"Deyirdi, siz işləyin, axırda topa pul verəcəyəm..." - Şərurlu İsfəndiyarın adı keçən QALMAQAL
Sosial
Oxunub: 575
13 sen 2019 | 21:18
"Deyirdi, siz işləyin, axırda topa pul verəcəyəm..." - Şərurlu İsfəndiyarın adı keçən QALMAQAL

"Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun bacısı oğlu çobanın haqqını yeyib. Bununla bağlı məhkəmə qərarı olsa da, icra olunmur.
Şikayətçi Heydər Hüseynov Criminal.az saytına bildirib ki, Goranboy Məhkəməsinin hakimi Samir Mayılov onun İlham Əliyevə qarşı iddiası üzrə qətnamə çıxarsa da, icra olunmur: "Hakim mənim kimi adı bir kasıb adamın , arxasında milyarder dayısı Şərurlu İsfəndiyar olan cavabdeh Əliyev İlhama qarşı iddianı təmin edib, ədalətli qətnamə qəbul edib. Amma "məşhur” dayısı olan cavabdeh məni açıq aşkar təhdid edir ki, imkan verməyəcəm ki, qətnamə icra olunsun. O bu barədə küçə öz əxlaq və mədəniyyətinə uyğun küçə söyüşü ilə and qoyaraq təsdiq edib".
H.Hüseynov bildirib ki, bir müddətdir ailəsi ilə birlikdə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində iş adamı məşhur Şərurlu İsfəndiyara məxsus olan və bu qəsəbəsdə yerləşən Beton və sement zavodunun ərazisində olan mal fermasında 2015-ci ilin əvvəlindən 2016-cı ilin mayınadək işləyib: "Fermadakı 70 baş mal-qaraya İsfəndiyarın bacısı oğlu Əliyev İlham Qaçay oğlu rəhbərlik edirdi. Mən və həyat yoldaşım əvvəlcədən razılaşmaya əsasən onun mal-qarasına gecə-gündüz baxmaqla –otarmaqla, yemləməklə, sağıb pendir tutub təhvil verməklə və s. İşlərə görə əmək haqqı olaraq ayda cəmi 300 manat almalı idik. Düz bir il dörd ay işləsək də İlham hər dəfə bir bəhanə ilə bizə pul vermirdi. Deyirdi siz işləyin axırda topa pul verəcəyəm. Biz isə ailəvi bir aya 300 manat həsrətilə qul kimi bu cür ağır işdə işləyirdik. Son vaxtlar pul istədikdə İlham əsəbiləşir və bizi mütəmadi təhqirlər etməyə başlayırdı. Eyni zamanda hədə-qorxu gəlirdi. 3 balaca məktəb yaşlı uşaqlarımızı ac-susuz məktəbə göndərirdim. İlhamın süründürməçilindən bezib əvvəlcə onun ata və anasının yanına getdik ki, oğluna bizim zəhməthaqqıilə bağlı bir söz desinlər. Onlar da söz verdilər ki, "nə danışırsan, elə şey olarmı ki, sənin haqqın çatmaya, biz hacılarıq, narahat olma pulunu verərlər. Lakin bunun da xeyri olmadı. Mən Şərurlu İsfəndiyarın qəbulunda oldum və bacısıoğlu İlhamın hərəkətlərindən şikayət etdim. O əvvəlcə harasa zəng etdi. Və dedi ki, görürsüzmü mənimim də telefonumu götürmür, gedin nə istəyirsiz edin. Mən onu qovmuşam. Gedin hara istəyirsiz şikayət edin dedi".

Şikayətçi deyir ki, bundan sonra Abşeron Polis İdarəsinə şikayət edib və işi sahə müvəkkili İqbala tapşırıblar: "İqbal da əvvəl söz verdi ki, narahat olma pulunu alıb verərik. Sonra nə oldusa İqbalın fikrindən daşındı. 2016-cı ilin mayın sonunda İlham qəzəbli formada evimizə gəlib həyətdə xəstə həyat yoldaşımı və məni təhqir etməyə, hədə-qorxu gəlməyə başladı. O üç balaca övladlarımın gözü qabağında həyat yoldaşımı nalayiq küçə söyüşlərilə təhqir etdi. Mən onun qabağını kəsib danışığına fikir ver deyə qışqıranda o ağzımın üstündən yumruq zərbəsi vurdu. Ağzımın qanı axdığını görüb yoldaşımın vəziyyəti pisləşdi. Təcili yardım çağırdıq. Ağzından spirt iyi gələn İlham isə bizə əhəmiyyət vermədi və qışıqırdı ki, gedin hara istəyirsiniz şikayət edin. Heç kimdən qorxmuram.
Mən dəflərlə Abşeron Rayon Polisinə və Prokurorluğuna və yuxarı instansiyalara şikayətlər etdim. İlham isə hər yerdə dayısı Şərurlu İsfəndiyarın adından istifadə edib verdiyimiz şikayətlərin qabağını alır. Hətta bu azmış kimi mənə qarşı şərlər təşkil edir. Belə ki, beton zavodda adicə mühafizəçi kimi çalışdığım vaxtı 2017-ci ilin martın 6-da obyektdə olan 3 ədəd suvarka aparatlarını qara rəngli VAZ 2107 avtomobili ilə gəlib oğurlayıb aparıb ki, mənə cinayət işi açsınlar. Oğurluq zamanı iti də vurub öldürmüşdü. Sonra görmüşdü ki, şərləməsi baş tutmadı, martın 12-də axşam saat 9-da həmin 3 aparatı taksilə obyektə geri göndərdi. Bu Allahsız adam mənim ondan alacağım 4300 manat pulu istəməməyim üçün hər bir hərəkətə əl atmağa hazırdır. Bu adamın 2 fermada 1000 baş qoyunu və 70 baş mal-qarası var. Bakıda 3 evi, bahalı avtomobilləri və şəhərin müxtəlif yerlərində ət dükanları var. Son olaraq bu nəticəyə gəldim ki, biz ailəvi olaraq onun mal-qarasına baxdıq, yəni ac-susuz onun heyvanlarının qulluğunda durduq və yaxşılıqdan başqa hər hansı pisliyimiz dəymədi".
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi