Piyada ölümlərində günahkar kimdir? — EKSPERT RƏYİ
Sosial
Oxunub: 659
5 iy 2019 | 15:42
Piyada ölümlərində günahkar kimdir? — EKSPERT RƏYİ














Son zamanlar piyadaların ölümü ilə nəticələnən hadisələrə tez-tez rast gəlirik. Əsasən də sosial şəbəkələrdə paylaşılan videogörüntülərə baxdıqda ilk növbədə ağlımıza yüksək sürət və sürücü məsuliyyətsizliyi gəlir. İnsanların beynində belə bir yanlış stereotip formalaşıb ki, nə olursa olsun, günahkar hər zaman sükan arxasındakı sürücüdür. Bəs piyada məsuliyyətsizliyi? Onlar günahsızdırmı?
“Ölkə.Az” saytı olaraq bu məsələni araşdırmağa qərar verdik. Həqiqətən qanun bizə nə deyir?

Bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynova müraciət etdik.

- Son zamanlar altı zolaqlı yüksək sürətli yollarda piyadalarin ölümü ilə nəticələnən qəzalar baş verir. Bu barədə sosial şəbəkədə görüntülər paylaşılır. Belə qəzalarda sürücülər məsuliyyətə cəlb olunur? Günah kimdə olur?

- Belə yol nəqliyyat hadisələrinin şablon cavabı olmur. Hər bir hadisəyə fərdi qiymət verilməlidir. Mütləq araşdırılıb, hadisə iştirakçılarının hərəkətlərinə baxılmalıdır. Baxın, burada piyada icazə verilməyən yerdən yolu keçərkən vurulub. Bu o deməkdir ki, o yol nəqliyyat qaydalarını pozub.
Əgər onu vuran sürücü heç bir qaydanı pozmayıbsa, məsuliyyətdən azad olur. O məlum hadisədə piyada sürücünün sürətlə gəldiyi bir zamanda onun gözləmədiyi anda yoluna çıxıb. Bu zaman onu vurmamaq üçün heç bir texniki imkan yoxdursa, deməli sürücünün də heç bir günahı yoxdur.

- Ümumiyyətlə hansı vəziyyətdə sürücü tam məsuliyyət daşıyır? Ancaq piyada zolağında vuranda, yoxsa?

- Yox, bu belə deyil. Sürücü yol- hərəkət qaydalarını pozarsa, qəzanın qarşısını almaq üçün (sürətini azaltmaqla, dayanmaqla) şəraiti varsa, ancaq bundan istifadə etməyibsə bu zaman məsuliyyət daşıyır. Bu vəziyyətdə sürücü piyada zolağındadırsa və ya ondan kənardadırsa fərqi yoxdur.

- Bəzən piyadalar yoldakı nizamlanmayan (işiqfor olmayan keçidlər) piyada keçidindən keçərkən gələn avtomobilin sürətini hesablamayaraq o biri səkiyə keçmək istəyirlər. Bir növ onlarda arxayınlıq var ki, onsuz yol mənimdir avtomobil saxlamalıdır. Sizcə, bu düzgündür?

- Burada da eyni vəziyyətdir. Qanuna görə, nizamlanmamış piyada keçidində (işiqfor olmayan zolaqda) piyada avtomobillərə yol verməlidir. Yol boşalandan sonra yolu keçməlidir. Əslində qanun deyir ki, özünü qorumalıdır. Yaxınlaşan avtomobilin sürətini, ona qədər olan məsafəni hesablayıb yolu keçməlidir. Heç bir vəziyyətdə qəflətən yola çıxmamalıdır. Əgər belə etməsə, piyada zolaqda olsa belə, yol hərəkət qaydalarını pozur.

- Sosial şəbəkədə, mediada ən çox hava limanına gedən sürətli yolda yeraltı keçidlərin yetərincə olmamasından şikayətlənirlər. Bəzən yolun o biri tərəfinə keçmək üçün kilometrlərlə yol gedirlər.
- Bax görürsünüz, bizim mediamız, cəmiyyətimiz əsasən bu məsələyə köklənib: Kim günahkardır? "Kimdir günahkar" məsələsi də sonda gedir tapmaca kimi bir yerə çıxır, qanun qalır kənarda. Halbuki bizim qanunlarımızda hər suala cavab tapmaq olar. Orada piyadanın da, sürücünün də öz məsuliyyəti var. Və beləcə məsələyə obyektiv baxılmır. Hamı başlayır günahı iki tərəfdə görməyə. Bəlkə heç onların heç biri günahkar deyil, bəlkə elə səbəb yol infrastrukturunun bərbad vəziyyətidir?

Görürsən yaşayış massividir, o tərəfdə də məktəb var. Yolda altı zolaqlı sürətli yoldur. Bəs, bu uşaqlar bu yolu necə keçib məktəbə getsinlər? Bunu heç kəs düşünməyib, infrastruktur yaradılmayıb. Əslində yol infrastrukturunda belə üsullara yol verənlər də məsuliyyət daşımalıdır. Buna görə, hadisəyə qiymət veriləndə mütləq o da nəzərə alınmalıdır.

- Bir məsələ də var ki, piyadalar çox vaxt yollarda qanunları kobudcasına pozur. 5 metr piyada keçidinə qədər getməyə tənbəllik edir, yolu olduqları yerdən keçir. Bunun qarşısı necə alınmalıdır? Piyadalar cəzalanmalıdırmı?

Bəli, bu nizamsızlığın ən pis nümunələrindən biridir. Cəzalanmaq dedikdə zatən onlar qaydanı pozurlar və cərimə ödəməlidirlər. Belə hərəkət edən piyada “Yol hərəkəti qaydaları”nın 40-cı maddəsini tələbini pozduğuna, müəyyən olunmayan yerdən yolu keçdiyinə görə, əgər heç bir hadisə olmayıbsa 20 manat cərimə olunur. (16 yaşdan yuxarı olan şəxslərə aiddir)

Yox, əgər orada yol nəqliyyat hadisə baş veribsə, qəza olubsa, mütləq istintaqa cəlb olunub, araşdırılmalıdır. Belə hadisələr də çox vaxt dünyasını dəyişən və yaxud əlil qalan piyadanın səhvi ucbatından baş verir və sürücü heç bir məsuliyyət daşımır. Belə hadisələr cəmiyyətdə təbliğ olunmalıdır ki, o stereotip dəyişsin. İndi bu dəqiqə yanlış stereotip var ki, hər bir halda piyada vurularsa, sürücü günahkardır. Çox yanlış bir fikirdir. Bəzi insanlar isə bilmədən danışıb, deyirlər qanunda belə yazılıb. Xeyr, qanunda belə bir maddə yoxdur. Bizim qanunvericiliyimizdə piyadanın avtomobillə vurulması, məsuliyyət məsələsi hallarında məsələn Rusiyanın, Fransanın, Almaniyanın qanunvericiliyindən demək olar ki, fərqlənmir. Sadəcə təcrübəmiz bərbad gündədir. Təcrübəmizi də bərbad günə salan məhkəmə istintaq təcrübəsindəki subyektivlərdi. Onun nəticəsində də cəmiyyətdə yaranmış yanlış fikir formalaşıb ki, hər zaman sürücü günahkardır. Az öncə də dediyim kimi bu qəti belə deyil.

- Belə bir piyadalara da rast gəlmək olur yol verirsən, yolu çox asta keçirlər sanki podiumda yeriyirlər. Bütün hərəkəti saxlayırlar. Sizcə bu qanunla nizamlanmalıdırmı? O piyadalar cəzalandırılmalıdırmı?

- Bilirsiz, belə piyadaları məsuliyyətə cəlb etmək çətindir. Çünki belə vəziyyəti qiymətləndirmək çətindir. Bəli, qanunda deyilir ki, piyada yol hərəkət hissəsində ləngiməməlidir. Demirəm ki, qaçsın xeyr, qaçmamalıdır, ancaq qəti ləngiməməlidir. Bacardığı, adi insanın yeriyə biləcəyi sürətdə keçməlidir. Sözsüz ki, müəyyən bir əlilliyi yoxdusa, yaşlı insan deyilsə. Qeyd edim ki, əgər piyada tərəfindən açıq-aşkar sui-istifadələr olarsa o, buna görə məsuliyyətə cəlb oluna bilər. Məsələn bir dəfə mənə video kadr göndərmişdilər. Küləkli Bakı havası, gənc bir kişi yol hərəkətini saxlayıb və piyada keçidindən keçir. Keçidi keçə-keçə düşünür ki, bir siqaret yandırsın. Neçə dəfə cəhd edir, cəhdi boşa çıxır. Keçidin tən ortasına gəlib çıxanda qərar verir ki, dayanıb siqaretini alışdırsın. Beləliklə, o, utanmadan keçiddə hardasa 7-10 saniyə dayanır və siqaretini yandırıb, yenə yavaş-yavaş yoluna davam edir.

Məncə belə hallarda onlar mütləq məsuliyyətə cəlb edilib, cəzalandırılmalıdır.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu