Təhsil Nazirliyində böyük saxtakarlıq... - NAZİRƏ ÜNVANLANAN SUALLAR
Sosial
Oxunub: 562
20 sen 2019 | 19:54
Təhsil Nazirliyində böyük saxtakarlıq... - NAZİRƏ ÜNVANLANAN SUALLAR

Dərs ilinin yeni başlamasına baxmayaraq artıq məktəblərdən ilk “həyəcanlı” xəbərlər daxil olmaqdadır. Xüsusilə şəgirdlərin elektron formada məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı çoxsaylı qanun pozuntuları və şikayətlərə rast gəlinir. Özlüyündə çox mütərəqqi və şəffaf bir qəbul forması təsiri bağışlayan elektron qəbul prosesində elə özbaşınalıqlara yol verilir ki, adamın deməyə sözü qalmır.
Rubrika.az saytına müraciət edən valideyn bildirir ki, övladının S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına yerdəyişməsi üçün 4 sentyabr tarixində elekteron formada müraciət edib. Saat 14:11-də ona müraciətinin qeydə alınması, 16:48-də isə sorğunun təsdiq edilməsi barəsində SMS daxil olub. Dərs ili başlayandan sonra şagird gimnaziyada dərslərə getməyə başlayıb. Bu gün isə məktəbin direktoru İlqar Talıbov sinfə gələrək şagirdə adının sistemdə olmadığını və məktəbə gəlməməsini bildirib. Qeyd etdiyimiz kimi şagirdin məktəbə qəbul edilməsi ilə bağlı müvafiq SMS valideynin telefonuna gəlib, onun sənədləri məktəbə təqdim edilib. Lakin, artıq bir neçə gündür ki, dərslərə gələn şagirdə qəflətən belə bir məlumat verilir və məktəbdən çıxarılır. Cənab nazir, bu uşağın psixikasına mənfi təsir etmirmi? Çox yəqin bir gün də olsun sinifə girməyən pedaqogikadan və psixologiyadan xəbəri olmayanların günahı üzündən bu körpə balalar həyatda ilk pxixoloji travmasını alır.
Göründüyü kimi Təhsil Nazirliyində müvafiq sahəyə cavabdeh olan,bilavasitə rəhbərlik edən məmurların yarıtmaz fəaliyyəti nəticəsində xaotik bir vəziyyət yaranıb. Dərs ilinin başlanması ərəfəsində bu sahədə yaranan dəhşətli vəziyyət hamıya məlumdur. Valideynlər günlərlə Təhsil Nazirliyinin qarşısında növbə gözləyirdilər. Hətta şagirdlərin qəbulu və yerdəyişməsi zamanı kütləvi rüşvətxorluq halları da qeydə alınıb. Yəqin ki, cənab nazir C.Bayramov təkcə Təhsil Nazirliyi üçün deyil, bütün Azərbaycan təhsili üçün böyük eyib olan bu hadisələrə qarşı biganə qalmayacaq. Nazirlikdə bu sahəyə bilavasitə cavabdehlik daşıyan şəxslərin qanunsuz əməllərinə nəhayət ki, son qoyulacaq. Nəzərə alsaq ki, artıq valideynlərin narazılığı pik həddə çataraq ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirlərsə vəziyyətin heç də ürəkaçan olmadığını, bunun fəsadlarının ağır olacağını görməmək mümkün deyil. Yəqin ki, cənab nazir bütün bunları tezliklə nəzərə alacaq.

Rubrika.az saytı xatırladır ki, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası öz keçmiş direktoru,sabiq deputat, “nurçuların” Azərbaycanda böyük himayədarı Ceyhun Osmanlının anası Xuraman Osmanovanın zamanından medianın “ulduzudur”. Az qala “valideyn üsyanı” nəticəsində gimnaziyanın direktorluğundan azad olunan X.Osmanova bu ayın əvvəllərində Bakının 238 saylı tam orta məktəbinə direktor təyin olunub. Həmin məktəbin direktoru İlqar Talıbov isə Gimnaziyaya direktor gətirilib. Necə deyərlər bir balaca yerdəyişmə olunub. Sadəcə bizə maraqlı olan odur ki, X.Osmanova kütləvi narazılıqlar, etirazlar nəticəsində Gimnaziyanın direktorluğundan azad olunubsa onun yenidən 238 saylı tam orta məktəbə rəhbər təyin olunması hansı məntiqlə izah olunur. Məgər 238 saylı məktəbdə təhsil alanlar bu ölkənin vətəndaşı deyilmi? Bəlkə həmin məktəb “cərimə batalyonu”dur bizim xəbərimiz yoxdur. Hər halda normal düşüncə ilə bunu izah etmək mümkün deyil. Yəqin ki, tezliklə bunun da səs-sədası yayılar...
Rubrika.Az
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh