Vergilər departamentinin direktoru atasının dostunun MMC-lərini vergidən yayındırır? - İTTİHAM
Sosial
Oxunub: 630
13 iy 2019 | 17:50
Vergilər departamentinin direktoru atasının dostunun MMC-lərini vergidən yayındırır? - İTTİHAM













Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov İdarənin sifarişçisi olduğu bütün tenderlərdə uzun illərdən bəri dostluq etdiyi şəxsin – Qurban Abbasovun şirkətlərini qalib elan edir.

AzToday.az xəbər verir ki, ötən 2018-ci ilin yanvar ayının 23-də Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin sifarişçisi olduğu V lot üzrə ümumi məbləği 399.862 manat olan tenderin qalibi Qurban Abbasovun təsisçisi olduğu İlkin-N Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Azər İsmayılovla Qurban Abbasovun, daha doğrusu Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi ilə İlkin-N MMC-nin “əməkdaşlığı” 2019-cu ildə də davam edib.

İlkin-N MMC 2019-cu ilin yanvar ayının 16-da Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin VI lot üzrə keçirdiyi 573.848 manatlıq tenderin qalibi elan edilib.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi ilə İlkin-N MMC arasında artan dinamika ilə davam edən “işbirliyi”nin səbəblərindən biri hər iki müəssisənin rəhbərlərinin dostluğu olsa da, digər əsas səbəbi Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılovun oğlu Vüsal İsmayılovun Vergilər nazirliyində yüksək vəzifədə olmasıdır.

Belə ki, Vergilər nazirliyində İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru vəzifəsində çalışan Vüsal İsmayılovun İlkin-N MMC-nin Vergilər Nazirliyi ilə yaranan problemləri zamanında həll etdiyi, yaranan hər hansı problemlərin “şişməsinə” imkan vermədiyi deyilir.

Qeyd edək ki, hələ bir müddət öncə mətbuatda Qurban Abbasovun rəhbəri olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-lərin vergidən yayındığı barədə məlumatlar tirajlanmışdı. Ehtimal olunur ki, Qurban Abbasova vergilərdən yayınmaq barədə “müfəssəl məsləhət” verən dostunun oğlu Vergilər nazirliyində İri Vergi Ödəyiciləri ilə İş İdarəsinin direktoru Vüsal İsmayılovdur.

Qeyd edək ki, təkcə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin yox, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası və Azər İsmayılova bağlı digər idarələr milyonlarla dəyəri olan 148 tenderi İlkin-N MMC adlı şirkətə verib.

AzToday.az-ın əldə etdiyi məlumata görə uzun illərdir Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsini talayan, ancaq mətbuatdə daim özünə tərifli yazılar yazdıran Azər İsmayılov Salyan və Neftçalada bir çox balıqyetişdirmə hövzələrinə sahibidir. Lakin bu onun ailə biznesinin çox cüzi hissəsidir. Məlumata görə İsmayılovun əsas biznesinin Bakıda yerləşdiyi və bu biznesini çox gizli saxladığı qeyd olunur.

Sahib olduğu obyektlərini gizli saxlamasına Əhməd Əhmədzadənin həsəd apardığı Azər İsmayılov barəsində yazılan “tərifnamələrdə” Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrliyinə, bəzən isə rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə ən layiqli namizəd hesab olunur.

Sonda onu da xatırladaq ki, Mikayıl Cabbarovun Vergilər Nazirliyinə təyin olunandan sonra Vüsal İsmayılovu Nazirlikdən kənarlaşdırması gözlənilirdi. Azər İsmayılov nazirin xalasıoğlu Elnur Əliyevlə neftçalalı qohumları vasitəsilə əlaqələr yaratdığı və oğlunu vəzifədə saxlamağı bacardığı iddia olunur. Ehtimal olunur ki, nazirin müşaviri, sabiq Vergilər naziri Fazil Məmmədovun yaxın dostu olmasına baxmayaraq, Mikayıl Cabbarovun da tam etimadını qazanan Mahir Rəfiyevin həmkəndlisi olması da Vüsal İsmayılovun işinə yarayıb.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu