Bakı Beynəlxalq Avtovağzalında 1 manatlıq absurd…
Sosial
Oxunub: 520
18 sen 2019 | 14:12
Bakı Beynəlxalq Avtovağzalında 1 manatlıq absurd…

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bu ilin yazında yeni istifadəyə verilən nəqliyyat qovşağında köhnə qayda dəyişməyib. Həmin vaxt BBAK-dan bildirilirdi ki, qovşağın yaradılmasında məqsəd ölkəmizə gələn turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaqdır.

Düzünü demək lazımdır: bu baxımdan qovşaq əvvəlkindən yaxşı mənada xeyli fərqlənir. Lakin vətəndaşları çoxdan narazı salan bir məqam hələ də aradan qaldırılmayıb.

Məsələ burasındadır ki, xüsusilə rayonlardan gələn avtobusların sərnişinləri onları qarşılamaq üçün qovşağa daxil olan yaxınlarının buna görə 1 manat ödəməsindən narazıdırlar. Həmin narazılığı isə haqsız saymaq olmaz.

Belə ki, həmin sərnişinlər adətən sovqatla, ağır yüklə qayıdırlar. Buna görə də bir çoxlarının yaxınları, ailə üzvləri onları şəxsi avtomobilləri ilə qarşılamağa gəlirlər. Həmin avtomobillər qovşağa daxil olur, cəmi bir neçə dəqiqə ərzində öz doğmalarını götürüb oranı tərk edirlər. Elə bu bir neçə dəqiqə də kifayət edir ki, 1 manat ödəniş etsinlər.

Halbuki normal ölkələrdə istər avtovağzal, istər hava limanı əraziləri olsun, bir neçə dəqiqəlik gözləməyə görə ödəniş tələbi yoxdur. Bu hallarda avtomobil sahiblərinə ən azı 1520 dəqiqə, bəzən bundan da artıq vaxt verilir. Yalnız həmin vaxt bitdikdə ödəniş tarifləri müəyyənləşdirilir.

BBAK-ın sözügedən qovşağında isə absurd vəziyyət yaranıb: əraziyə daxil olduğun anda artıq 1 manatı ödəmək qaçılmazdır.

Üstəlik, bu qovşaqda dayanan taksilərin qiymətinə də təsir edir. Onlar sərnişinlərdən tələb etdikləri gediş haqqının üzərinə həmin 1 manatı da gəlirlər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin parkinqi var və bu yeraltı dayanacaqda avtomobillərin saxlanılması üçün tariflər mövcuddur:

Ərazidə avtomobillərin parkinq qiymətləri aşağıdakı kimidir:
0-2 saat – 1 AZN
2-6 saat – 2 AZN
6-12 saat – 3 AZN
12-24 saat – 4 AZN

Lakin hansı məntiqə sığır ki, kompleksin yeni nəqliyyat qovşağında şəxsi avtomobilləri ilə öz yaxınlarını qarşılamağa gələnlərdən də bir neçə dəqiqə üçün ödəniş tələb edilsin.

Qeyd edək ki, bu qayda lap əvvəldən də mövcud idi: öncə pul alınır, ancaq heç bir qəbz verilmirdi, sonradan vətəndaşların narazılığını görüb heç bir rəsmi möhürü olmayan, adi kağız parçası adlandıra biləcəyimiz “çek” təqdim edilməyə başlandı. Həmin vaxt bu məqam mətbuatın da diqqətini çəkmiş, yığılan pulların hara getdiyi müzakirə mövzusu olmuşdu. Yeni nəqliyyat qovşağı qurulduqdan sonra sözügedən problem də həllini tapıb, kart sistemi tətbiq olunub.

Lakin məsələ başqadır: sərnişinləri qarşılamağa gələnlərdən ödəniş tələb etmək nə qədər ədalətlidir? Axı Avtovağzal məhz bu sərnişinlər hesabına fəaliyyət göstərir, indi belə çıxır, onlar kompleksi tərk edə bilmək üçün də əlavə xərc çəkməlidirlər.

Həqiqətən absurd deyilmi?!
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh