Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” — 5 manatlıq həblər niyə 25 manata satılır?
Sosial
Oxunub: 645
18 sen 2019 | 19:22
Dərman bazarında rüsvayçı “Vitamin D müəmması” — 5 manatlıq həblər niyə 25 manata satılır?

Son illər ölkədə istər uşaq, istər böyüklərdə D vitamin çatışmazlığı diaqnozu çox qoyulur. Xüsusən yenidoğulmuş dövrdən müəyyən yaşa kimi körpələrə mütləq bu vitamin təyin edilir.

D vitamini apteklərdə ən çox tələb olunan preparatdır və qiymətləri də kifayət qədər yüksəkdir. Bu gün dərman bazarında 3.60 manatdan başlayaraq,78 manata qədər qiyməti olan D vitaminləri görmək olar. Bir çox xəstələr vitaminlərin baha olmasından şikayətlənirlər. Uşaqlar üçün vacib olan bu preparatlar daha bahalıdır.

Dia.az bildirir ki, Medicina.az-ın əməkdaşının dərman bazarında D vitaminləri ilə bağlı apardığı araşdırmada maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, eyni istehsal ölkəsi, eyni tərkib, hətta eyni dozada olan D vitaminlərinin qiyməti kəskin fərqlənir. Preparatlardan bir-ikisi 3.60-4 manata, əksəriyyəti isə 30-78 manatadır.

Bəs bu qiymətlər necə təyin olunur?

BAD, yoxsa dərman?

Məlum olub ki, D vitaminlərinin əksəriyyəti ölkəyə bioloji aktiv qida əlavəsi, yəni BAD kimi idxal olunub, qeydiyyata alınır.

Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirildiyindən D vitaminləri də qida əlavəsi kimi bu agentlik tərəfindən qeydiyyatdan keçirilir.

Preparat BAD kimi satışa çıxarılırsa, onun qiymətini şirkət özü tənzimləyir və istədiyi qiymətə satmaq imkanı qazanır. Lakin ilkin olaraq preparatın qida əlavəsi və ya dərman preparatı olması rəyini Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat mərkəzi müəyyənləşdirib verir.

Əslində, qanunun şərtlərinə görə, bu gün 80% D vitamin preparatları aşağı qiymətə olmalıdır. Bir şərtlə ki, preparat qida əlavəsi kimi yox, dərman kimi qeydə alınsın.

D vitamini hansı halda dərman, hansı halda bioloji fəal qida əlavəsi hesab olunur?

Yeni tələblərə görə, günlük dozası bir damcıda 1000 UE –ni keçən istənilən D vitamini artıq dərman kimi rəy almalı və Tarif Şurasının təyin etdiyi qiymətlərlə satışa verilməlidir. Göründüyü kimi, Tarif Şurasının siyahısına düşən D vitaminlərinin qiyməti çox ucuzdur. Nə şirkət, nə apteklər bu qiymətdən baha sata bilməz.

Amma hazırda bazarda 15.000-50.000 EU dozalı D vitaminləri var ki, bioloji qida əlavəsi kimi qeydə alınaraq, yüksək qiymətlə satışa çıxarılıb.

Medicina.az-ın uzun illərdir Azərbaycanda dərman və qida əlavələri idxalı ilə məşğul olan bir neçə şirkət və firmalardan əldə etdiyi məlumata görə, D vitamini ilə bağlı bu problem bir müddətdir var və səbəbi sual altındadır.

Belə ki, bir iki şirkətin gətirdiyi, əvvəllər qida əlavəsi kimi qeydə alınan D vitaminləri yeni tələblərə əsasən 1000EU – vahid dozanı keçdiyi üçün dərman kimi qeydə alınıb və bu preparatlar Tarif Şurasının qiymət cədvəlinə uyğun olaraq 3-5 manat arası qiymətə satılır. Amma eyni dozada olmasına baxmayaraq, digər preparatlara bu qanun nədənsə şamil olunmayıb. Bu isə şirkətlər arasında və bazarda rəqabət mühitini məhv etməkdədir.

Bəs kifayət qədər tələbat olan D vitamininin baha satılmasında kimlər maraqlıdır?

Əlbəttə ki, qiyməti 16-29 manat arası olan D vitaminindən ilk növbədə şirkət kifayət qədər yaxşı qazana bilir, çünki qiyməti özü tənzimləyir. İkincisi, bahalı D vitaminini xəstənin reseptinə yazmaqda həkimlər maraqlı olur. 27 manatdan yuxarı hər D vitamini üçün həkimlər azı 10 manat faiz əldə edir.

Tarif Şurasının təyin etdiyi qiymətə dərmanları isə xəstəyə yazmaqda həkimin maddi marağı yoxdur. Digər tərəfdən pasiyent “bahadırsa, deməli yaxşıdır” prinsipi ilə ucuz dərmana şübhə ilə yanaşır.

Fotolarda apteklərdə satışda olan müxtəlif adda D vitaminləridir. Qiymət fərqləri üzərlərində görülür. Məqsədimiz hər hansı dərmanın reklamı, təbliği deyil.

Ən çox bahalılar satılır

Apteklərə ünvanladığımız “bu vitaminlərdən ən çox hansının adı reseptlərdə çox qeyd edilir, ən çox hansı satılır” sualının cavabı da gözlənilən idi: “BAD kimi qeydiyyatdan keçən preparatlar çox satılır”.

Mövzu ilə bağlı D vitamini təyin edən bir neçə həkimlərdən aldığımız açıqlamada bildirdilər ki, həqiqətən, yeni qaydalara əsasən D vitaminin günlük dozası bir damcıda 1000EU keçərsə, artıq dərman vasitəsi kimi qeydə alınmalıdır və təbii ki, qiyməti ucuz olmalıdır.

Beləliklə, təkcə bir vitaminin satışında azad rəqabətlilik prinsipi pozulur, həkimlərin maddi maraqları önə çəkilir, daha bahalı dərman təklif edən şirkətlərlə sövdələşməyə gedilir.

Problem o həddə çatıb ki, artıq Türkiyə zavodları da bu ayrı-seçkilikdən xəbərdar olub, etiraz məktubu hazırlayır: “Qanun və tələblər bütün zavod və şirkətlərə bərabər şamil olunmalıdır”.

Ölkəyə gətirilən bütün preparatlara rəyi Səhiyyə Nazirliyi nəzdində İnnovasiya Mərkəzinin verdiyini nəzərə alaraq, mövzu ilə bağlı ünvanladığmız suallarımıza Nazirlikdən və şöbədən hələ ki, rəsmi cavab ala bilməmişik. Aidiyyatlı şöbələrlə hər hansı telefon əlaqə cəhdlərimiz də nəticəsiz qalıb.

Apteklərdə istər qida əlavəsi, istərsə də dərman kimi satılan D vitaminlərinin əslində, eyni tərkib və dozada olduğunu nəzərə alıb, pasiyentlərə onu məsləhət görə bilərik ki, bu müəmmalı məsələ aydınlaşana kimi müraciət etdikləri həkimdən münasib qiymətə D vitamini yazmasını tələb etsinlər.
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi