"Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY
Sosial
Oxunub: 539
12 iy 2019 | 22:49
"Sonradan aydın oldu ki, məni aldadıblar..." - GİLEY












Türkiyənin Hatay vilayətinin sakini Mehmet Çalışır hazırda işsizdir. O, Sumqayıtda fəaliyyət göstərən “Üstay” şirkətindən şikayətçidir. Deyir ki, şirkət əmək haqqını mənimsəyib.

“11 ildir Azərbaycanda yaşayıram, azərbaycanlı xanımla evliyəm və 3 qız övladım var. Hazırda kirayədə yaşayıram, işsizəm. Xatırladım ki, mən ”Üstay Yapı Taahhüt və Ticarət Anonim" şirkətinin Sumqayıtda fəaliyyət göstərən filialına Şevqet Yıldız adlı soydaş tərəfindən dəvət edilmişəm. “Üstay” şirkəti Technip FMC tərəfindən götürülən, “Azərikimya” İB-nin Etilen-polietilen zavodu üçün “EP-300" layihəsi çərçivəsində görüləcək tikinti işlərinin tenderini qazanıb, boru xətti çəkmək və onları boyamaq işlərini həyata keçirir. Bu layihənin rəhbəri isə Musa Kırıcı olub. ”Üstay"a dəvət edəndə mənə minimum 1500-2000 manat arası maaş vəd etdi. Amma sonradan aydın oldu ki, məni aldadıblar. Belə ki, reallıqda ilk vaxtlar mənə 700, son iki ayda isə cəmi 800 manat maaş verilib".

M.Çalışır redaksiyamıza ünvanladığı məktubda həyat yoldaşının ağır şəkər xəstəsi olduğunu, hər gün insulindən istifadə etdiyini diqqətə çatdırır: “Üstəlik, bir böyrəyi sıradan çıxır, verilən maaş onun müalicəsinə, evin xərclərini ödəməyə çatmır. Halbuki Türkiyə qanunları ilə mən işçi kimi ”vizion" qrupunda olduğumdan 1600 avrodan aşağı maaş ala bilməzdim. Yəni “Üstay” şirkətinin Sumqayıtdakı layihə rəhbərliyi bunu bildikləri halda mənim haqqımı yeyiblər və hüquqlarımı tapdalayıblar".

Bildirir ki, onun kimi türk işçi statusunda olanlara və yerli fəhlələrə də qat-qat çox maaş veriblər:

“Mənim kimi ”Üstay"da Azərbaycan vətəndaşı olan xanımlarla evli olan 6 türk vətəndaşı da var idi ki, onlara məndən fərqli olaraq yüksək maaş veriblər. Burada eyni işdə işləyən azərbaycanlı işçilər, qaynaqçılar, boyaçılar saatı 7 manata işlədikləri halda mənə onlardan da az əmək haqqı veriblər. Üstəlik, məni stabil saat hesablı maaşla işlətdikləri halda iş saatından əlavə işlədiyimiz saatlara görə əlavə pul yazılmayıb.

Halbuki əlavə iş saatlarına görə mənə stabil maaşdan - 800 manatdan əlavə 500 manat pul verilməli idi. Mən artıq 6 saat iş saatımdan sonra əlavə işləyirdim. Buna görə mənə 1 qəpik də pul yazmırdılar. İdarə rəhbərinin əlinin altında 6 nəfər saat hesabı əmək haqqı ilə işləyən işçilər olurdu. Üstəlik, mənim kimi işçilərin əksəriyyəti qanunsuz olaraq əmək müqaviləsiz işlədilib".

Mehmet Çalışır qeyd edir ki, “Üstay” şirkəti onun şikayətinə ədalətlə yanaşmır: “Mənim maddi vəziyyətim get-gedə daha da acınacaqlı duruma düşür. Çox çətin vəziyyətdə, ailəmi çox çətinliklə dolandırmağa çalışdığım, heç bir yerdən gəlirim olmadığı halda, öz haqqımı tələb etdiyimə görə məni şou yaratmaqda ittiham etmək çox böyük haqsızlıqdır. ”Üstay" şirkəti tərəfindən yeyilən əmək haqqımın təmin olunması üçün mənə yardımçı olmağınızı xahiş edirəm".

“Üstay” rəsmilərinin mövqeyini öyrənmək üçün şirkətin saytında Bakı nümayəndəliyinin + 99 412 310 02 05 + 994 50 295 12 72 telefon nömrələrinə israrlı zənglərimiz cavabsız qaldı. Bununla belə, şirkət rəsmilərinin mövqeyini dinləməyə, qəzetdə dərc etməyə hazırıq.
“Yeni Müsavat”
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu