Vidadi İsayev Bəylər Əyyubova asi oldu – İcra başçısı yeni iddiaya düşüb
Sosial
Oxunub: 2 700
30 in 2015 | 09:20
Vidadi İsayev Bəylər Əyyubova asi oldu – İcra başçısı yeni iddiaya düşüb















Son vaxtlar ölkə mətbuatında Bərdə rayonu ilə bağlı tənqidi materialların dərci daha çoxdu. Bu tənqidlərində bir səbəbi var Vidadi İsayevin yarıtmaz idarəçiliyi. . “Od olmayan yerdən tüstü çıxmaz”, deyib atalar. Hal- hazırda rayonda vəziyyətin nə dərəcədə kritik hala çatıb ki, bu gün bərdələiləri ən çox narahat edən məqamlardan birincisi rayonda məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya halları xərçəng xəstəliyinə çevrilib.B undanda əziyyət çəkən sıravi rayon sakinləridir

Rayondakı mənbələrdən daxil olan məlumatlardan da belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyəti böyük əksəriyyətdə bu kimi halların başında məhz Bərdə RİH-nin başçısı Vidadi İsayevin durmasıdır. Vidadi İsayevin adı bu vaxta qədər bir çox qalmaqallı məsələlərdə hallandırılıb. Bu istiqamətdə ötəri araşdırmalar V.İsayevin tabeçiliyində olan məmurlarla əlbəyaxa səviyyəsində konflikt, oğlu və kürəkəninə biznes şəraitinin qurulması, öz qonşusunun həyətini zəbt etməsi, hətta prezidentə yalan məlumatlaradək müxtəlif məlumatları ortaya qoyur. Maraqlıdır ki, bütün sadalanan qanunsuzluqlara və narazılıqlara baxmayaraq V.İsayev kapitalı ilə yanaşı iddialarını da genişləndirir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə V.İsayev nazir müavini postuna göz dikib. Mənbənin sözlərinə görə, Vidadi İsayev elə Bərdə rayonuna təyinat aldığı ilk günlərdən yaxın ətrafına “burada müvəqqətiyəm, daha yüksək vəzifəyə gedəcəm” açıqlamasını verib.
Bərdə RİH başçısı postundan siyasi tramplin kimi istifadə etməyə çalışan Vidadi İsayevin bu istiqamətdə daha da fəallaşdığı bildirilir: “Hakimiyyətin olduqca güclü qanadında təmsil olunan Vidadi İsayevin könlündən nazir müavinliyi keçir. Belə ki, o rəhbəri olduğu rayonda həyata keçirdiyi işlərlə Prezident Administrasiyasında özü haqda müsbət rəy yaratmağa çalışır. Son günlər isə mətbuatda əleyhinə yazılan məqalələri maksimum dərəcədə zərərsizləşdirməyi qarşısına məqsəd qoyan icra başçısı bununla da özü haqda müsbət reputasiya formalaşdırmaq istəyir”.
Onu da bildirək ki, V.İsayev hakim düşərgəyə təsadüfi düşməyib. Onun bu günədək olan siyasi karyerası prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adı ilə bağlıdır. Belə ki, V.İsayev Gəncənin hazırkı icra başçısı Elmar Vəliyevin həyat yoldaşının əmisi oğludur. E.Vəliyev və onun hərbi prokuror olan general qardaşı Xanlar Vəliyev isə Bəylər Əyyubovun komandasının üzvləridir. Vidadi İsayev də bu günə qədər E.Vəliyevin himayədarlığı altında B.Əyyubovun komanda üzvü sayılır. Amma cənab İsayevə yaxın mənbələrdən cumhuriyyet.az-a sızan məlumata görə Vidadi İsayevin daha böyük iddialara düşməsi heç də təsadüfi deyil: “Ola bilsin ki, Vidadi İsayev kimlər üçünsə kiçik fiqur hesab oluna bilər. Amma məsələ heç də onun mövqeyinin o qədər də ciddi olub-olmamasında deyil. İsayev yaxın vaxtlarda hakimiyyətdə ciddi islhatlar aparılacağından həm də bu islahatlarda “köhnə qvardiya”nın söz sahibi olmayacağından xəbərdardır. Başqa sözlə artıq, generalın çətiri icra başçısına darlıq edir”. Mənbəmizin sözlərinə görə, prezidentin şəxsi mühafizə idarəsinin rəhbəri Bəylər Əyyubovun himayəsi altında olan Vidadi İsayev indi bu himayədən imtina edir: “Bəylər Əyyubovla Vidadi İsayevin və həmçinin daha bir neçə icra başçısının əlaqəsi Zaman adlı bir iş adamı tərəfindən həyata keçirilirdi. Həmin Zaman adlı iş adamı Bəylər Əyyubova yaxın olan şəxsdir və bu gün Bəylər Əyyubova aid olan “Ay işığı” restoranlar şəbəkəsi, həmçinin digər obyektlər məhz Zamanın əli ilə idarə olunur”. Mənbəmiz bildirir ki, bu arasılıqdan yorulan Vidadi İsayev nəhayətdə Prezident Administrasiyasına şikayətlənir və bildirir ki, onun Bəylər Əyyubova birbaşa çıxışının olmaması problemlər yaradır: “Bəylər Əyyubovdan gileylənərək “Bizi tapşırıb bir ofisianta (Zamanı nəzərdə tutur -red.)” – deyən Vidadi İsayev hazırda hakim komandada güclənən “yenilikçilər” sığınıb”. Amma hadisələrin gələcək inkişafını qətiyyətlə söyləmək çətindir. Ola bilər ki, V.İsayev yeni himayədarlarından yüksək post gözlədiyi bir zamanda generalın qisası ilə üzləşsin.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO