Azərbaycanın deputatları bu yayı harada istirahət edəcəklər?
“Turizm Azərbaycan insanı üçün əlçatmaz olaraq qalmaqdadır”
Yay ayları həm də istirahət mövsümüdür. Cəmiyyətin ən yüksək rütbəli məmurundan, ən sadə insanına qədər yayın ən azı 1 ayını istirahətə ayırır. Bəs, görəsən bu yay Milli Məclisin üzvləri harada dincəlməyi planlaşdırırlar?
Musavat.com deputatların bu suala cavablarını təqdim edir:
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Əli Məsimli sadəcə, Bakıda dəniz kənarında istirahət etməyə üstünlük verir:
“İstirahətimi Bakıda və anadan olduğum Şəki şəhərində keçirməyə çalışıram. Hansısa xüsusi turizm obyektində istirahət etməyi nəzərdə tutmamışam. Mən ümumiyyətlə, xaricdə istirahət etməmişəm və bu dəfə də Azərbaycandan kənara istirahət üçün getməyəcəyəm. Ümumilikdə istirahət sözünü başa düşmürəm. Yay tətili dövründə də mən işlərimi davam etdirirəm”.
Millət vəkili ölkədaxili turizm obyektlərinin xidmətlərini də qiymətləndirib:
“Ona görə də, son zamanlar qiymətlərə güzəştlər tətbiq etməyə başlayıblar. Ancaq hələ də qiymətlər qoşu Gürcüstanla müqayisədə çox yüksəkdir. Ona görə də, qiymətin yüksək olduğu yerlərə turistlər gəlmir. Ən böyük reklam odur ki, turistlər bir-birinə deyirlər ki, Azərbaycanda yaxşı ucuz qiymətə hərtərəfli istirahət etmək mümkündür. Bu reklam ən güclü reklamdır. Ancaq qiymətlərin baha olması həmin reklamı öldürür və imkan vermir ki, Azərbaycana gələn turistlər öz ətrafındakı insanlara, dostlarına, qohumlarına ölkəmizin turizmini məsləhət görsünlər və onların da Azərbaycana gəlməsini stimullaşdırsınlar”.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc da yay istirahətinə önəm verdiyini bildirib:
“Yaxşı istirahət etmədən yaxşı çalışmaq da mümkün deyil. Allah insanın enerjisini limitli yaradıb, enerji tükənir və onu bərpa etmək lazımdır. Mən əvvəl başqa düşüncə ilə yaşayaraq, yay dövrünü də çalışmağa həsr etmişəm. Ancaq sonrakı dövrlərdə hiss etdim ki, yayın istirahət üçün yaratdığı imkanlardan itifadə etmək lazımdır. İstirahət üçün xarici ölkələrə getməyi planlaşdırmıram, hətta ən yaxın məkan olan Yesentukiyə də getməyəcəyəm. Sadəcə, bağ şəraitində istirahət edəcəyəm. Lakin telefonum hər zaman açıq olacaq. Bilmirəm, belə olan məqamda bunu istirahət adlandırmaq olacaqmı? Ölkə daxilində hər hansı bir turizm məkanına da getmək fikrində deyiləm”.
Millət vəkili həmçinin yerli turizm obyektlərinin qiymətlərini və xidmətin səviyyəsini tənqid edib:
“Çox təəssüf ki, Azərbaycan təbiətinin verdiyi turizm imkanlarından biz faydalana bilmirik. Turizm Azərbaycan insanı üçün əlçatmaz olaraq qalmaqdadır. Biz hətta qonşu rusların belə, buraya gəlişini təmin edə bilmirik. Təkcə ona görə yox ki, Türkiyə, Misir və digər ölkələr daha çox turistləri cəzb edir, uzaq xaric həmişə arzulanan olur. Bu, həm də ona görədir ki, biz servis imkanlarına və qiymətlərə görə həmin ölkələrlə rəqabəti təmin edə bilməmişik. Turizm infrastrukturunu elə təkmilləşdirmək və qiymətləri elə tənzimləmək lazımdır ki, Azərbaycan insanı çox böyük bir investisiyanı Gürcüstana, Türkiyəyə və ya Avropaya aparmasın”.
Millət vəkili İqbal Ağazadə isə bu yay istirahət etməyəcəyini və mütəmadi olaraq, iş başında olacağını qeyd edib:
“Mən bütün yayı iş başında olacağam. Seçki ilidir, seçkilərə hazırlıq işləri gedir. Bu baxımdan məzuniyyəti düşünmürəm. Yəqin ki, bu yay istirahətim olamayacaq. Turizm obyektlərinin qiymətləri barədə də bir o qədər məlumatım yoxdur. Çünki, sonuncu dəfə harada dincəldiyim yadıma düşmür. Nə xaricdə, nə ölkə daxilində, nə zaman istirahət etdiyimi xatırlamıram. Demək olar ki, heç vaxt istirahətə getməmişəm, yay istirahətini keçirməmişəm”.
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsinin üzvü Asim Mollazadə yayı Bakıda olacağını və istirahət üçün harasa getməyi nəzərdə tutmadığını vurğulayıb:
“Düşünürəm ki, sistemli şəkildə turizm industriyasını inkişaf etdirmək və bunu Azərbaycan iqtisadiyyatının çox mühim bir sahəsinə çevirmək üçün işlər görülməlidir. Söhbət təkcə qiymətlərin yüksək olmasından getmir. Qiymətlərin ucuzlaşması ilə yanaşı, xidmətlərin səviyyəsi də yüksəlməlidir. Həm yerli əhalini, həm də xarici turistləri cəlb etmək üçün bu, çox önəmlidir. Yerli əhalinin xarici turizmə marağının artması da normal prosesdir. Ancaq onu da etiraf etməliyik ki, Azərbaycan turizmi öz üzərində çox işləməlidir ki, xarici turizmlə rəqabətə hazır olsun”.
Bu gün, 12:13
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - VİDEO
Bu gün, 11:59
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Bu gün, 11:52
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Bu gün, 11:40
Azərbaycanda illik inflyasiyaya təsir edən amillər açıqlandı
Bu gün, 11:32
Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi
Bu gün, 11:01
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR: Şərtlər sadələşdirilə bilər
Bu gün, 10:53
Azərbaycanda bəzi şəxslərə hər ay 1000 manatadək PUL MÜKAFATI veriləcək
Bu gün, 10:48
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunun qrafikində DƏYİŞİKLİK OLACAQ
Bu gün, 10:43
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının təşkilinə görə 3.6 milyon QAZANACAQ
Bu gün, 10:36
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
Bu gün, 10:06
Bu gündən bu zolaqlarına daxil olan maşınlar CƏRİMƏLƏNƏCƏK
Bu gün, 09:59
TDT liderlərinin Türküstanda kritik toplantısı
Bu gün, 09:43
Çin dönüşü İran planı - İki hərbi seçim var
Bu gün, 09:34
Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
Bu gün, 09:28
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bu gün, 09:19
ABŞ-də saxlanılan Nikolas Maduronun həbsxana həyatı və vida mesajı
Bu gün, 09:14
İsrail İrana qarşı əməliyyatın yenidən başlaya biləcəyini açıqlayıb
Bu gün, 09:12
Anar Rzayev: "Xırdalan dairəsinə yaxın ərazidə böyük yolötürücüsünün tikintisi planlaşdırılır"
Bu gün, 09:00
Azərbaycanda əcnəbilərə yaşama icazələri vəsiqələri elektron qaydada veriləcək
Dünən, 16:00
Bu peşələrin dövrü başlayır – şirkətlər işçi tapa bilmir
Dünən, 14:02
Ermənistana GETMƏYİN! – Rusiyadan RƏSMİ çağırış, GƏRGİNLİK pikdə
Dünən, 13:55
Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
Dünən, 13:50
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başladı - Fotolar
Dünən, 13:47
Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
Dünən, 12:38
Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə mayın pensiyaları ödənilib
Dünən, 12:33
“Qorxusunu taleyinə çevirmədi” - Lalə Azərtaşdan təsirli paylaşım
Dünən, 11:41
Ağ Ev: NATO-nun mövcudluğunu şübhə altındadır