkiyyətçini aldada bilir və belə bir yolla Bakı şəhərində ki, 50 saylı notariat kontorunda 09 aprel 2015-ci il tarixdə 07 markalı avtomobili, Bakı şəhəri 3-cü mkr-n B.Əliyev küç ev-46, mən-13-də yaşayan Tamarov Təvəkkül Akif oğluna, əldə etdiyimiz məlumatlara görə 1750 manata satır.

Diqqəti cəlb edən hal o olur ki, İbrahim Hümbətov bir qədər vaxt keçdikdən sonra belə bir məlumat əldə edir ki, qanuni sənədlər onu adına olsa da, hansısa şəxslər əlbir olmaqla ona məxsus avtomobilin alqı-satqısını həyata keçiriblər. Və problemin varlığı barədə məlumatlandırılan avtomobilin ilk mülkiyyətçisi Rafiq Nəcəfquliyev də, aldadıldığını başa düşmüş və ləngimədən vermiş olduğu “generalnı dovernos”u ləğv etdirmişdir. Yol polisi əməkdaşları isə, dələduzluq yolu ilə ələ keçirilmiş avtomobili saxlayaraq cərimə meydançasına aparırlar.

Belə bir olayların baş verməsinə səbəb, yəqin ki, Şaiq Qurbanovla bağlı vaxtında lazımi tədbirlərin görülməməsi oldu. Çünki, İbrahim Hümbətovun vaxtilə DİN-nə, prokurorluq orqanlarına, DİN-nin102 xidmətinə, Suraxanı rayon Polis İdarəsinin rəhbərliyinə ünvanladığı şikayət ərizələri ilə bağlı lazımi araşdırma işləri aparılsaydı, yəni Şaiq Qurbanovun etmiş olduğu dələduzluq əməlləri ifşa olunsaydı, yəqin ki, o, növbəti dəfə belə bir dələduzluq əməllərinə qol qoymazdı. Təəssüf doğuran hal o olurdu ki, İbrahim Hümbətova ünvanladığı şikayət ərizələri ilə bağlı aidiyyəti qurumlardan “ bu mülki işdir, get məhkəməyə müraciət et” deyə cavab verilirdi. Belə bir cavabların nəticəsi, bu gün belə bir olayların da əmələ gəlməsinə səbəb oldu.

Abdulla
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik