Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)
Sosial
Oxunub: 668
19 sen 2019 | 22:20
Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)

"AAAF Park" yaşayış kompleksindən 20-dən artıq vətəndaş mənzil alıb, iki ilə yaxındır ki, evlərinə köçə bilmirlər.

Bu barədə Unikal.org-a "AAAF Park" yaşayış kompleksinin 28-ci küçəsində tikilməkdə olan binadan mənzil alıb, təhvilini gözləyən sakinlər müraciət edib.

Narazı sakinlər məsələ ilə bağlı müvafiq dövlət qurumlarına da şikayət ediblər. Müvafiq dövlət orqanlarına və "AAAF Park" yaşayış kompleksi rəhbərliyinə şikayət məktubu ünvanlanıb.

Dövlət orqanlarından onların haqlı olması ilə bağlı cavablar da gəlib. "AAAF Park" mənzillərimizin ödənişini vaxtı-vaxtında ödədiyimiz halda, sakinlərini hələdə çöldə saxlayır və müqavilə öhdəliklərini isə yerinə yetirmir. Belə ki, sakinlər bağladıqları müqaviləyə əsasən 2015-ci ildə "AAAF Park" yaşayış kompleksinin 28-ci küçəsində tikilməkdə olan binanadan aldıqları mənzillərə 2018-ci ildə köçməli imişlər.

Sonra 2018-ci ilin axırında təhvil veriləcəyini söyləyiblər. Bir müddət sonra təhvil prosesi 2019-un aprel-may aylarına salındı. Daha sonra 2019-cu ilin axırına, indi isə 2020-2021-ci il söhbətini ortaya ataraq, kompleksi tam şəkildə sözügedən müddətdə təhvil veriləcəyini deyirlər.

Sakinlər bildirir ki, kompleksin bütov şəkildə təhvil verilməsi üçün ən az 4 il vaxt lazımdır. Şikayətçilərdən biri qeyd edir ki, 2015-ci ildə əlindəki hazır mənzilini barter edərək bu kompleksdən daha geniş mənzil alıb və özü isə ailəsi ilə kirayəyə ev tutub. Halbuki, ona da 2018-ci ilin sonunda mənzilinə köçə biləcəyini deyiblər. Sözügedən vətəndaş qeyd edir ki, kirayə və həm də yeni mənzilin aylıq ödəniş pulunu qazana bilmədiyi üçün ailəsini buraxıb, xaricə işləməyə gedib.

Bununla belə, 28-ci küçədə tikilməkdə olan binanadan aldıqları mənzillərə görə, məhkəməyə müraciət edən bir neçə sakin də var. Məhkəmə qərar verib ki, şirkət onların aldıqları mənzilə görə, ödədikləri pulu geri qaytarsın. Amma, şirkət bu vətəndaşların da pulunu geri qaytarmaq prosessini də uzadır.
Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)Sakinlər "AAAF Park"dan aldıqları mənzilə köçə bilmirlər - KÜTLƏVİ NARAZILIQ (SƏNƏDLƏR)
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı