"Məhkəmə işçiləri aciz durumdadırsa..." - GİLEY
Sosial
Oxunub: 519
11 iy 2019 | 23:49
"Məhkəmə işçiləri aciz durumdadırsa..." - GİLEY











Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onbların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Ancaq reallıqda bir çoxz hallarda məhkəmə qərarları icra olunmamış qalır. Əsasən də borc məsələləri.
Məsələn, ABŞ-da məhkəməni udmuş adam sadəcə əlinə məhkəmənin qərarını alır və gedib lazımi yerə təqdim edir, dərhal qərar icra olunur. Xoşagəlməz hallar o qədər az olur ki, bunları adi qaydada polis həll edir, bunun üçün ayrıca qurum yaradılmır.
Bəs bizdə?

12 min borcu olan şair həbs edilir, 200 min borcu olanları itirib-axtaran yoxdur

Bizdə borclunun bank hesabındakı puluna həbs qoyub ordan pulu çıxartmaq üçün məhkəmə icraçısı (icra məmuru) əvvəl məhkəməyə, sonra isə banka təqdimat və ya məktub yazır. Çünki məhkəmə borc verənin təqdimatı ilə borclunun hesabına həbs qoymur, bank da borc verənin məktubuna əsasən, borclunun hesabından pul çıxartmır. Baxmayaraq ki, borc verən banka məhkəmənin öz qanuni qərarını göndərir. Çünki bizdə nəinki banklar, eləcə də məhkəmə özü öz qərarına hörmət eləmir. Çünki sistem belə təşkil olunub. Əks təqdirdə, məhkəmə hakimiyəti müstəqilləşə bilər, icra məmurlarına, deməli, Ədliyyə Nazirliyinin, yəni icra hakimiyyətinin müdaxiləsinə ehtiyac qalmaz. Ona görə də məhkəmə qərarları icraçılar vasitəsilə icra olunur. Bu, əslində absurd səslənir, çünki qanuna görə məhkəmə qərarı hər kəs üçün məcburi xarakter daşıyır. Bizdə isə məhkəmə qərarını göstərəndə icra eləmirlər ki, icraçının məktubu gəlməlidir.
Lap tutaq ki, iş icraata yönəldi, yenə də çox hallarda məhkəmənin qərarı icra olunmur.
Azerinfo.tv-yə şikayət edən Abşeron rayon, Məhəmmədli kəndi,Əliağa Vahid küçəsi 15-də yaşayan Xəlilov Sevindik İdris oğlu deyir ki, prezident İlham Əliyevə, baş prukoror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, daxili işlər naziri Vilayət Eyvazova şikayət ərizəsi göndərib.
Məsələ ondadır ki, Sumqüayıt şəhər məhkəməsinin 31.05.2018-ci il tarixli qətnaməsinə əsasən (hakim E.Məmmədov) cavabdeh İsmayılov Anar Süleüyman oğluna və Cəfərov Namiq Ağaşirin oğluna qarşı Sevindik Xəlilovun “ pul tələbinə dair” iddiasını təmin edib. Yəni məhkəmə Anar İsmayılov və Namiq Cəfərovdan müştərək qaydada 93.000 manat məbləğdə pul vəsaitinin alınaraq ona verilməsini qət edib.

Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İsmayılov Anar Süleyman oğlunun apellyasiya şikayəti təmin oluinmayıb. Sumqayıt şəhər məhkəməsinin 31.05.2018 tarixli qərarını qüvvədə saxlayıb.
Anar Süleymanovun Ali Məhkəməyə verdiyi kassasaiya şikayəti də nəticəsiz qalıb. Azərbaycan Respublikası Ali Məhkəməsi 08.04.2019-cu il tarixdə onun kassasiya şikayətini təmin etməmiş və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
Gördüyünüz kimi vətəndaş Sevindik Xəlilovun xeyrinə 3 etapda qərar çıxarılıb. Dövlətin adından qərar çıxarılıb ki, cavabdehlər hərəsi ona borclu olduqları 93 min manatı ödəsinlər.
Lakin indiyənədək bir qəpik ödənməyib. Sumqayıtda yaşayan Namiq Cəfərov yoxa çıxıb. Məhkəmə icraçısı işi polisə verib Polis də onun barasində axtarış edlan edib. Hər halda Sevindik Xəlilova belə deyiblər ki, Cəfərov axtarışa verilib.
Füzulidə qeydiyyatda olan Anar İsmayılov açıq-aşkar borcu ödəməkdən yayınır. Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyev acizlik nümayiş etdirir. Sevindik Xəlilova deyir ki, “darıxma axtarışa verəcəm, bəlkə ödədi”. Şikayətçi deyir ki, hər dəfə bir bəhanə ilə başını aldadır. Halbuki, məlumatı var ki, Atakişiyev İsmayılovla hər gün danışır.
Sevindik Xəlilov soruşur- Azərbaycabn Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsini kim və hansı yolla təmin edəcək?
Maraqlıdır, bu yaxınlarda aliment borcu üstündə tanınmış bir jurnalist, daha sonra tanınmış şair həbs edildilər. Lap qısa müddətə olsa da. Özü də borcları ödənməklə. Orada söhbət 3-12 min arası manatdan gedirdi. Sevindik Xəlilovun məsələsində isə söhbət ümumilikdə 200 min manata yaxın vəsaitdən gedir.
Niyə bir halda daha az vəsaitə görə kimsə həbs edilir, başqa bir halda isə məsuliyyətdən yayındırılır?
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev bu haqda nə düşünür?
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu