Azərbaycanda rusca təhsil DAVASI... - "...valideynlərin durumu bundan da pis olacaq"
Sosial
Oxunub: 538
10 iy 2019 | 18:56
Azərbaycanda rusca təhsil DAVASI... - "...valideynlərin durumu bundan da pis olacaq"












Orta məktəblərin rus bölməsində I siniflərə qəbulda yaranan ciddi problem həll edilməmiş qalıb. Övladlarının rus bölməsində təhsil almasını istəyənlər məktəblərdə boş yer tapmaqda çətinlik çəkirlər. Səbəb isə Bakı məktəblərinin rus bölməsində yenidən sıxlığın müşahidə olunmasıdır.

Qeyd edək ki, artıq bir neçə ildir Bakı məktəblərində analoji vəziyyət təkrarlanır. Buna səbəb isə övladının rus bölməsində təhsil almasını istəyən valideynlərin sayının ilbəil artmasıdır. Vəziyyət o həddə çatıb ki, öz yaşadıqları ərazidə rus bölməsində yerlər dolduğundan, valideynlər tədris dili rus dilində olan digər məktəblərə üz tutmaq məcburiyyətində qalıblar.

Həmsöhbətimiz Günel Məmmədova da belə valideynlərdəndir. Onun sözlərinə görə, yaşadığı Nizami rayonundakı 61 saylı məktəbdə rus bölməsində yer qalmayıb. Odur ki, övladının rus dilində təhsil alması üçün tədris dili rus dilində olan başqa məktəbi seçmək məcburiyyətindədir. G. Məmmədovanın fikrincə, rus bölməsinə I sinfə sıxlığı yaradanlar, rus dilində iki kəlmə bilməyənlərdir. Onun sözlərinə görə, həmin valideynlərin bir qismi dəbə görə, digər qismi isə övladının gələcəyini düşünərək uşağının rus bölməsində təhsil almasını istəyir: "Əgər bu gün çox yerdə rus dilini bilmək üstünlük kimi qəbul olunursa, onda dövlət bunu nəzərə alıb tədris dili rus dili olan bölmələrin sayını artırmalıdır. Əks halda, bizim kimi valideynlərin durumu bundan da pis olacaq. Çünki biz özümüz rus bölməsində təhsil aldığımızdan, övladımızın dərslərinə digər tədris dilində kömək edə bilməyəcəyik. Ona görə də məcburuq ki, uzaq da olsa tədris dili rus dilində olan məktəbi seçək".

Sputnik Azərbaycan-ın məsələ ilə bağlı sorğusuna Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən cavabda isə bildirilir ki, bu il ilk dəfə olaraq tədris digər dildə aparılan bölmə üzrə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədən müsbət nəticə əldə edən uşaqların hamısının yerləşdirilməsi təmin edilir. Odur ki, istənilən halda uşaqların məktəbə qəbulu məsələsində valideynlərin narahatlığına əsas yoxdur:

"Bu il ilk dəfə olaraq tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqları yoxlanılıb, müsahibələr keçirilib. Bakıda müsahibə üzrə 9 mərkəz fəaliyyət göstərib. Mərkəzlərin işi canlı izlənilib, prosesdə valideynlərin iştirakı təmin olunub və müsahibənin videoyazılışı aparılıb. Uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədən müsbət nəticə əldə edən uşaqların hamısının yerləşdirilməsi təmin edilib".
İdarədən bildirirlər ki, tədris digər dildə aparılan bölmə üzrə məktəb seçimi zamanı ilkin olaraq ümumi təhsil məktəblərinin müəyyənləşdirilmiş ərazisində yaşayan valideynlər övladlarını qeydiyyatdan keçirə bilirlər: "Qalan boş yerlərə isə digər ərazilərdə yaşayan uşaqların yerləşdirilməsi təmin edilir. Ümumiyyətlə, I sinfə qəbul prosesində bütün uşaqların təhsil hüququ tanınır və təmin edilir. Dövlətin verdiyi təhsil imkanlarından hər kəsin bərabər səviyyədə yararlanmasına şərait yaradılıb".

BŞTİ-dən həmçinin qeyd edirlər ki, I sinfə qəbul üzrə statistik təhlillər deməyə əsas verir ki, Bakıda tədris digər dildə aparılan bölmə üzrə son illərdə 1-ci sinfə qəbul olan şagirdlərin sayında kəskin artım və ya azalma müşahidə olunmayıb. Üstəlik, 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlərə daha bir imkan yaradılıb. Belə ki, şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə valideynlər boş yerlər yarandığı halda sorğu yerləşdirilməsi üçün növbəyə yazıla bilərlər: "Növbəlilik" funksiyası valideynlərin istədikləri məktəbləri seçmək imkanlarının artırılması məqsədlərinə xidmət edir.

"Növbəlilik" funksiyası I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərə şamil olunur. Növbəyə ancaq hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideynlər (qanuni nümayəndələr) yazıla bilər. Şagird qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə siniflər üzrə boş yerlər olduqda valideynlərə bəzi seçimlər verilir. Birinci bənddə - valideynin "üstünlük hüququm var" - lakin həmin məktəbdə şagird yerləri tutulubsa, bu zaman valideyn qeydiyyatdan keçir, uyğun üstünlük hüququ bəndini seçərək, məktəbə növbəyə yazılır, onun qeyd etdiyi üstünlük hüququnun doğruluğu 3 iş günü müddətində sistem tərəfindən təsdiqləndiyi halda, valideyn avtomatik növbəyə yazılır. İkinci bənddə - "üstünlük hüququm yoxdur" - birbaşa növbəyə yazıla bilər. Yəni valideyn qeydiyyatdan keçib, məktəbə sorğu yerləşdirmədən birbaşa növbəyə yazıla bilər. Bu kateqoriyadan olan məktəblərdə şagird yerləri tutulduqdan sonra növbədə olan və prioritetlərə cavab verməyən sorğular silinə bilər. Bu barədə valideynə bildiriş göndərilir".
O ki qaldı əlavə tədris dili rus dilində olan məktəblərin açılması təklifinə, idarədən bildirirlər ki, ümumiyyətlə növbəti tədris ilində I siniflərdə şagird sayı cari tədris ilində IV siniflərdə dərs deyən müəllimlərin dərs apardığı sinif otağının tutumuna uyğun olaraq müəyyənləşdirilir. Əlavə müraciətlər olduğu təqdirdə məktəbin şagird tutumu və kadr imkanları nəzərə alınaraq əlavə siniflər açılır. Məlumat üçün onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdən yalnız 125-də tədris digər dildə aparılan bölmə fəaliyyət göstərir...

Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili, dilçi alim Nizami Cəfərov isə deyib ki, rus dilində təhsilə kütləvi meyllənmə müsbət hal olmasa da, burada məkan anlayışı da nəzərə alınmalıdır: "Əlbəttə ki, hər kəsin öz ana dilində təhsil alması daha yaxşı olardı. Amma Rusiya məkanı anlayışı var. Hadisələr göstərir ki, bizim uşaqlar üç dili bilməlidir. Bunlar Azərbaycan, rus, ingilis dilləridir. Bu, artıq gerçəklikdir. Eyni zamanda da rus bölməsində təhsil alan şagirdlərin qarşısına da ana dilini bilmək tələbi çıxacaq. Bu, həm də bizim dünyaya inteqrasiyamız deməkdir. Rus dili hələ də bizim üçün vacibliyini saxlayır. Çünki mühit elədir ki, rus dilinə tələb var. Hətta deyim ki, rus dilinə maraq Türkiyədə də artıb. Amma bütün hallarda, istənilən bölmədə təhsil almalarına baxmayaraq, hər bir vətəndaş üçün ana dilini bilmək bir mənəvi borcdur. Bununla belə, yalnız ana dilini bilməklə insandan mütəxəssis olmur. Bircə Azərbaycan dilini bilməklə heç bir adamdan ana dili üzrə də mütəxəssis olmur. Ona görə də bu üç dil az və çox mütləq öyrənilməlidir..."
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu